TDT-yə üzv ölkələrin QHT-lərini bir araya gətirən forum geniş əməkdaşlıq imkanları açdı

TDT-yə üzv ölkələrin QHT-lərini bir araya gətirən forum geniş əməkdaşlıq imkanları açdıAzərbaycanın təşəbbüsü ilə Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin qeyri-hökumət təşkilatlarının (QHT) ilk Həmrəylik Forumu keçirilib. Tarixdə ilk dəfə təşkil edilən bu tədbir, türk dünyasının inteqrasiyasını dövlətlərarası səviyyədən vətəndaş cəmiyyəti müstəvisinə daşıyan strateji bir addımdır. Bakı Forumu Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, eləcə də müşahidəçi statuslu ölkələrdən 500-dən çox QHT təmsilçisini bir araya gətirib. 
Tədbir, Prezident İlham Əliyevin iştirakçılara ünvanladığı, Qarabağ Zəfərinin ümumi sevinc olduğu və Zəngəzur dəhlizinin gələcək əməkdaşlıqda roluna toxunulan müraciətlə açılıb. Forumun gündəminin əsas mövzusu "Zəngəzur dəhlizi: türk coğrafiyasını birləşdirən körpü" olub. Bu müzakirə, dəhlizin təkcə iqtisadi və nəqliyyat əhəmiyyətini deyil, həm də bütün türk xalqlarını bir-birinə bağlayacaq tarixi və mədəni əhəmiyyətini bir daha vurğulayıb. Eyni zamanda, QHT-lər səviyyəsində ikitərəfli əməkdaşlığın inkişafı çərçivəsində Azərbaycan-Qazaxıstan QHT-lərinin Əməkdaşlıq Forumu da uğurla keçirilib.
Tədbir, TDT-ya üzv ölkələrin QHT-lərini ilk dəfə bir araya gətirərək qarşılıqlı əməkdaşlıq və təcrübə mübadiləsi üçün platforma yaratdı. Forum həmrəylik və birgə fəaliyyətin təşviqi, QHT-lərin fəaliyyətinin gücləndirilməsi və regionda davamlı əməkdaşlıq üçün vacib bir addım kimi qiymətləndirilir.
Milli Məclisin deputatı, QHT-lərə Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü Azər Allahverənov azxeber.com-a açıqlamasında bildirib ki, bu, olduqca vacib bir tədbirdir:
TDT-yə üzv ölkələrin QHT-lərini bir araya gətirən forum geniş əməkdaşlıq imkanları açdı"İlk dəfə olaraq Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının nümayəndələri bir araya gəlib. Türk dünyası üçün yeni bir səhifə açılmış oldu. Xüsusilə də bu, vətəndaş cəmiyyəti səviyyəsində, Azərbaycan təşəbbüsü ilə həyata keçirilmişdir. Beləliklə, Türk dünyasının daha da inteqrasiya olunması üçün vacib rola malik olan qeyri-hökumət təşkilatları arasında vahid platforma qurulmuş oldu. Bu, təbii ki, qürurverici bir hadisədir".
Deputat deyib ki, Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında çoxsaylı və müxtəlif sahələri əhatə edən platformalar mövcuddur:
"Türk Dövlətləri Təşkilatına üzv ölkələr arasında çoxsaylı və müxtəlif sahələri əhatə edən platformalar mövcuddur. Təqribən 34 platforma fəaliyyət göstərir. Müxtəlif sahələri əhatə etsələr də, qeyri-hökumət təşkilatları arasında əlaqələr bir qədər zəif idi. İkitərəfli və üçtərəfli münasibətlər mövcud olsa da, bütün Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-lərini bir araya gətirə biləcək forum geniş əməkdaşlıq imkanları açdı. Türk Dövlətləri Təşkilatına üzv ölkələrinin QHT-ləri müxtəlif sahələrdə fəaliyyət göstərirlər. Burada kifayət qədər müsbət nümunələr var və onların bilik, bacarıq və təcrübələrini bir araya gətirməklə Türk dünyasının daha da inteqrasiya olunmasına və güclənməsinə səbəb ola biləcək fəaliyyət spektrini müəyyənləşdirmək mümkündür. Bu baxımdan, 24 noyabr 2025-ci ildə Bakıda keçirilmiş Türk dövlətlərinin təşkilatına üzv ölkələrinin QHT-lərinin həmrəyliyi forumu olduqca əhəmiyyətli tədbir hesab olunur".
Parlamentari qeyd edib ki, forumda müzakirə olunan mövzular olduqca vacibdir:
"Forum zamanı qaldırılan məsələlər və müzakirə olunan mövzular bir daha göstərdi ki, hər bir mövzu Türk dövlətləri üçün böyük əhəmiyyət kəsb edir. Hətta forumda müzakirə olunan məsələlərdən biri birbaşa Zəngəzur dəhlizinə aid idi. Bu dəhliz türk coğrafiyasını birləşdirən strateji bir körpü rolunu oynayır və forum iştirakçıları onun əhəmiyyəti barədə vacib fikirlər səsləndirdilər. Nəticədə belə bir fikir irəli sürüldü ki, Zəngəzur dəhlizi Türk dünyasını daha da bütövləşdirəcək və inteqrasiyasını gücləndirəcək strateji layihədir. Bu dəhliz həm beynəlxalq nəqliyyat, logistika və yük daşımalarının imkanlarını artırır, həm də iqtisadi və geosiyasi əhəmiyyət daşıyır.
Göründüyü kimi, regionlararası əlaqələrin intensivləşdirilməsi baxımından Zəngəzur dəhlizindən istifadə, həmçinin qeyri-hökumət təşkilatlarının vətəndaş cəmiyyəti sektoru vasitəsilə iştirakı olduqca vacibdir. Zəngəzur dəhlizi Türk dünyasının strateji layihələrindən biri olaraq önəmli əhəmiyyət kəsb edir. Həmrəylik forumunda qeyri-hökumət təşkilatlarının bildirdiyi fikirlər bu reallığı bir daha təsdiq etdi".
Demokratiya və İnsan Hüquqları komitəsinin sədri, hüquq üzrə fəlsəfə doktoru Çingiz Qənizadə isə deyib ki, kəmiyyət baxımından bu, agentliyin keçirdiyi ən böyük tədbirlərdən biri idi:
TDT-yə üzv ölkələrin QHT-lərini bir araya gətirən forum geniş əməkdaşlıq imkanları açdı"Forum çərçivəsində Qarabağ və Zəngəzur dəhlizinin gündəmə gəlməsi çox önəmli hadisədir. Buna görə də tədbirin ilk panelində "Zəngəzur Dəhlizi: Türk Coğrafiyasını Birləşdirən Körpü" mövzusunda iclas keçirildi. Həmin paneldə Zəngəzur dəhlizinin açılmasından sonra yaranacaq yeni vəziyyətə hazırlıq və TDT-nın vətəndaş cəmiyyəti nümayəndələrinin təşəbbüsləri müzakirə edildi. İkinci panel iclasında isə Azərbaycan-Qazaxıstan QHT-lərinin birgə əməkdaşlıq forumu baş tutdu. Qeyd edək ki, bu forumdan əvvəl 2022-ci ildə Azərbaycan-Türkiyə, 2023-cü ildə Azərbaycan-Özbəkistan, 2024-cü ildə isə Özbəkistan-Azərbaycan forumları keçirilmişdi. Azərbaycan-Qazaxıstan QHT-lərinin birinci əməkdaşlıq forumu isə bu silsilənin davamı kimi öz işini həyata keçirdi".
O qeyd edib ki, forumun iştirakçıları və rəhbərləri bu gün Naxçıvana səfər edib:
"Naxçıvanda növbəti paneldən sonra Naxçıvan Platformasının təsis olunması nəzərdə tutulur. Forumda 2026-cı ildə Dünya Şəhərsalma Forumunun 13-cü sessiyasının Azərbaycanda keçirilməsi məsələsi də müzakirə olunacaq. Qeyd etmək lazımdır ki, 2009-cu ildə TDT-nın Naxçıvan Sazişi tarixə düşüb. Bu sazişdən irəli gələn addımlar nəticəsində TDT-nın genişlənməsi istiqamətində siyasi liderlər və ölkə başçıları müəyyən addımlar atıblar. Vətəndaş cəmiyyəti institutları isə bu siyasətin davamı üçün belə təşəbbüslərlə çıxış edir və görüşlər təşkil edirlər. Bundan əvvəl də Azərbaycan Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi xətti ilə çoxsaylı tədbirlər keçirilib. 2025-ci ilin aprel ayında 115 ölkəni əhatə edən Qlobal Cənub QHT Platforması təsis edilmişdi. Daha sonra dünya müsəlmanlarının 60 faizdən çoxunu birləşdirən D8 adlı qurum yaradılıb və D8 ölkələrinin QHT-lərinin görüşləri keçirilib. 2025-ci ilin oktyabr ayında isə Xankəndidə "Azərbaycan QHT-lərinin rolu" mövzusunda əməkdaşlıq forumu baş tutmuşdu".
Şahanə Ziyad
Yazı Medianın İnkişafı Agentliyinin "vətəndaş cəmiyyəti, hüquqi dövlət quruculuğu" mövzusunda dərc edilib.
TDT-yə üzv ölkələrin QHT-lərini bir araya gətirən forum geniş əməkdaşlıq imkanları açdı

Siyasi       Tarix: 26 noyabr 2025
f Paylaş

Oxşar xəbərlər

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

İlham Əliyev İspaniya Kralına başsağlığı verdi

Prezident İlham Əliyev İspaniyanın Kralı Əlahəzrət VI Felipeyə başsağlığı məktubu göndərib. məktubun mətnini təqdim edir:. "Əlahəzrət,. Toledo əyalətində sərnişin qatarlarının toqquşması nəticəsində çox sayda insanı

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

XİN: Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq

"Hazırda ATƏT Baş katibi olan, səfir Feridun Sinirlioğlunun Birləşmiş Millətlər Təşkilatının Baş katibi vəzifəsinə namizədliyinin irəli sürülməsi təşəbbüsünü alqışlayırıq. Namizədlərin peşəkar keyfiyyətlərinə, beynəlxal

Merz İranla münaqişənin Avropaya 100 milyard avrodan baha başa gəldiyini açıqladı

Almaniya kansleri Fridrix Merz İran ətrafındakı münaqişənin son səkkiz ayda Avropaya 100 milyard avrodan çox iqtisadi zərər vurduğunu bildirib. O, tərəfləri vəziyyətin diplomatik yollarla həllinə çağırıb. KONKRET.azxəbə

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər


yeni xeberler son xeberler azerbaycan xeberleri sonxeber kriminal xeberler xabarlar