TƏBİB müddətsiz peyvənd sertifikatını əldə etmək məsələsinə aydınlıq gətirdi

TƏBİB müddətsiz peyvənd sertifikatını əldə etmək məsələsinə aydınlıq gətirdiAzərbaycanda fevralın 15-dən ikidozalı "Peyvənd sertifikatı"nın vaxtı bitir və bu pasportlar qüvvədən düşmüş hesab ediləcək.
Peyvəndin ikinci dozası tətbiq edildikdən sonra altı aylıq müddətin sonunda vətəndaş "buster" doza ilə təkrar peyvənd edilməlidir. Bu, yenidən müddətsiz peyvənd sertifikatı almağa imkan verəcək.
"Media.az" "Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi"nin (TƏBİB) ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı Elnarə Baxışla əlaqə yaradaraq 3-cü doza peyvəndin nə zaman vurulmasının vacibliyi barədə ətraflı məlumat əldə edib.
- Elnarə xanım, bir çox vətəndaşa hələ də aydın deyil ki, fevralın 15-nə kimi, vurdurduğu ikinci doza vaksindən sonrakı müddət altı ayı keçərsə, o neçə doza vaksin vurdurmalı olacaq?
- Yalnız bir "buster" doza vurdurmaq lazımdır. Ümumilikdə isə peyvəndin ikinci dozasının vurulmasından altı ay keçibsə, vətəndaşlar artıq üçüncü doza ilə təkrar peyvənd oluna bilərlər ki, bu da onlara yenidən limitsiz peyvənd sertifikatı almağa imkan verəcək.
- Əgər vətəndaşın peyvənd şəhadətnaməsinin vaxtı fevralın 16-da başa çatırsa, o, hansı müddətə qədər təkrar peyvənd olunmalıdır ki, sonradan yenidən iki doza peyvənd vurdurmasın?
- Sadəcə başa düşmək lazımdır ki, əgər fevralın 15-də vətəndaşın vurdurduğu ikinci dozadan altı aydan çox vaxt keçibsə, o zaman onun peyvənd sertifikatı öz qüvvəsini itirir. Buna müvafiq olaraq artıq bir gücləndirici dozanın mövcud olmaması vətəndaşa COVID pasportu ilə icazə verilən yerlərə girişi mümkünsüz edəcək.
- Eyni şey immun sertifikatı olanlara da şamil olunurmu?
- Əlbəttə! İmmunitet sertifikatınızın müddəti bitibsə, "Peyvənd sertifikatı" almaq üçün peyvənd olunmalısınız.
Qeyd edək ki, bu gün bütün dünyada olduğu kimi, Azərbaycanda da peyvənd COVID-19 virusunun yeni və sürətlə yayılan ştamlarının törətdiyi fəsadların qarşısını almağın ən effektiv üsuludur.
Hazırda ölkəmizdə "Azərbaycan Respublikasında COVID-19 xəstəliyi əleyhinə 2021-2022-ci illər üçün Vaksinasiya Strategiyası"na uyğun olaraq peyvəndləmə prosesi aparılır.

Sosial       Tarix: 10 fevral 2022
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Sentyabrda tıxaclara qarşı vacib addım: 150 avtobus xəttə çıxacaq

Bakıda metro təmiri, tələbələrin şəhərə qayıdışı və "Formula 1" yarışlarının yol məhdudiyyətlərinin eyni vaxta düşməsi sentyabrda tıxac riskini artırır. xəbər verir ki, mövzu ilə bağlı nəqliyyat üzrə ekspert Elməddi

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Azərbaycanda ata oğlunun toyunda həbs olundu

Şirvanda toyda insident yaşanıb. " "a istinadla xəbər verir ki, hadisə "Aytac" şadlıq sarayında baş verib. Hadisəyə səbəb isə toy məclisində kriminal məzmunlu musiqinin səsləndirilməsi olub. Bu zaman xidmətd

Azərbaycanda qadınlarla kişilərin maaşı arasında CİDDİ FƏRQ

Azərbaycanda qadınlarla kişilərin orta aylıq əmək haqqı arasında ciddi fərq qalmaqdadır. -a istinadla xəbər verir ki, 2025-ci ildə muzdla çalışan kişilərin orta aylıq nominal əmək haqqı 1264 manat, qadınların isə 874,6 mana

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sabah bu ərzilərdə işıq olmayacaq

Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması, artan yük tələbatının qarşılanması məqsədilə sentyabrın 4-də Bakıda, Abşeronda və Cəlilabadda bir sıra yaşayış məntəqələrinin elektrik şəbəkələrind

Misir Mərdanov BDU-da dəyişiklik etmək istəyir

Bizdə indiki vəziyyət belədir ki, Universitetlərə giriş çətindir, çıxış asandır. Əslində, əksi olmalıdır. Yəni sənin tələbəyə verdiyin diplom elə diplom olmalıdır ki, daha ondan təkrar imtahan götürməsinlər. Bakupost-a istinadə

"FHN bu kimi qurğulara nəzarət etmir" - Açıqlama

"Bu kimi qurğulara nəzarətin həyata keçirilməsi FHN-in səlahiyyətlərinə daxil deyil". Bu barədə -un sorğusuna cavab olaraq Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib. "Hadisənin baş verdiyi ərazidək


son xeberler yeni xeberler azerbaycan xeberleri sou biznes son xabar butun xeberler valyuta mezenesi