Tamstore 100-cü mağazasını açaraq üçillik hədəfinə vaxtından əvvəl nail oldu
"Tam istədiyiniz market" sloqanı ilə fəaliyyət göstərən Tamstore marketlər şəbəkəsi Binəqədi qəsəbəsində yubiley – 100-cü mağazasını müştərilərin xidmətinə verməklə qarşıya qoyduğu üçillik strateji inkişaf hədəfini nəzərdə tutulan müddətdən daha tez yerinə yetirib.
azxeber.com xəbər verir ki, bu gün açılan yeni Binəqədi mağazası ilə şəbəkənin ümumi sayı 100 olub. Şirkət hazırda 300-dən çox ofis əməkdaşı, həmçinin 4000-ə yaxın mağaza personalı ilə "mini", "city" və "super" olmaqla üç fərqli formatda müştərilərə xidmət göstərir.
Yubiley açılışı münasibətilə mediaya açıqlama verən Tamstore Marketlər Şəbəkəsinin baş icraçı direktoru Ceyhun Yusubov bildirib ki, qarşıya qoyulan üç ilə 100 mağaza hədəfi komandanın böyük əməyi sayəsində daha tez və uğurla tamamlanıb. Hazırda marketlər şəbəkəmiz Bakıda 56, Abşeronda 8, Sumqayıtda 6, Naxçıvanda 2 və regionlarda 28 mağaza ilə hər gün 200 minə yaxın müştəriyə xidmət göstərir.
O, bildirib ki, bu göstəricilər sadəcə rəqəm deyil, illər ərzində onlara güvənən xalqımızın və onlara xidmət göstərən komanda üzvlərinin birgə əməyinin nəticəsidir. Ceyhun Yusubov yüzüncü mağazanın onlar üçün yeni bir başlanğıc xətti olduğunu, qarşıdakı dövrdə hədəflərinin daha çox regiona çatmaq, xidmət səviyyəsini və rəqəmsal təcrübəni gücləndirməklə Tamstore brendini Azərbaycanda etibarın ünvanına çevirmək olduğunu bildirib və bu yolda Tamstore-ni seçən hər kəsə təşəkkürünü ifadə edib.
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var