Super-qida və təbii dərman - CÜCƏRDİLMİŞ QARABAŞAQ. Faydaları və hazırlanması

Super-qida və təbii dərman - CÜCƏRDİLMİŞ QARABAŞAQ. Faydaları və hazırlanmasıQarabaşaq ən faydalı yarma sayılır. Qarabaşaq zülallar, B qrupu, C və E vitaminləri, kalsium, mis, dəmir, maqnezium, kalium, yod kimi minerallar, flavonoidlər, liflərlə zəngindir.
Yaşıl qarabaşaq daha faydalı sayılır. Qəhvəyi qarabaşaq emal olunmuş məhsuldur ki, onun tərkibində faydalı maddələr yaşılla müqayisədə daha azdır.
Cücərdilmiş yaşıl qarabaşaq bütün dünyada super-fud (super-qida) - ən sağlam və faydalı məhsullardan biri sayılır. Xarici ölkələrdə supermerketlərdə hətta hazır cücərdilmiş qarabaşaq satılır.
Cücərdilmiş qarabaşağın tərkibində faydalı maddələr adi qarabaşaqla müqayisədə qat-qat daha çoxdur. Bu səbəbdən cücərdilmiş qarabaşaq əsl təbii dərman sayıla bilər.
Milli.Az saglamolun.az-a istinadən cücərdilmiş qarabaşağın faydaları ilə tanış edir:
Orqanizmə antioksidant təsir edir - cavanlaşdırır, xroniki xəstəliklərin riskini azaldır
Orqanizmi ziyanlı maddələrdən təmizləyir
Arıqlamağa kömək edir
Həzm proseslərini yaxşılaşdırır
Xolesterini salır, damarları təmizləyir
Təzyiqi tənzimləməyə yardım edir
Damarlarda trombların əmələ gəlməsi riskini azaldır, damarların divarlarını möhkəmləndirir
Fol turşusu, dəmir və mis sayəsində qanın tərkibini yaxşılaşdırır, qanazlığı zamanı faydalıdır
Əzələləri möhkəmləndirir, orqanizmi fiziki yükləmələrə qarşı daha davamlı edir. Bu səbəblərə görə cücərdilmiş qarabaşaq tez-tez idmançıların qidalnmasına daxil edilir.  
Dəri, saç və dırnaqların vəziyyətini yaxşılaşdırır
Potensiyanı artırır, prostat vəzi xəstəliklərinin qarşısını alır
Yod çatışmazlığı ilə bağlı olan zob xəstəlikləri zamanı faydalıdır
Hamilə və uşaq əmizdirən qadınlar üçün çox faydalıdır
Güclü xərçəng əleyhinə təsirə malikdir
Şəkərli diabet xəstələrində qanda şəkəri tənzimlənməyə kömək edir
İmmun sistemini möhkəmləndirir
Gümrahlıq və enerji bəhş edir.
Cücərdilmiş qarabaşağı hazırlamaq üçün yaşıl qarabaşaq yaxşı təmizlənir, yuyulur, səməni kimi cücərdilir. Cücərtilərin uzunluğu bir neçə mm olanda artıq müalicəvi məhsulumuz hazırdır. Qarabaşağı yenidən yaxşı yuyun, qurudun və salatlara, sıyıqlara, müxtəlif yeməklərə əlavə edib və ya kəsmik , yoqurt, qatıqla qarışdırıb yeyə bilərsiniz.
Hazır cücərdilmiş qarabaşağı 3 gündən çox olmayaraq soyuducuda saxlayın, sonra yeni porsiya hazırlayın. Gün ərzində 2-3 x.q. cücərdilmiş qarabaşaq yemək olar.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 20 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Yayda kondisioner istifadə edənlərin diqqətinə: Bu səhv sağlamlığınıza zərər vurur

Yay aylarında havaların kəskin istiləşməsi ilə kondisionerlərdən istifadə demək olar ki, hər yerdə adi hala çevrilib. Evlərdə, ofislərdə, ticarət mərkəzlərində və digər qapalı məkanlarda sərin hava rahatlıq yaratsa da, bəz

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Tünd şokoladın ürəyə necə təsir etdiyi AÇIQLANDI

Kardioloqlar bildirirlər ki, tünd şokolad ürək sağlamlığı üçün südlü şokoladdan daha faydalı hesab olunur. Bunun əsas səbəbi kakaonun tərkibində olan flavanollar, güclü antioksidant maddələrdir. xəbər verir ki, mütəxəssisləri

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

COVID-19-dan ölənlərin sayı 7 milyonu keçdi

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, indiyədək dünya üzrə COVID-19-dan ölənlərin sayı 7 milyon 115 min 86 nəfərə çatıb. KONKRET.aztrend-ə istinadən xəbər verir ki, ÜST-nin məlumatına əsasən, qlobal miqyasd


yeni xeberler azerbaycan xeberleri son xeberler son xeber kriminal valyuta mezennesi 2026 son xeberler bugun