TƏCİLİ! Nüvə müharibəsi BU TARİXDƏ olacaq - Elan edildi

TƏCİLİ! Nüvə müharibəsi BU TARİXDƏ olacaq - Elan edildi"Yeni dünya müharibələri nüvə silahı ilə olacaq" – Mark Voycerdən qlobal təhlükəsizlik xəbərdarlığı
Polşa, Litva, Latviya, Estoniya və Rumıniya ABŞ prezidenti Donald Trampın Almaniya və digər ölkələrdən çıxarmaq niyyətində olduğu Amerika qoşunlarını öz ərazilərində yerləşdirmək üçün ciddi səy göstərirlər. "Politico" nəşrinin məlumatına görə, NATO-nun şərq cinahında yerləşən azı beş ölkə Amerika hərbçilərini qəbul etməyə tələsir. Rusiya ilə həmsərhəd olan bu müttəfiqlər, xüsusilə Ukraynadakı müharibədən sonra ABŞ qoşunlarını öz təhlükəsizliklərinin əsas qarantı və Moskvanın revanşist meyillərinə qarşı çəkindirici amil kimi görürlər.
KONKRET.azxəbər verir ki, Tramp bir müddət əvvəl İtaliya və İspaniyanın ABŞ-a Hörmüz boğazının açılmasında və İrana qarşı əməliyyatlarda kömək etməməsindən narazılığını ifadə edərək, qoşunların bu ölkələrdən çıxarılması məsələsini gündəmə gətirib. O, İtaliyanın Siciliyadakı aviabazasından silah daşıyan təyyarələr üçün istifadəyə icazə verməməsini və İspaniyanın öz hava məkanını bağlamasını kəskin tənqid edərək NATO-nu bu kontekstdə "kağız pələng" adlandırıb. Hazırda ABŞ-ın Almaniyada 36 500, İtaliyada 12 500, İspaniyada isə 3 800-dən çox hərbçisi var.
Qərb analitikləri hesab edirlər ki, ABŞ qoşunlarının Avropadan çıxarılması Şimali Atlantika Alyansından gedişin və Fars körfəzində yeni regional təhlükəsizlik blokunun yaradılmasının başlanğıcı ola bilər. Belə bir ssenaridə ABŞ-ın "Yaxın Şərq NATO-su" yaratmaq planı ön plana çıxır. Bu bloka İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Küveyt, Qətər, Oman və Bəhreynin daxil olacağı gözlənilir. Amerika bu strateji regionun zəngin neft ehtiyatlarını və ticarət yollarını qorumaqla yanaşı, İsraillə birlikdə ərəb dünyasının "müdafiəçisi" rolunda çıxış etməyi hədəfləyir.
Tanınmış amerikalı politoloq və qlobal təhlükəsizlik eksperti Mark Voycer haqqin.az-a müsahibəsində bildirib ki, ABŞ-ın NATO-dan çıxması həm Avropa, həm də Vaşinqtonun özü üçün fəlakətli ola bilər. Voycerin fikrincə, Tramp NATO-nun mahiyyətini və qlobal təhlükəsizlik sistemini tam anlamır, Avropa müttəfiqlərinə yalnız "maddi yük" kimi baxır. Lakin ekspert xatırladır ki, 11 sentyabr hadisələrindən sonra NATO-nun kollektiv müdafiə haqqında 5-ci maddəsi məhz ABŞ-ın xahişi ilə aktivləşdirilib və bütün müttəfiqlər Əfqanıstanda Amerika ilə çiyin-çiyinə döyüşüblər.
Ekspert vurğulayır ki, ABŞ sistemi və Konqresin qəbul etdiyi qanunlar prezidentin NATO-dan birtərəfli qaydada çıxmaq imkanlarını məhdudlaşdırır. O hesab edir ki, Trampın bu çıxışları daha çox müttəfiqləri müdafiə xərclərini artırmağa məcbur etmək üçün bir strategiya ola bilər. Çünki NATO-dan çıxmaq ABŞ-ın Avropadakı hərbi bazalarına çıxışını itirməsi və qlobal müdafiə sisteminin çöküşü deməkdir.
Mark Voycer "Yaxın Şərq NATO-su" ideyasına da skeptik yanaşır. Onun sözlərinə görə, körfəz ölkələrinin zənginliyi onların döyüş qabiliyyətinin yüksək olması demək deyil. Səudiyyə Ərəbistanının illərdir Yəməndəki husilərlə bacarmaması buna sübutdur. NATO-nun zəifləməsi isə avtomatik olaraq Rusiyanın və onun müttəfiqi olan İranın mövqelərini gücləndirəcək ki, bu da ərəb ölkələrinin maraqlarına ziddir. Voycer xəbərdarlıq edir ki, ABŞ-ın təcrid olunması dünyada yeni münaqişələrin alovlanmasına və 20-ci əsrin dünya müharibələrinin bu dəfə nüvə silahı ilə təkrarlanmasına səbəb ola bilər.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 13 may 2026
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İrəvanın sülh oyunu: Konstitusiya dəyişikliyi niyə yubadılır?

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh sazişinin imzalanmasının vacibliyini dəfələrlə bəyan etsə də, prosesin yekunlaşması ilə bağlı fikir ayrılıqları gündəmdə qalır. Ermənistan Konstitusiyasının dəyişdirilməsi

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İspaniyanın Baş naziri Pedro Sançesə başsağlığı məktubu ünvanlayıb. xəbər verir ki, məktub Azərbaycan Prezidentinin sosial şəbəkə hesablarında dərc edilib. Məktubda qey

Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama

Azərbaycanda yaşayış məntəqələrinin adlarının dəyişdirilməsi məsələsi zaman-zaman gündəmə gəlir. Tarixi adların qorunması, təhrif olunmuş toponimlərin bərpası və əhalinin istəyinin nəzərə alınması bu prosesdə əsas müzakir

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib

Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əlaqələrin perspektivləri müzakirə edilib. bu barədə Mədəniyyət Nazirliyinə istinadən xəbər verir. Məlumata görə, VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsind

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Paşinyan Azərbaycanla 400 illik sülhə ümid edir - Özü danışdı

Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülhün alternativinin olmadığını bildirib və əldə olunan sülhün institusional səviyyədə möhkəmləndirilməsinin vacibliyini vurğulayıb. -ın xəbərinə görə, o qeyd edib ki

Ağ Evə tanklardan atəş açılan gün: Rusiyada diktatura yolunun başlanğıcı

1993-cü ilin oktyabrında Rusiyada baş verən hakimiyyət böhranı təkcə prezidentlə parlament arasında siyasi qarşıdurma deyildi. Bu, ölkənin gələcək idarəçilik modelini müəyyən edən, yüzlərlə insanın həyatına son qoyan və Rusiyad

Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib

VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində oktyabrın 28-də Heydər Əliyev Mərkəzində "Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi" mövzusunda panel sessiya təşkil olunub. B


son xeberler azerbaycan xeberleri yeni xeberler sonxeber.az son xəbər ensonxeberler xeberler bugun