Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdır

Şuşaya gedən yol 27 sentyabr tarixində başlamışdırAzərbaycan xalqı Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ikinci ildönümünü böyük sevinc və qürurla qeyd edir.
Ölkə Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Azərbaycan Vətən Müharibəsindəki tarixi Zəfərin ikinci ildönümü günü Şuşadaydı. Bundan bir gün öncə Füzuli rayonu ərazisində Müdafiə Nazirliyinin yeni istifadəyə verilmiş "N" saylı hərbi hissəsində yaradılan şəraitlə tanış olan Prezident, hərbi şəhərciyin ərazisində şəhidlərin xatirəsinə ucaldılmış abidə kompleksinin önünə gül dəstəsi qoydu, burada ağac əkdi. Hərbi şəhərciyin qərargah binası ilə tanış olan Prezident, həmçinin hərbi şəhərcikdə əsgər yataqxanası, əsgər yeməkxanası və idman zalı ilə tanış oldu; hərbi qulluqçular və onların ailələri üçün yeni istifadəyə verilmiş iki və üçmərtəbəli yaşayış binalarındakı mənzillərdə yaradılmış şəraitlə də tanış oldu. Müzəffər Ali Baş Komandan hərbçiləri 8 Noyabr – Zəfər Günü münasibətilə təbrik etdi, onlarla birgə foto çəkdirdi.
Göründüyü kimi, dövlət başçısı ölkəmizin əziz günü ərəfəsində və Zəfər Günü məhz hərbçilərlə görüşdü, işğaldan azad olunmuş Füzuli və Şuşada oldu. Yaxşı xatırlayırıq ki, 44 günlük müharibədən öncəki əlamətdar günlərdə, məsələn öz yubileylərində də, Prezident İlham Əliyev özünəxas qərarlar qəbul edir, şəhid ailələri, qaçqın və məcburi köçkünlərlə görüşürdü. Belə yanaşma və görüşlər artıq bir ənənə halını alıb.
Şuşada qədim tarixə malik şəhərsalma mədəniyyəti, sənətkarlığın və ticarətin inkişafı Şuşanın ticarət mərkəzinin bənzərsiz görkəmi onun magistralına bitişik iri bazar meydanı ilə tamamlanırdı. Şəhərin "Meydan" deyilən əsas meydanı "Rastabazar" küçəsi boyunca tikilmiş ibadətgah və ticarət təyinatlı tikililərdən, birmərtəbəli dükanlardan, ikimərtəbəli karvansaradan və qoşa minarəli yaraşıqlı Cümə məscidindən ibarət idi. Şuşada XIX əsrin ikinci yarısında "Bazarbaşı" deyilən yerdən "Şeytan bazar"a qədər uzanan üstüörtülü ticarət mərkəzi olan "Rastabazar"ın sıra ilə düzülən və daşları bir-birinə qurğuşunla bərkidilən sütunlardan, tağlardan ibarət olan və qalereyanı xatırladan səkiləri başdan-başa örtülü olduğundan bütün fəsillərdə quru və təmiz qalırdı. Orta əsr Şərq üslubunda zövqlə tikilən bu bazar həm də şəhərə xüsusi yaraşıq verirdi.
XVIII əsrin ikinci yarısında Yaxın Şərqə, Türküstana və Avropaya gedən karvan yolları ayrıcında yerləşən Azərbaycanın tarixi, mədəni və strateji əhəmiyyətə malik şəhəri sayılan Şuşa özünün yunu, xalçası, ipəyi, dərisi, parçası və çini qabları ilə dünya bazarları miqyasına çıxa bilmiş, istehsal etdiyi sənaye və kənd təsərrüfatı məhsullarını şuşalı tacirlər Tehran, Təbriz, İstanbul, Bağdad, Səmərqənd, Moskva, Həştərxan kimi böyük şəhərlərdə satırdı.
Göründüyü kimi, istehsal prosesinin sürətlə inkişafı şəhərin iqtisadiyyatının möhkəmlənməsinə kömək etmiş, əhalinin sosial vəziyyətinə müsbət təsir göstərmişdi. Bu dövrdə Şuşada bir sıra əzəmətli məscid, mədrəsə və karvansaranın tikilməsi də, məhz onun xarici bazarlardan götürdüyü qazanc sayəsində mümkün olmuşdu
Prezidentimizin 2020-ci il dekabrın 3-də imzaladığı Sərəncama əsasən noyabrın 8-i Azərbaycanda Zəfər Günü elan olunub. Xalqımız Vətən müharibəsində qazanılmış şanlı Qələbənin ikinci ildönümünü Qarabağda aparılan bu möhtəşəm bərpa-quruculuq işləri fonunda yüksək əhvali-ruhiyyə ilə qeyd edir. Küçələrdə, prospekt və meydanlarda, binaların eyvanlarında üçrəngli bayrağımız dalğalanır. Həmçinin Zəfər Günü rəqəmli bilbordlarda, monitorlarda və banerlərdə "Xarıbülbül" emblemi, Zəfər şüarları nümayiş olunur. 
Naftalan şəhər sakini Tahirə Bağırova / azxeber.com

Siyasi       Tarix: 11 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycan Ordusu buna görə əməliyyatlara başladı – "3 il gözlədik, olmadı"

"Azərbaycan antiterror əməliyyatınadək kifayət qədər səbirli və təmkinli davranıb. Ermənistan, separatçı qüvvələr və onları dəstəkləyən tərəflərə dəfələrlə aydın mesajlar verib ki, məsələlər dinc yolla və qan tökülmədə

Əli Əsədov iclas keçirir

Nazirlər Kabinetində Baş nazir Əli Əsədovun sədrliyi ilə iclas keçirilir. Trend-ə istinadən xəbər verir ki, iclasda 2027-ci ilin dövlət büdcəsi və onunla əlaqəli sənədlər müzakirəyə çıxarılıb. Baş nazir bildirib ki, Preziden

Prezidentdən xüsusi sərhəd mesajı: onlarla ölkə prosesə qoşulacaq

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) təşkilatçılığı ilə "Qlobal təhlükəsizlik arxitekturasında yeni çağırışlar və terrorçuluğa qarşı effektiv əməkdaşlıq mexanizmlərinin formalaşdırılması"

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Azərbaycan Prezidenti Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 23-də Estoniya Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Tiina Nirki qəbul edib. xəbər verir ki, səfir etimadnaməsini dövlə

Prezident əfv Sərəncamı imzaladı

Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş bəzi şəxslər cəzanın çəkilməmiş hissəsindən azad ediliblər. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Azadlıqdan məhrum etmə cəzasına məhkum edilmi

FAKTI' Cənubi Qafqazda sülhə görə yalnız Paşinyanın mükafatlandırılması barədə: 'Bu, absurddur

Bolqarıstanın "Faktı" nəşri Cənubi Qafqaz regionunda sülhün bərqərar olmasına töhfə verdiyinə görə Hessen mükafatının Ermənistan hökumətinin başçısı Nikol Paşinyana verilməsinin əsaslılığının şübhə altına alındığ

Prezidentdən "AzerGold"la bağlı - Sərəncam

"AzerGold" QSC-nin Müşahidə Şurasının tərkibinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 fevral tarixli 2515 nömrəli Sərəncamında dəyişiklik edilib. Bununla bağlı Preziden

Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman

Azərbaycan Prezidenti İlham Əliyev dövlət ümumi təhsil müəssisələrində yeni maliyyələşmə mexanizminin tətbiq edilməsi haqqında Fərman imzalayıb. xəbər verir ki, sözügedən Fərmana əsasən, dövlət ümumi təhsil müəssisələrind


son xeberler yeni xeberler azerbaycan xeberleri kriminal xeber cəbhədən şad xəbər bugunun xeberleri butun xeberler