TANAP "World Leader" və "Green World Ambassador" mükafatlarına layiq görülüb
Trans-Anadolu qaz kəməri (TANAP) layihəsi nüfuzlu mükafata layiq görülüb.
Milli.Az Trend-ə istinadən bildirir ki, TANAP ətraf mühitin qorunması və davamlılıq sahəsində ən müvəffəqiyyətli layihələri qiymətləndirən və mərkəzi ofisi Böyük Britaniyada olan "The Green Organisation" tərəfindən "Dünya lideri" və "Yaşıl dünya səfiri" mükafatlarına layiq görülüb.
Mükafatlar Birləşmiş Krallıqda keçirilən mərasimdə TANAP-ın baş direktoru Saltuk Düzyola təqdim edilib.
Qeyd edək ki, noyabrın 30-da Türkiyənin Ədirnə şəhərinin İpsala qəsəbəsində Trans Anadolu Təbii Qaz Boru Kəmərinin (TANAP) Avropa bağlantısının (Faza-1) açılış mərasimi keçirilib.
Xəzərin Azərbaycan sektorundakı "Şahdəniz-2" yatağından çıxarılan qazı Türkiyəyə və bu ölkədən Avropaya nəql edəcək TANAP "Cənub Qaz Dəhlizi"nin tərkib hissəsi olan bir layihədir. TANAP Türkiyə-Gürcüstan sərhədində Cənubi Qafqaz Boru Kəmərinə, Türkiyə-Yunanıstan sərhədində isə "Trans-Adriatik" (TAP) qaz boru kəmərinə birləşəcək. Uzunluğu 1810 kilometr olan TANAP-ın ilkin ötürücülük qabiliyyəti 16 milyard kubmetrdir və sonradan bu həcmin 31 milyard kubmetrədək artırılması imkanı var.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: "Cənub Qaz Dəhlizi" QSC - 58 faiz, "Botaş" - 30 faiz və BP şirkəti - 12 faiz.
Xatırladaq ki, TANAP ilə ilk qaz ötürülməsi 2018-ci il iyunun 12-də Türkiyənin Eskişəhər vilayətində baş tutub və həmin il iyun ayının sonuna Türkiyəyə qazın kommersiya tədarükləri başlayıb. 2018-ci il iyunun 30-dan 2019-cu il oktyabrın sonuna TANAP ilə qaz tədarükü 3,08 milyard kubmetr təşkil edib.
Milli.Az /news.milli.az

Trampın "bölgədən çıxacağıq" fikrinin PƏRDƏARXASI: ABŞ-ın əsl məqsədi nədir?
"ABŞ-ın başı qarışıb, Ukrayna tək qalıb" - Müharibə ilə bağlı İLGİNC TƏFƏRRÜAT
İranın Azərbaycandakı səfirinin evi VURULDU
Zəngəzur dəhlizi ilə bağlı YENİ XƏBƏR: Tramp elə şeylər dedi ki
Alena Əliyeva "Çərçivədən kənar" sərgisində - FOTOLAR
"Mövsümi viruslar yayılır: Kimlər risk altındadır?
Elmi Tədqiqatların Əlaqələndirilməsi Şurasının növbəti iclası keçirildi
Azərbaycan vətəndaşını döyüb eyvandan atdılar- Vəziyyəti ağırdır
Şeyx bayramla bağlı fətva verdi
Torpaq zəbt edənlərə XƏBƏRDARLIQ
İlham Əliyevlə Şavkat Mirziyoyev arasında telefon danışığı oldu
İrandan Naxçıvana dron zərbəsi ilə bağlı insidentin hərtərəfli araşdırılmasını gözləyirik' - Nazir
Ceyhun Bayramovla Hakan Fidan arasında Ər-Riyadda görüş keçirilib
Paşinyan: Ermənistanın Müstəqillik Bəyannaməsi münaqişə və asılılıq bəyannaməsidir
Avro və rubl UCUZLAŞDI