Şuşada Türk Dünyasının Elmi-tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin toplantısı keçirildi - FOTO

Şuşada Türk Dünyasının Elmi-tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin toplantısı keçirildi - FOTO16 sentyabr 2024-cü il tarixində Şuşada Türk Dünyasının Elmi-tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin (ARİCA) toplantısı keçirilib. Türk Akademiyasının Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının Arxeologiya və Antropologiya İnstitutu ilə birgə təşkil etdiyi tədbir türk ölkələrinin aparıcı arxeoloq alimlərini bir araya gətirib.
KONKRET.az xəbər verir ki, iclasda Türk Akademiyasının prezidenti Şain Mustafayev, həmçinin Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Türkiyə, Özbəkistan (o cümlədən Qaraqalpakstan), Monqolustan və Tatarıstan (RF) elmi institutlarının və arxeologiya mərkəzlərinin rəhbərləri iştirak ediblər.
Tədbirin əsas mövzusu müxtəlif ölkələrin alimlərinin topladığı elmi resursları və bilikləri birləşdirəcək birgə arxeoloji ekspedisiyaların və tədqiqatların aparılması perspektivlərinin müzakirəsi olub.
Akademik Ş.Mustafayev çıxışında Türk Akademiyasının türk xalqlarının tarixi və mədəniyyətinin müxtəlif aspektləri ilə bağlı geniş araşdırmalarla fəal məşğul olduğunu vurğulayıb. Bu fəaliyyət çərçivəsində Akademiya türk xalqlarının dini inanclarını, tarixi hadisələrini və mədəni kimliyini əks etdirən mühüm memarlıq və arxeoloji abidələrin aşkara çıxarılmasına yönəlmiş "Türk dünyasının müqəddəs coğrafiyası" layihəsini həyata keçirir.
Akademiya tərəfindən aparılan son arxeoloji qazıntılar arasında Monqolustanın Arxanqay bölgəsində Göytürklər dövrünə aid xatirə kompleksinin qazıntılarının aparıldığı tədqiqatlar, həmçinin Sırdərya hövzəsində, o cümlədən Qazaxıstanın Kızılorda bölgəsində oğuz artefaktlarının tədqiqi daxildir.
Ş.Mustafayev arxeologiya sahəsində beynəlxalq əməkdaşlığın əlaqələndirilməsinin vacibliyini də qeyd edərək, Türk Akademiyasının Türk Dünyasının Elmi-tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin Katibliyi kimi qürurla xidmət etdiyini bildirib.
"Akademiya Assosiasiyanın üzv ölkələrin birgə layihələrinin həyata keçirilməsi üçün səmərəli platformaya çevrilməsi istiqamətində fəal işləyir", – deyə Ş.Mustafayev vurğulayıb. O, həmçinin elmi əməkdaşlıq üçün mühüm platformaya çevrilə biləcək radiokarbonların müəyyənləşdirilməsi üzrə birgə laboratoriyanın yaradılmasını təklif edib.
Bu tədbir zamanı iki mühüm yubiley qeyd olunub: görkəmli qazax arxeoloqu və tarixçisi Alkey Marqulanın (1904–1985) anadan olmasının 120 illiyi və məşhur qazax arxeoloqu Kemel Akişevin (1924–2003) anadan olmasının 100 illiyi.
Tədbirin sonunda iştirakçılar türk dünyasında arxeoloji tədqiqatların inkişafı istiqamətində əməkdaşlığın əsas istiqamətlərini və gələcək addımları müəyyən edən yekun bəyannamə imzalayıblar.
Xatırladaq ki, Türk Dünyasının Elmi-tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyi (ARİCA) 2023-cü ilin noyabrında Səmərqənddə təsis edilib.
"Şuşa tarixi boyu çətin sınaqlardan çıxmış bir şəhər kimi bizi keçmişimizi qoruyub saxlamağa, türk dünyasının mədəni irsinin mühüm rol oynayacağı gələcəyi formalaşdırmağa ruhlandırır", – deyə Akademiyanın prezidenti vurğulayıb.
Tədbirin əsas hissəsi ilə yanaşı, alimlər Qarabağ bölgəsinin arxeoloji abidələrini ziyarət edərək mədəni proqramda iştirak ediblər.
Günel Mikayılova,
KONKRET.az
Şuşada Türk Dünyasının Elmi-tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin toplantısı keçirildi - FOTO

Siyasi       Tarix: 17 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib

Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsi və strukturu təsdiq edilib. Prezident İlham Əliyev bu barədə Fərman imzalayıb. Fərmana əsasən, Azərbaycan Respublikası Dövlət Ehtiyatları Agentliyinin Aparatını

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib

Laos Xalq Demokratik Respublikasın Prezidenti Thonqlun Sisulit Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi Laosa rəsmi səfərə dəvət edib. /

Məhəmməd bin Salman Prezident İlham Əliyevə təbrik məktubu göndərdi

Səudiyyə Ərəbistanı Krallığının vəliəhdi, Baş nazir Məhəmməd bin Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib. KONKRET.azxəbər verir ki, təbrik məktubunda deyilir:

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd

Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı

AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin cinayət işi üzrə məhkəmə başlayıb. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə məhkəmənin hazırlıq iclası keçirilib

Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır

Ermənistan və Azərbaycan arasında sülh, eləcə də regional əməkdaşlığın inkişafı Cənubi Qafqaz üçün, xüsusilə logistika və beynəlxalq daşımalar sahəsində yeni imkanlar yaradır. xəbər verir ki, bu barədə Ermənistanın Baş nazir

Ərdoğana çağırış: 8 Noyabrda Bakıya gedərək

Son zamanlarda Türkiyə ilə Azərbaycan arasında nifaq yaratmağa çalışanlar haqqında bu gərginliyə səbəb olan ilk işarələr göründüyü andan – təxminən bir aydır ictimaiyyəti məlumatlandırmağa, xəbərdar etməyə və atılmalı ola


azerbaycan xeberleri son xeberler yeni xeberler enson xeberler xeber siyaseti xeberler bugun bugun xeberler