Süni intellekt iqtisadiyyata necə təsir edəcək? – İqtisadçı açıqladı

Süni intellekt iqtisadiyyata necə təsir edəcək? – İqtisadçı açıqladıXəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın sədrliyi ilə keçirilən Rəqəmsal İnkişaf Şurasının ilk iclasında ölkənin rəqəmsal inkişaf strategiyasının əsas prioritetləri və qarşıdakı illər üçün nəzərdə tutulan islahatlar müzakirə olunub. 
İclasda bildirilib ki, "Azərbaycan Respublikasında rəqəmsal inkişafın sürətləndirilməsinə dair 2026–2028-ci illər üçün Fəaliyyət Planı"nın icrası Şuranın əsas fəaliyyət istiqamətidir. Müzakirələrdə maliyyə dayanıqlığının gücləndirilməsi, İKT ixracının artırılması, innovasiya ekosisteminin inkişafı, startapların və investorların dəstəklənməsi, eləcə də Azərbaycanın regional texnologiya mərkəzinə çevrilməsinə xidmət edəcək geniş qanunvericilik islahatları ön plana çıxarılıb.
İqtisadçı Eldəniz Əmirov azxeber.com-a açıqlamasında deyib ki, süni intellekt və rəqəmsallaşma iqtisadiyyatda məhsuldarlığı artırır, xərcləri azaldır:
Süni intellekt iqtisadiyyata necə təsir edəcək? – İqtisadçı açıqladı"Sözügedən rəqəmsallaşma iqtisadi inkişafın əsas drayverinə çevrilib. Rəqəmsallaşma artıq proqram təminatı, süni intellekt və digər texnoloji məsələlər səviyyəsindən daha geniş məna kəsb edir. Çünki süni intellekt və ümumilikdə rəqəmsallaşma iqtisadiyyatda məhsuldarlığı artırır, xərcləri azaldır və biznesin rəqabət qabiliyyətini yüksəldir. Bu hədəflərin qarşıya qoyulması startapların və texnologiya şirkətlərinin yaranmasına, daha yüksək dəyər yaradan məhsulların sayının artmasına səbəb olur. Süni intellekt isə sözügedən prosesləri daha da sürətləndirir. O, rəqəmsallaşmanın hər istiqamətində özünə yer tuta bilir. Nəticə etibarilə, süni intellekt vasitəsilə sənayedə istehsalın səmərəliliyinin, kənd təsərrüfatında məhsuldarlığın artırılması, maliyyə sektorunda risklərin daha düzgün qiymətləndirilməsi, logistikada vaxtın daha səmərəli idarə olunması mümkündür. Yəni bütün istiqamətlərdə, hətta dövlət xidmətlərində belə, qərarların daha düzgün verilməsi üçün süni intellekt amili olduqca önəmlidir".
O qeyd edib ki, bu istiqamətdə hüquqi baza formalaşarsa, investisiya mühitinin inkişafı üçün güclü əsas yaranar:
"Bu istiqamətdə hüquqi baza formalaşarsa, investisiya mühitinin və insan kapitalının inkişafı üçün də güclü əsas yaranar. Belə olan halda Azərbaycanın həm ümumi, həm də regional kontekstdə – Cənubi Qafqazda, Şərqlə Qərb arasında yerləşməsi baxımından innovasiya və texnologiya mərkəzinə çevrilməsi imkanı yaranır. Azərbaycan belə bir mərkəzə çevrildikdən sonra isə bu, avtomatik olaraq qeyri-neft sektorunun inkişafına və yüksək texnologiyalı məhsulların ixracının artmasına imkan verər".
Şahanə Ziyad

İqtisadiyyat       Tarix: 05 iyul 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

AzerGold"un yeni qızıl-gümüş kolleksiyası Kəlbəcərə həsr olunub

"AzerGold" QSC zəngin təbiəti, mineral bulaqları, qədim tarixi və mədəni irsi ilə seçilən Kəlbəcər rayonuna həsr olunmuş yeni qızıl və gümüş sikkə kolleksiyasını təqdim edib. Yeni kolleksiyanın bədii kompozisiyasınd

Mərkəzdə mənzil axtaranlar üçün yeni imkanlar: Nərimanovda satışlar başladı

Nərimanovda yeni mənzillər satışa çıxarılıb: premiumtəmirli mənzil axtaranlar üçün geniş seçimlər. Nərimanovda yeni mənzil almağı düşünürsənsə, bu mərhələniqaçırma. Şəhərin mərkəzində yerləşən yeni yaşayış kompleksində müxtəli

Azərbaycanda basketbol üzrə ixtisaslaşmış yeni xəbər portalı fəaliyyətə başladı

Azərbaycanda basketbol çempionatını, milli komandaların çıxışını və beynəlxalq turnirləri operativ işıqlandırmaq məqsədilə " idman portalı istifadəyə verilib. . Offside Media tərəfindən yaradılan yeni internet resurs

Texnologiyada qadın gücü: Bir 'Ctrl is hers" qalibləri üçün təlimlərə başlayıb

Bir ekosisteminin qadınların texnologiya sahəsində bilik və bacarıqlarını inkişaf etdirməsinə və bu istiqamətdə karyera imkanları qazanmasına dəstək məqsədilə həyata keçirdiyi "Ctrl is hers" proqramında 66 iştirakç

Yelo Bank-ın 0% komissiyalı biznes kampaniyasına qoşulun

Yelo Bank-ın mikro və kiçik biznes sahiblərinə dəstək məqsədli "Biznesinə xoş gələcək" kampaniyasının bitməsinə az vaxt qaldı! . xəbər verir ki, 30 sentyabr 2026-cı il tarixinədək davam edəcək kampaniya çərçivəsind

Bakı-Naxçıvan reysləri təxirə salındı

Azərbaycan Hava Yollarının (AZAL) sentyabrın 28-də planlaşdırılan Bakı-Naxçıvan-Bakı marşrutu üzrə bir sıra reysləri əlverişsiz hava şəraiti səbəbindən təxirə salınıb. xəbər verir ki, hava şəraiti sabitləşdikdən sonra uçuşları

Pensiyalarla bağlı yeni qərar - Artım belə hesablanacaq

Pensiyaların indeksasiya mexanizmi təkmilləşdirilir. xəbər verir ki. bu, Milli Məclisin bu gün keçirilən iclasında müzakirəyə çıxarılan "Əmək pensiyaları haqqında" qanuna təklif edilən dəyişiklikdə əksini tapıb

Azərbaycanda hərbçilərin maaşı artırılır

Azərbaycanda hərbçilərin maaş və pensiyası artırılır. Ölkə.az-ın əldə etdiyi xəbərə görə, bununla bağlı qanunvericiliyə dəyişikliklər edilir. Dəyişikliklər layihəsi Milli Məclisə daxil olub və Müdafiə, təhlükəsizlik və korrupsiy

Pensiyaya çıxanlara birdəfəlik pul veriləcək – Kimlərə şamil olunur?

Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılan yeni Dövlət Qulluğu Məcəlləsinin layihəsində dövlət qulluqçularının pensiya yaşına çatarkən alacaqları maliyyə ödənişləri ilə bağlı qaydalar ayrıca əksini tapıb


yeni xeberler son xeberler azerbaycan xeberleri valyuta mezennesi 2026 cəbhədən ən son xəbərlər son xeberler az bugünkü son xəbərlər