Tahir İmanovdan Elgiz Əkbərin dediklərinə REAKSİYA
Əməkdar artist Tahir İmanov aparıcı Elgiz Əkbərin ondan küsməsi ilə bağlı açıqlamasına reaksiya verib.
Aktyora bu haqda qonaq olduğu "Künc-bucaq" yutub layihəsində sual verilib. O bildirib ki, E.Əkbər haqda danışmaq istəmir:
"Şəxsi işidir, haqqı var. KVN heç vaxt heç kimi təhqir etməyib. Olur bəzi insanlar tənqidi təhqir kimi qəbul edir. Bəziləri tənqidi istəmir. Onun şəxsi işidir, bu haqda danışmaq və ona cavab vermək istəmirəm".
Qeyd edək ki, Elgiz T.İmanov haqda "Tahirlə aram yoxdur, onu sevmirəm. Amma Cabiri (Əməkdar artist Cabir İmanov - red.) sevirəm, ürəkdir. Bəlkə indi Tahir də deyəcək, mən də səni sevmirəm. O da bizim vətənin oğludur. Qəlbimə dəymişdi. Bir nəfərin yas məclisində görüşdük, danışdıq. Söhbətimiz oldu, istedadlıdırlar, mədəniyyətimizi təbliğ ediblər. Cabir İmanovu daha çox istəyirəm. Tahirə də can sağlığı diləyirəm. Bir dəfə məni təhqir etmişdi", - sözlərini söyləyib. / azxeber.com
Turlar.az [newsid: 0-123300]

Şərəf' ordeni ilə təltif edilən Valeh Ələsgərov kimdir?
AQEM platformasında Azərbaycanın siyasi mesajları və strateji prioritetləri
Bu gün Füzulinin işğaldan azad olunmasından altı il ötür
Ramiz Mehdiyev YAP Veteranlar Şurasından çıxarıldı
ABB-də nə baş verir? – Vətəndaşın pulu yoxa çıxıb
DİQQƏT: Bankdan kredit ala bilmirsinizsə, səbəb bu ola bilər
Bir ailənin üzvləri qəzaya düşdü - Ölənlər və yaralananlar var
"Qarabağ" "Neftçi"yə, "Qəbələ" "Sabah"a qarşı
PAŞA Bankın dəstəyi ilə ölkəmizdə növbəti yaşıllaşdırma və gənc iş adamlarına dəstək layihəsi həyata keçirilib
"Neftçi" yenidən önə keçdi - Canlı-Yenilənir
Günel Bədəlovaya yüksək vəzifə verildi
İCMA nümayəndələri Yaponiyada Azərbaycan səfiri ilə görüşüblər - FOTOLAR
Zaqatalada dəhşət: rus sürücü TIR-la qadının üstündən keçdi
Bərdədə dəhşət: Sanitar huşsuz pasiyenti 40 dəqiqə döyüb, xəstəxananı şantaj etdi
Prezidentin mesajı: Müharibə cinayətləri cəzasız qalmamalıdır