Tarixi binaya müdaxilə ilə bağlı Memarlar İttifaqından reaksiya: "Qurğular bizi də narahat edir" - FOTO

Tarixi binaya müdaxilə ilə bağlı Memarlar İttifaqından reaksiya: Tarixi binaya müdaxilə ilə bağlı Memarlar İttifaqından reaksiya: "Qurğular bizi də narahat edir" - FOTO
"Memarlar İttifaqının binasına kondisionerlər 15 il öncə quraşdırılıb".
Bunu tarixi binaya kondisionerlərin və peyk anteninin quraşdırılması barədə Oxu.Az-ın sorğusuna cavabında elə həmin binada yerləşən Azərbaycan Memarlar İttifaqının idarə heyətinin katibi Şeyda Novruzzadə deyib.
Tarixi binaya müdaxilə ilə bağlı Memarlar İttifaqından reaksiya: Onun sözlərinə görə, quraşdırma barədə qərarı öncəki rəhbərlik verib:
"Qurğular bu gün və ya dünən quraşdırılmayıb. 15 il öncəyə məxsusdur. Memarlar İttifaqında beş ildən bir qurultay keçirilir. Qurultayda səsvermə yolu ilə yeni komanda seçilir. Kondisionerlərin quraşdırılması barədə qərarı da bizdən öncəki rəhbərlik verib.
Biz 2012-ci ildən buradayıq. Bu günə qədər bir çox bərpa işlərini həyata keçirmişik. Bərpa işləri də təmirdən fərqli olaraq dərhal həyata keçirilmir".
Ş.Novruzzadə tarixi binaya müdaxilə olunmasının onları da narahat etdiyini qeyd edib:
"Biz Memarlar İttifaqında çox gözəl və əhəmiyyətli freskaları bərpa edib, fasadını kirdən və lazımsız kabellərdən təmizləmişik. Həyətində abadlıq işləri həyata keçirmişik.
Memarlar İttifaqının binası tarixi abidədir. Tarixi abidələri də qoruyan dövlət qurumları var. Biz adi iş görəndə belə, icazə alırıq. Hətta bir mıx vurmaq istəsək, icazə almalıyıq. Çünki fasadına ziyan dəyə bilər. Binaya quraşdırılan qurğular bizi də narahat edir. Qurğuların sökülməsi də görüləcək işlər siyahısındadır. Mərhələ-mərhələ bərpanı həyata keçirəcəyik".
Tarixi binaya müdaxilə ilə bağlı Memarlar İttifaqından reaksiya: Xatırladaq ki, Yasamal rayonu Murtuza Muxtarov küçəsi 24 ünvanında yerləşən Memarlar İttifaqının binasına çoxsaylı kondisioner, hətta peyk anteni quraşdırılıb. Bina tarixi əhəmiyyətli tikili olduğuna görə fasadına ziyan vurulması narahatlığa səbəb olub.
Nəzrin Vahid

Maraqlı       Tarix: 31 may 2023
f Paylaş

Oxşar xəbərlər

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub

Günəşdəki fırtınanın Yerə kritik təsiri: Partlayışlar mühüm tarazlığı pozub. Yeni araşdırma göstərir ki, keçən həftə Yer kürəsini vuran güclü Günəş qasırğası fırtınalar dalğasına səbəb ola bilər. Alimlər qrupu son 5 500 i

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az cəbhədən canlı son xeber 2026 şou biznes xəbərləri