TAP Avropada daha təmiz enerji mənbələrinə keçidə şərait yaradacaq
Azərbaycan qazının Avropaya nəqlini nəzərdə tutan "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsi olan Trans-Adriatik Boru Kəməri (TAP) qitədəki enerjinin ekoloji cəhətdən daha təmiz mənbələrə keçməsinə şərait yaradacaq.
Milli.Az xəbər verir ki, bu barədə Trend-ə TAP-ın səhmdarlarından biri olan İspaniyanın "Enagas" şirkəti məlumat verib.
Bildirilib ki, "Enagas" TAP layihəsində 16% paya sahibdir:
"Enagas üçün TAP çox vacib bir layihədir, çünki bu, Avropanın ən vacib qaz dəhlizidir. TAP Avropada enerji təhlükəsizliyi və şaxələndirilməyə töhfə verəcək. Bu, Xəzər dənizindən Cənub-Şərqi Avropaya sərfəli və səmərəli nəqliyyat marşrutudur".
Şirkətdən qeyd ediblər ki, TAP Avropada enerji keçidini asanlaşdıran, kömür kimi enerji qaynaqlarının təbii qazla əvəzlənməsini asanlaşdıran əsas layihədir.
TAP, həmçinin keçdiyi ölkələrə xarici sərmayələrin cəlb olunmasına kömək edir.
Xatırladaq ki, dəyəri 4,5 milyard avro təşkil edən TAP "Cənub Qaz Dəhlizi" layihəsinin bir hissəsidir. TAP-ın başlanğıc gücü ildə 10 milyard kubmetr təşkil edəcək və iki dəfə artırılmaq imkanına malik olacaq. TAP-ın tikintisinin 2020-ci ildə başa çatdırılması gözlənilir. Elə həmin il ilk Azərbaycan qazının Avropaya çatdırılması da nəzərdə tutulur. Boru kəmərinin uzunluğu 878 kilometrdir, onun 550 kilometri Yunanıstanın, 215 kilometri Albaniyanın, 105 kilometri Adriatik dənizinin dibindən, 8 kilometri isə İtaliyanın ərazisindən keçəcək.
TAP-ın səhmdarları BP (20%), SOCAR (20%), Snam (20%), Fluxys (19%) Enagaz(16) və Axpo (5%) şirkətləridir.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi
Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı