"Taliban" Osloda bir daha Əfqanıstanın bütün əfqanların ümumi evi olduğunu bəyan etdi
Yanvarın 23-də Norveç Krallığının paytaxtı Osloda "Taliban"ın müvəqqəti hökumətinin rəsmiləri ilə bəzi əfqan ictimai və siyasi qüvvələri arasında görüş keçirilib.
KONKRET.az-ın məlumatına görə, bu barədə "Taliban"ın informasiya və mədəniyyət nazirinin müavini Zəbihullah Mücahid "Twitter" səhifəsində yazıb.
Bildirilib ki, məsləhətləşmələrin yekunlarına dair müvafiq birgə bəyanat imzalanıb: "Tərəflər səbirlə bir-birinin fikirlərini dinləyib, ölkədəki mövcud vəziyyətlə bağlı fikir mübadiləsi aparıblar. Onlar Əfqanıstanın bütün əfqanlar üçün ümumi ev olduğunu bir daha təsdiqləyib və siyasi, iqtisadi nəticələrə nail olmaq, eləcə də təhlükəsizlik vəziyyətini yaxşılaşdırmaq üçün hamılıqla birgə səy göstərilməsinin vacibliyini vurğulayıblar".
Bəyanatda, həmçinin, vurğulanıb ki, qarşılıqlı anlaşma və birgə əməkdaşlıq Əfqanıstanın bütün problemlərinin yeganə həll yoludur. /APA
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır