Tacikistanla Qırğızıstan bu məsələdə razılığa gəldilər
Tacikistan və Qırğızıstan hökumətləri nümayəndə heyətlərinin delimitasiya və demarkasiya üzrə topoqrafik işçi qrupları ümumi dövlət sərhədinin təxminən 12 km-ni razılaşdırıblar.
KONKRET.az xəbər verir ki, bu barədə məlumatı Tacikistanın "Xovar" milli xəbər agentliyi yayıb.
"Topoqrafik işçi qrupları Tacikistan-Qırğızıstan dövlət sərhədinin daha 11,88 km-ni razılaşdırdılar", – məlumatda deyilir.
Bildirilir ki, qruplar dekabrın 17-dən 23-dək Bustonda (Soqd vilayəti) işləyiblər, onların növbəti görüşü Qırğızıstan ərazisində keçiriləcək.
Qeyd edək ki, Tacikistan-Qırğızıstan sərhədinin uzunluğu 980 km-dən çoxdur. Sovet İttifaqı dağıldıqdan sonra onlarla mübahisəli sahə qalıb. Bəzilərində zaman-zaman mübahisələr, o cümlədən silahlı insidentlər yaşanır. Delimitasiya haqda danışıqlar 2002-ci ilin dekabrından davam edir.

"Şəfa" "Araz-Naxçıvan"a, "Zirə" "Qəbələ"yə qarşı
"Vəziyyəti düzəltməyə çalışacağıq" - Qurban Qurbanov
Məşhur aktrisa vəfat etdi
39 yaşlı kişi evində ölü tapıldı
Türkiyədə mikroavtobus faciəsi - 9 ölü
Almaniyada kiçik təyyarə qəzaya uğrayıb, iki nəfər ölüb
Mingəçevirdə yük maşını bataqlıqda batdı
Ərdoğan sabah Qarabağa gəlir
Trampın planları alt-üst ola bilər – Seçkilərdən sonra nə dəyişəcək?
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir
Azərbaycanda 'xruşşovka'ların sökülməsinə hazırlıq gedir?
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi