TƏCİLİ! Putinin iqamətgahına HÜCUM EDİLDİ - Nə baş verir?
Rusiya Xarici İşlər Nazirliyi Ukraynanın gecə saatlarında Rusiya Prezidenti Vladimir Putinin Novqorod vilayətində yerləşən dövlət iqamətgahına pilotsuz uçuş aparatları ilə hücum etməyə cəhd göstərdiyini iddia edib.
KONKRET.az xəbər verir ki, Rusiya XİN rəhbəri Sergey Lavrovun açıqlamasına görə, hücum zamanı ümumilikdə 91 pilotsuz uçuş aparatı buraxılıb və onların hamısı hava hücumundan müdafiə sistemləri tərəfindən məhv edilib. Lavrov bildirib ki, baş verən insidentə cavab olaraq Rusiya tərəfindən cavab zərbəsi endiriləcək:
"Rusiya cavab tədbiri görəcək. Cavab zərbəsinin hədəfləri və vaxtı artıq müəyyən edilib", – deyə o vurğulayıb.
Nazir eyni zamanda qeyd edib ki, baş verənlər Moskvanın danışıqlar mövqeyinə də təsirsiz ötüşməyəcək. Onun sözlərinə görə, Kiyevin bu addımı "dövlət terrorizmi siyasətinə tam keçid" kimi qiymətləndirilir və bu amil Rusiya tərəfinin danışıqlardakı mövqeyinə yenidən baxılmasına səbəb olacaq.
Bununla belə, Lavrov Rusiyanın danışıqlar prosesindən tamamilə imtina etmədiyini də xüsusi olaraq qeyd edib.
Qeyd edək ki, Ukrayna tərəfi Putinin iqamətgahına zərbə endirilməsi ilə bağlı yayılan məlumatları rəsmi şəkildə təsdiqləməyib.

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
Ağ çörək və ağ düyünün görünməyən təhlükəsi: Bir vaxtlar milyonlarla insanı xəstələndirən vitamin çatışmazlığı
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib