Taksi sürücülərinin fərqlənmə nişanlarını alması üçün onlayn müraciət platforması hazırlanıb

Taksi sürücülərinin fərqlənmə nişanlarını alması üçün onlayn müraciət platforması hazırlanıbTaksi sürücülərinin fərqlənmə nişanlarını alması üçün onlayn müraciət platforması hazırlanıb
Taksi fəaliyyətinin tənzimlənməsi layihəsi çərçivəsində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin fərqlənmə nişanlarının alması üçün onlayn müraciət platforması hazırlanıb.
BNA-yaydığı məlumata görə, bundan məqsəd Bakının inzibati ərazisində taksi fəaliyyəti ilə məşğul olan sürücülərin rahatlığının təmin edilməsi, pandemiya dövründə sosial məsafəni qoruyaraq fiziki təmasların azaldılması və vahid taksi sürücü məlumat bazasını yaratmaqla taksi fəaliyyətində dövlət tərəfindən sahibkarlıq fəaliyyəti üçün yaradılmış şəraitdən sui-istifadə hallarının aradan qaldırılmasıdır.
Vahid taksi sürücü məlumat bazasının yaradılması həmçinin, taksi fəaliyyəti ilə bağlı hesabatlılığın dəqiq və şəffaf aparılmasına, taksi fəaliyyətinin iqtisadi səmərəliliyinin düzgün müəyyən edilməsinə və bu sahənin inkişafına investisiya qoyuluşlarının artırılmasına imkan verəcəkdir. Eyni zamanda, fərqlənmə nişanlarının verilməsinin elektronlaşdırılması ölkəmizdə onlayn xidmətlərin artırılması proseslərinə dəstək olacaqdır.
Onlayn müraciət forması Alo141.az saytında yerləşdirilib https://fr.alo141.az/login. Fərqlənmə nişanını almaq istəyən şəxslər müvafiq olaraq qeydiyyatdan keçərək müracitələrini tamamlaya bilərlər. Həmçinin, onlayn müraciət üzrə video-təlimat da hazırlanaraq sayta yerləşdirilib.
"Bir daha taksi fəaliyyəti ilə məşğul olan şəxslərin diqqətinə çatdırırıq ki, fərqlənmə nişanı yalnız hüquqi şəxslərə və onlayn taksi xidməti göstərən fiziki şəxslərə verilir. İctimai nəqliyyatda Koronavirus infeksiyasının proflaktikasına dair metodiki göstərişə uyğun olaraq minik avtomobilində şəffaf arakəsmə quraşdırılması mütləqdir. Arakəsmə quraşdırılmayan avtomobillərə fərqlənmə nişanı verilməyəcək", - deyə BNA-dan bildirilib.  
Həmçinin, Nazirlər Kabinetinin 04 mart 2019-cu il tarixli 73 nömrəli Qərarına əsasən, Bakı şəhərinin inzibati ərazisində sərnişindaşımalarını yerinə yetirən taksi minik avtomobilləri müəyyən edilmiş standartlara və normativlərə uyğun olmalıdır.
Taksi xidmətinin göstərilməsi üçün fərqlənmə nişanlarının verilməsi üzrə onlayn müraciət platforması bu sahədə ümumiləşdirilmiş məlumat bazasının yaradılması məqsədilə digər məlumat bazalarına, o cümlədən, ASAN məlumat bazasına inteqrasiya olunacaqdır. /oxu.az

Sosial       Tarix: 26 iyun 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Özəl bağçalara elektron qeydiyyat başlayır: TARİX AÇIQLANDI

Məktəbəqədər təhsil sahəsində valideyn-dövlət-özəl əməkdaşlığına əsaslanan maliyyələşmə müsabiqəsi çərçivəsində müəyyən edilmiş özəl məktəbəqədər təhsil müəssisələrinə uşaqların elektron qeydiyyatına başlanılır. xəbər veri

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Bacısının 19 yaşlı sevgilisini öldürmüşdü - Bu cəza verildi

Bu ilin aprel ayında Şəmkirdə 19 yaşlı Ramal Quliyevi bıçaqlayaraq qətlə yetirən 15 yaşlı F.Poladovun (şərti soyadlı) məhkəməsi başa çatıb. "Qafqazinfo"ya istinadən xəbər verir ki, yetkinlik yaşına çatmayan şəx

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş

Azərbaycanda işıq pulu ləğv edilə bilər

Özbəkistanda vətəndaşların evlərinin damlarında quraşdırdıqları günəş panelləri vasitəsilə həm öz elektrik tələbatlarını ödəməsi, həm də artıq enerjini dövlət şəbəkəsinə ötürərək gəlir əldə etməsi diqqət çəkir. Bu model bərp

Mehman Hacıyev dünyasını dəyişdi

Gəncə futbolunda ağır itki baş verib. "Qafqazinfo"ya istinadən xəbər verir ki, veteran oyunçu Mehman Hacıyev 52 yaşında dünyasını dəyişib. "Kəpəz" klubunun yetirməsi olan futbolçu komandının heyyətind

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard


son xeberler yeni xeberler azerbaycan xeberleri cəbhədən ən son xəbərlər cəbhədən yeni xəbərlər valyuta azerbaycan son xeber bugun