Tahir Kərimli: "Bu gün Qərbin Türkiyəyə daha çox ehtiyacı var

Tahir Kərimli: "Bu gün Qərbin Türkiyəyə daha çox ehtiyacı varTahir Kərimli: "Bu gün Qərbin Türkiyəyə daha çox ehtiyacı var"
"Amerika Birləşmiş Ştatlarının Türkiyəyə qarşı sanksiya tətbiq etməsi gözlənilən idi. Müəyyən qədər prezident seçkiləri ilə bağlı məsələ qarışıqlıq yaratmışdı. Amma sual oluna bilər ki, nə üçün Yunanıstan da Rusiyadan eyni hava hücumundan müdafiə sistemlərini aldığı halda onlara sanksiya tətbiq olunmur, Türkiyəyə isə tətbiq olunur?"
Bu sözləri Oxu.Az-a açıqlamasında deputat Tahir Kərimli deyib.
O bildirib ki, hər şeydən əvvəl Türkiyə kimi dövlətin özünün önəmində axtarmaq lazımdır:
"Əhalisi 11 milyon, daxili istehsalının həcmi 200 milyard dollar olan Yunanıstanla NATO-nun ikinci ən qüdrətli hərbi dövləti sayılan, 83 milyonluq əhalisi, daxili istehsalının həcmi 800 milyard dollardan artıq olan, yüksək hərbi potensiallı Türkiyəni müqayisə etmək olmaz.
Qərb bilir ki, bu yolla Türkiyəni itirə bilər. Məsələ bundan ibarətdir ki, dəfələrlə Türkiyə Qərb dövlətlərinə, NATO-ya müraciət edib. Müraciətində Türkiyə Hərbi Hava Qüvvələrinin yenidən qurulmasına ehtiyacının olduğunu, müxtəlif müdafiə sistemlərinin alınmasının vacibliyini vurğulayıb. Hətta Türkiyə bu məqsədlə bir milyard həcmində vəsait köçürülməsini də həyata keçirib. Bu məsələ Niderlanda həvalə olunsa da, Qərb öz öhdəliyini yerinə yetirmədi. Bununla yanaşı, Türkiyənin ödədiyi pulu da geri qaytarmadı. Türkiyə isə bunu çox gözəl başa düşürdü və daha səmərəli, alternativ yollar axtarırdı".
Deputat onu da əlavə edib ki, Türkiyəyə tətbiq edilən sanksiyalar onu daha da güclənməyə vadar etdi:
"Türkiyə mövcud vəziyyəti dəyərləndirərək, uğurlu alternativ olaraq Rusiyadan S-400 sistemlərini almaq məcburiyyətində qaldı. Bu, Türkiyə üçün doğru addım idi. Çünki Türkiyə özünün təhlükəsizliyini ciddi şəkildə qoruyan ölkədir. Bu da hər bir dövlətin haqqıdır və təbiidir. Məsələ odur ki, tətbiq olunan sanksiyalar Türkiyədə hərbi sənayənin inkişafına güclü təkan verdi. F-35 təyyarələrinin satışından imtina edilməsi, Türkiyədə beşinci nəsil silah-sursatların istehsalı istiqamətində işlər gücləndirildi. Türkiyə prezidenti açıq şəkildə qeyd etdi ki, vaxt gələcək Türkiyənin bayrağı kosmosda dalğalanacaq.
Bu gün Türkiyənin çox ciddi hərbi sənayə kompleksləri var. Ölkə ən müasir standartlara cavab verən tanklar istehsal edə bilir. Eləcə də "Bayraktar" dronlarlarının istehsalı dünyada ən qabaqcıl texnologiyalardan birinin tətbiqi deməkdir. Bu nöqteyi nəzərdən, Qərbin Türkiyəyə daha çox ehtiyacı var".
Könül Cəfərli 

Siyasi       Tarix: 15 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

Kalininqrad böhranı: Rusiya NATO ilə müharibəyə girə bilər? – POLİTOLOQDAN AÇIQLAMA

Rusiyanın Kalininqrad vilayəti ilə bağlı NATO ölkələrini "təxribat xarakterli addımlar" atmaqda ittiham etməsi və birbaşa silahlı toqquşma riskinin artdığını açıqlaması Rusiya–NATO münasibətlərində gərginliyin yenidə

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Bu gün Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti və etibarlılığı beynəlxalq səviyyədə yüksək qiymətləndirilir. xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxal

Prezident və xanımı Bakıda sərgidə

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 30-da Bakı Ekspo Mərkəzində keçirilən "ADEX 2026" 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisi və "Securex Caspian" 15-ci Beynəlxal

Dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında - FOTOLAR

27 Sentyabr – Anım Günü ilə əlaqədar Baş nazir Əli Əsədov, Prezident Administrasiyasının rəhbəri Samir Nuriyev, Milli Məclisin sədri Sahibə Qafarova, digər dövlət və hökumət rəsmiləri Bakıdakı Zəfər parkında olublar. Dövlə

AQEM çərçivəsində ilk Media Forumunun Bakıda təşkili xüsusi önəm kəsb edir

"Azərbaycanın təşəbbüsü ilə AQEM çərçivəsində ilk Media Forumun Bakıda təşkili və onun AQEM Zirvə Görüşü ərəfəsində keçirilməsi təşkilatın beynəlxalq müstəvidə oynadığı mühüm roluna və sədrliyimiz çərçivəsində üzv dövlətlərl

Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır

Ermənistanda anklav kəndlərlə bağlı ciddi müzakirələr gedir. KONKRET.azxəbər verir ki, bu sözləri Bakıvaxtı.az-a açıqlamasında Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas alim Qafar Çaxmaqlı deyib. Professo

Vensdən İrana qarşı SƏRT XƏBƏRDARLIQ: "Onlar başa düşürlər ki..."

ABŞ rəsmiləri İranın son addımları və bölgədəki vəziyyətlə bağlı sərt bəyanatlar səsləndiriblər. KONKRET.azxəbər verir ki, ABŞ rəhbərliyindən bildirilib ki, iranlılar öz hərəkətlərində səhvə yol verdiklərini anlayırlar. "Onla

Vuçiç istefa verdi 

Serbiya Prezidenti Aleksandar Vuçiç ikinci prezidentlik müddətini başa vurmadan istefa verdiyini açıqlayıb. xəbər verir ki, Vuçiç növbədənkənar parlament seçkilərində hakim Serb Tərəqqi Partiyasının namizədi kimi baş nazi

Prezident Birləşmiş Krallığın dövlət nazirini qəbul etdi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 30-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının müdafiə üzrə dövlət naziri Lord Vernon Kioakeri qəbul edib. xəbər verir ki, qonaq qəbula görə minnətdarlığın


azerbaycan xeberleri yeni xeberler son xeberler bu gunun xeberleri haqqinda melumat cebheden xeberler hava durumu krimnal bugun