Təbii trankvilizator: Reyhan - FOTO
Təbii trankvilizator: Reyhan - FOTO
Rusiyalı həkimlər stresslə mübarizədə kömək edən məhsulun adını açıqlayıblar. Məlum olub ki, söhbət ədviyyat və ya salatın tərkib hissələrindən biri kimi istifadə edilən reyhandan gedir.
Rusiyalı dietoloq, tibb elmləri doktoru Mixail Qinzburq qeyd edib ki, reyhanda beyin fəaliyyətini yaxşılaşdıran və narahatlığı aradan qaldırmağa kömək edən B1, B2, B3 və B6 vitaminləri var. Onun sözlərinə görə, bu qiymətli xüsusiyyətlərə malik göyərti gündəlik qida rasionunda olmalıdır.
"Bu, insanın fiziki və psixi vəziyyətini yaxşılaşdırar", - deyə həkim bildirib və əlavə edib ki, bitkinin müntəzəm istifadəsinin narahatlıq hissini demək olar ki, 40% azaltdığı sübut olunub.
Qinzburqun həmkarı Sergey Aqapkin isə qeyd edib ki, reyhan tərkibli dərmanlar narahatlığı azaltmaqda trankvilizator qrupunda olan preparatlar qədər təsirli ola bilər.
"Bunula bağlı çoxlu araşdırmalar var. Kapsullarda qurudulmuş reyhan 400-1200 milliqram dozada, yəni hardasa bir qramlıq dozada stress pozğunluğu olan insanlara verilib. Preparatın narahatlıq əleyhinə təsiri açıq-aydın görünüb", - deyə Aqapkin əlavə edib.
Mənbə: Lenta.ru

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR
Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ