Sumqayıtlı gənclər Emin Hacıyevi izdihamla qarşıladı - FOTO/VİDEO
Sumqayıtlı gənclər Emin Hacıyevi izdihamla qarşıladı - FOTO/VİDEO
Yeni Azərbaycan Partiyasının 43 saylı Sumqayıt üçüncü seçki dairəsindən deputatlığa namizədi Emin Hacıyevin seçiciləri ilə növbəti görüşü keçirilib. Bu dəfə sumqayıtlı gənclərlə görüşən E.Hacıyev izdihamla qarşılanıb. Sumqayıtlılar ona dəstək olduqlarını ifadə ediblər.
Görüşdə iştirak edən xalq artistləri Murad Dadaşov və Tünzalə Ağayeva, yazıçı Günel Anarqızı, tanınmış teleaparıcı, "Həyat Fondu"nun rəhbəri Nuran Hüseynov, karate idman növü üzrə beş dəfə dünya, 11 dəfə Avropa çempionu Rafael Ağayev, Sumqayıt Dövlət Universitetinin müəllimi, dosent Elmar Xəlilov, sumqayıtlı gənc şair Elvin Əlizadə deputatlığa namizəd Emin Hacıyevin Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasındakı xidmətlərindən bəhs edib, gəncləri gənc namizədə dəstək olmağa çağırıblar.
Daha sonra çıxış edən Emin Hacıyev vurğulayıb ki, son 16 ildə Prezident İlham Əliyevin "neft gəlirlərini insan kapitalına çevirməliyik" tezisi konseptual şəkildə icra edilib və bu dövr tarixdə Azərbaycan gəncliyinin yeni inkişaf mərhələsi kimi qalacaq. Bu gün ölkəmizdə gənclər siyasəti onların özünü inkişaf etdirməsinə, bilik və bacarıqlarını tam olaraq realizə etməsinə imkan verir.
"Ümummilli lider Heydər Əliyev Sumqayıtı istedadlı gənclər şəhəri adlandırıb. Bu, həqiqətən də, belədir, sumqayıtlı gənclər istedadları, intellektləri, zəhmətkeşlikləri ilə ölkənin ən aparıcı qurumlarında, şirkətlərində mühüm vəzifələrdə çalışırlar. Mənim seçicilərim arasında da belə gənclər üstünlük təşkil edir. Etimad göstərilib, millət vəkili seçiləcəyim təqdirdə biz həmin gənclərlə sıx işləyəcəyik", - deyə Emin Hacıyev qeyd edib.
Platformasının başlıca tezislərinə toxunan namizəd daha sonra gəncləri maraqlandıran sualları cavablandırıb, onlarla fikir mübadiləsi aparıb.
















Bu şəxslərdə yuxu çatışmazlığı təhlükəli nəticələrə səbəb ola bilər
Kürdəmirdə toyda kütləvi zəhərlənmə oldu
ASELSAN' Naxçıvanda zavod yaradacaq
İlham Əliyev "ADEX 2026" və "Securex Caspian" sərgiləri ilə tanış olub - FOTOLAR
Milli Məclis Anım Günü ilə bağlı Bəyanat qəbul etdi
Messinin vida matçının tarixi açıqlandı
Prezident və xanımı Bakıda sərgidə
İspaniyanın ən yüksək maaş alan idmançısı
Bakıda dəhşət: Dörd uşaq anası boğularaq öldürüldü, əri şübhəli bilinir
Fatih Terim "Barselona" ilə matçda texniki müşahidəçi olacaq
Ronaldo millinin düşərgəsini tərk edib
Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?
Paytaxtın bu ərazisində ev almaq istəyənlər üçün yeni imkan: illik 8%-dən başlayan güzəştli kredit
Yük maşını aşdı, yol bağlandı