Tbilisiyə səfər edən ATƏT sədrindən sərt bəyanat
"Mənim Gürcüstana səfərim vətəndaş cəmiyyətinin iştirakı ilə bağlıdır, hər bir demokratik sistemdə insanlara seçim azadlığı verilməlidir".
KONKRET.az xəbər verir ki, bunu Finlandiya xarici işlər naziri və ATƏT-in hazırkı sədri Elina Valtonen Tbilisidə Gürcüstan xarici işlər naziri Maka Boçorişvili ilə birgə mətbuat konfransında deyib.
Valtonenin sözlərinə görə, vətəndaş cəmiyyəti sabitliyə təhlükə deyil və qeyri-hökumət təşkilatları qorunmalıdır:
"Görüş zamanı ATƏT çərçivəsində iştirakçı ölkələrin üzləşdiyi bir sıra ciddi məsələləri qaldırdım. Bunlara vətəndaş cəmiyyəti, media və demokratik idarəetməni məhdudlaşdıran qanunvericilik təşəbbüsləri, eləcə də son dövrlərdə qeyri-hökumət təşkilatlarının fəaliyyətinə qoyulan məhdudiyyətlər daxildir. Müxalifət liderlərinin qeyri-proporsional hüquqi prosedurlar nəticəsində həbsini pisləyirik. Fikir və toplaşma azadlığı sual altındadır. Vətəndaş cəmiyyəti sabitliyə təhlükə deyil, əksinə, qeyri-hökumət təşkilatları, insan hüquqları müdafiəçiləri, jurnalistlər və digər qurumlar demokratik dözümlülüyün əsas hissəsidir. Onlar innovasiyaları təşviq edirlər. Onların səsi təkcə eşidilməməli, həm də qorunmalıdır.
Məhz buna görə mənim Gürcüstana səfərim vətəndaş cəmiyyəti ilə qarşılıqlı əlaqəyə yönəlib. Çox vacibdir ki, hər bir demokratik cəmiyyətdə insanlara seçim azadlığı verilsin. Bu, Gürcüstan üçün də keçərlidir, Gürcüstan xalqı öz gələcəyini özü seçməlidir".

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib