"TAP-la Avropaya 10 mlrd kubmetr qaz nəql edilib" - Kadri Simson

2020-ci ilin dekabrından Trans-Adriatik Boru Kəməri (TAP) ilə Avropa bazarına təxminən 10 milyard kubmetr qaz nəql edilib.
KONKRET.az xəbər verir ki, bunu Bakıda keçirilən Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısında Avropa Komissiyasının enerji məsələləri üzrə komissarı xanım Kadri Simson deyib.
"Bu gün keçirilən iclas Cənub Qaz Dəhlizinin bir il ərzində tam istismarından sonra ümumi işləməsinə nəzər salmaq imkanıdır. Biz bunu hər dəfə görüşdüyümüz zaman etiraf etməliyik. Həmin dəhliz altı ölkədən keçərək, 3500 kilometr məsafə qət edərək və tərəfdaşlar arasında əməkdaşlığın nəticələrinin bariz nümunəsidir", – K.Simson bildirib.
Onun sözlərinə görə, Azərbaycan Avropa İttifaqı üçün etibarlı tərəfdaşdır. "Hamımız bu layihə zamanı dəf etdiyimiz çətinlikləri və maneələri yaxşı xatırlayırıq. Lakin bu gün hətta ən skeptik yanaşan insanlar onun baş tutmasına görə minnətdarlıq bildirir. Etibarlı, rəqabətcil və qəbul edilən qiyməti olan qaz Cənub-Şərqi Avropaya yol tapmaqdadır. Evlər qazla təchiz olunur, binalar isidilir və vətəndaşlar ehtiyac duyduğu enerjini alırlar. Artan enerji qiymətləri və sərt qaz təchizatı ilə dəhlizin rolu Avropa İttifaqı üçün heç vaxt görünməyən strateji əhəmiyyət kəsb edir. Fikrimizcə, Cənub Qaz Dəhlizi davamlı uğur hekayəsidir".
K.Simson əlavə edib ki, bütün uğur hekayələri kimi, bu məsələ növbəti mərhələyə çıxır və biz baxmalıyıq ki, dəhliz öz ötürücülük qabiliyyətini artıra, yaxud hətta coğrafi baxımdan genişləndirə bilərmi?
Onun sözlərinə görə, ötən il nazirlərin iclasında bu məsələlərin öyrənilməsinə başlandı. Ötənilki iclasdan sonra dəhlizlə bağlı siyasi söhbətlər və qazla əlaqədar geniş müzakirələr aparıldı. Avropa İttifaqı qazın keçid dövründə rolu, onun tənzimləyici və infrastruktur təsiri ilə əlaqədar öz mövqeyini aydınlaşdırdı.
"Biz ötən ilin dekabrında hidrogen və dekarbonlaşmış qaz bazarlarına aid paketi qəbul etməklə qaz sektorunun dekarbonlaşmış gələcəyə doğru çərçivəsini müəyyən etdik, hidrogen və bioqaz sahəsində yeni imkanlar yaratdıq. Bu paketə gəldikdə o, həmçinin bugünkü qaz bazarının yaxşı formalaşdırılmasına xidmət edir. Onu daha müqavimətli, istehlakçıları nəzərə alan bazara çevirir. Biz, həmçinin mühüm və tarazlaşdırılmış qaydaları qəbul etmişik ki, enerji sektorunda metan emissiyaları azaldaq. İki gün öncə komissiya taksonomiya ilə bağlı ümumi bir aktı qəbul edib. Orada qaz sektoruna aid olan fəaliyyətlər müəyyən edilir və onlar iqlim dəyişməsinin qarşısının alınmasına töhfə verməlidir. Bu, əslində, özəl sektoru həvəsləndirməlidir ki, onlar birbaşa bu kimi layihələrə sərmayələr yatırsınlar. Çünki Avropaya təmiz enerji keçidi lazımdır və biz hər bir üzv ölkə ilə bunu həyata keçirəcəyik. Hazırda biz Trans-Avropa Şəbəkəsini yaratmışıq və o sahədə maliyyə vəsaitlərini ayırırıq ki, Avropa İttifaqında hidrogen şəbəkələri daha da genişlənsin. Bununla bağlı biz Avropa İttifaqının qonşuluğunda, həmçinin iqtisadi və sərmayə planı çərçivəsində qaz infrastrukturuna sərmayə yatırmağa açığıq.
Bizim tənzimləyici və infrastruktur çərçivəmiz, əslində, qarşıdakı illər ərzində qazın rolunu etiraf edir. Eyni zamanda, biz hidrogen və aşağı karbonlu qazlara keçidi də nəzərdə tuturuq. Biz hesab edirik ki, 2030-cu ilə qədər qaz Avropanın ümumi enerji istehlakının 22 %-ini təşkil edəcək. Bu gün enerji qiymətləri artdıqca, geosiyasi gərginlik olduqca Avropada da həmin bu şaxələndirilmənin əhəmiyyətini daha yaxşı anlayırlar
Təbii qaz təchizatı, o cümlədən maye qaz boru kəmərləri vasitəsilə nəql edilməlidir. Qazın öz marşrutumuzla nəqlinə və xalis sıfır karbona keçidə gəldikdə biz bunu təşviq edirik. Biz istərdik ki, bu, həm bizim qonşularımızda olsun, həm də Qərbi Balkanlarda. Bu region üçün aydın bir prioritet var ki, biz kömürdən daha çox dekarbonlaşdırılmış sistemə keçməliyik. Bizim bu gün kömürdən istifadə edən stansiyalarımızın istismar müddəti bitib, onlar artıq standartlara cavab vermir və bu da ətraf mühitə təhlükədir", – Avropa komissarı bildirib./report/

Sosial       Tarix: 05 fevral 2022
f Paylaş

Oxşar xəbərlər

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

iPhone-18-in Azərbaycandakı satış qiyməti bəlli oldu

Apl şirkətinin yeni nəsil iPhone-18 modellərinin Azərbaycanda satışa çıxarılacağı qiymətlər bəlli olub. -a istinadən xəbər verir ki, iPhone-18 Pro Max modelinin qiyməti belə olacaq:. 256 GB – 6 499 AZN. 512 GB – 6 99 AZN

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Qeyri-qida malları ilə bağlı YENİ QAYDA 

Azərbaycana idxal edilən qeyri-qida istehlak mallarının təhlükəsizlik tələblərinə uyğunluğuna nəzarət gücləndirilib. Trend-ə istinadla xəbər verir ki, bununla bağlı dəyişikliklərin əks oldunduğu, iyulun 13-də qəbul edilə


azerbaycan xeberleri yeni xeberler son xeberler son xəbərlər bugün 2026 beynelxalq bank mezenne maşın realiti şou