Tahir Kərimli: 'Azərbaycanda əksər partiyaların sədrini və üzvlərini tanıyan da yoxdur
"Azərbaycanda əksər partiyaların sədrini və üzvlərini tanıyan da yoxdur".
Bunu Vəhdət Partiyasının sədri, deputat Təhir Kərimli "Siyasi partiyalar" haqqında qanun layihəsi ilə bağlı parlamentdə keçirilən ictimai dinləmələrdə çıxışı zamanı deyib.
Onun sözlərinə görə, siyasi partiyalarla bağlı qanunun yenilənməsinə doğrudan da ciddi ehtiyac var idi: "Əgər səhv etmirəmsə, ölkədə dövlət qeydiyyatına alınmış 58 siyasi partiya var. Ümumilikdə isə 100-dən çox siyasi partiya mövcuddur. Hətta bu gün ölkədə partiyaların əksəriyyəti bir şəxsin nüfuzu ətrafında formalaşır. Yeni hazırlanan qanun layihəsinin müəyyən hissəsi ilə razı olmasam da, biz özümüzü dövlətdə, cəmiyyətdə təsdiq etməliyik. Müstəqil dövlət olaraq niyə qapalı şəkildə fəaliyyət göstərməliyik?!"
Azad Vətən Partiyasının (AzVP) sədri Akif Nağı çıxışlardan bir nəfərin bir tərəfdən, digərinin isə qarşı tərəfdən olmasını təklif edib.
Milli Məclis sədrinin müavini Fəzail İbrahimli isə ona cavab olaraq bildirib ki, dinləmələr başlayanda elan olunan və səs çoxluğu ilə qəbul edilən qərar dəyişməyəcək: "Qulaq asın, bəlkə çıxışlarda səsləndirilən fikirlər sizin üçün arqument olacaq".
///Report / azxeber.com
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Formula-1: ikinci sərbəst yürüş başladı
Tacir Şahmalıoğlu xəstəxanadan evə buraxıldı
Xırdalanda QIZA GÖRƏ DAVA: Dostunu bıçaqladı, sonra ağladı
Prezidentdən ümumi təhsil müəssisələri ilə bağlı - Fərman
Prezident icra başçısını vəzifəsindən azad etdi
Əli Əsədov iclas keçirir
"Bir damla qan, min ümidə can": Anım Gününə həsr olunan qanvermə aksiyası başladı - FOTOLAR
Bakcell-də hədiyyə mövsümü başladı
Təhsil işçilərinə nağd pul kreditində 7%-dək endirim
"Formula 1" üzrə Azərbaycan Qran-prisi başladı
Bank kartları ilə bağlı - Daha bir qadağa
Formula 1: xarici turistlərin sayı rekord həddə çatdı
Tiktokda söyüş söyən "Sarışın gözəl" həbs olundu
Kəngərlidə avtomobil qəzası oldu, körpə öldü