TƏCİLİ! Xameneidən Pezeşkiana qarşı ŞOK GEDİŞ: Həbs edilənlər var

TƏCİLİ! Xameneidən Pezeşkiana qarşı ŞOK GEDİŞ: Həbs edilənlər varİranda siyasi sabitliyin qorunması üçün uzun illərdir tətbiq olunan mexanizm yenidən işə düşüb: ölkədə islahatlar barədə müzakirələr güclənən kimi, təhlükəsizlik strukturları fəallaşır.
KONKRET.azxəbər verir ki, bu dəfə təşəbbüs İslam İnqilabı Keşikçiləri Korpusu tərəfindən irəli sürülüb. İran və beynəlxalq mediada yayılan məlumatlara görə, islahatçı düşərgənin əsas simalarına qarşı silsilə həbslər həyata keçirilib.
TƏCİLİ! Xameneidən Pezeşkiana qarşı ŞOK GEDİŞ: Həbs edilənlər varSaxlanılanlar arasında İran İslam Xalq Partiyasının baş katibi və İslahatlar Cəbhəsinin sədri Azhar Mansuri də var. O, ölkədə son seçkilər zamanı aparılan səfərbərlik kampaniyasının əsas koordinatorlarından biri hesab olunur. Məhz bu kampaniya nəticəsində Məsud Pezeşkian prezident seçkilərində qalib gəlib.
Mansurinin adı uzun müddətdir rejim daxilində fəaliyyət göstərən, qanun çərçivəsində müxalif mövqedə duran siyasi xəttlə əlaqələndirilirdi. Buna görə də onun həbsi adi prosedurdan daha çox, siyasi mesaj kimi qiymətləndirilir.
Associated Press agentliyinin məlumatına görə, bu həbslər hökumətə daxil olmayan islahatçıların sıxışdırılması məqsədi daşıyan daha geniş kampaniyanın tərkib hissəsidir. Buna səbəb bir ay əvvəl bir qrup fəal tərəfindən yayımlanan bəyanat olub. Həmin sənəddə siyasi sistemin gələcəyi ilə bağlı azad və şəffaf referendumun keçirilməsi, eləcə də yeni demokratik hökumətin formalaşdırılması tələb edilirdi.
Bəyanat müəllifləri, həmçinin ali dini lider Əli Xameneinin istefaya getməsini və ölkənin müvəqqəti şura tərəfindən idarə olunmasını təklif etmişdilər.
Bu çağırışlar İran siyasi sistemi üçün artıq müzakirə deyil, açıq çağırış kimi qəbul edilir. Digər ölkələrdə bu tip məsələlər konstitusion mexanizmlərlə müzakirə olunduğu halda, Tehranda dərhal cinayət maddələri işə salınır.
Məhkəmə hakimiyyətinin rəhbəri Qolam-Hüseyn Möhseni-Ədjei bəyan edib ki, bu cür müraciətləri yayan şəxslər "sionist rejim və ABŞ-la əlbir fəaliyyət göstərirlər". O, imza atanları təhqiramiz ifadələrlə ittiham edib və onlara qarşı cəza tədbirlərinin görüləcəyini bildirib.
Bu açıqlamalar, adətən, həbslər, dindirilmələr və milli təhlükəsizliyə qarşı fəaliyyət maddələri üzrə cinayət işləri ilə nəticələnir.
TƏCİLİ! Xameneidən Pezeşkiana qarşı ŞOK GEDİŞ: Həbs edilənlər varMansurinin özü isə hakimiyyətin zorla dəyişdirilməsinə çağırış etməyib. Onun çıxışları daha çox etik və mənəvi xarakter daşıyıb. O, etiraz aksiyalarında həlak olanlardan, cəmiyyətin həqiqəti bilmə hüququndan və ədalət axtarışından danışıb. Lakin bugünkü İranda bu cür ehtiyatlı mövqe belə təhlükə kimi qəbul olunur.
Rəsmi mövqe IRNA agentliyi vasitəsilə açıqlanıb. Tehran prokurorluğu dörd nəfərin həbs edildiyini, digərlərinin isə istintaqa çağırıldığını bildirib. Onlar "ölkənin siyasi və sosial sabitliyini pozmağa yönəlmiş fəaliyyətin təşkili"də ittiham olunurlar.
Beləliklə, daxili etirazlar avtomatik olaraq xarici qüvvələrin təsiri kimi təqdim edilir.
Analitiklər bildirirlər ki, hazırkı mərhələdə İran hakimiyyəti artıq islahatlarla üsyan arasında fərq qoymur. Oyun qaydalarının müzakirəsi belə, sistemin dağıdılması cəhdi kimi qiymətləndirilir.
Maraqlı məqam ondan ibarətdir ki, zərbələr radikallara deyil, ən mülayim və sistem daxilində fəaliyyət göstərən fiqurlara endirilir. Bununla da rejim küçə ilə hakimiyyət arasında son vasitəçi rolunu oynayan təbəqəni də sıradan çıxarır.
Ekspertlərin fikrincə, dialoq üçün qapılar bağlandıqca, küçələrin səsi daha da güclənir. İranın tarixi isə göstərir ki, siyasi sıxıntılar artdıqca, gərginlik də bir o qədər şiddətli şəkildə partlayır.

Siyasi       Tarix: 12 fevral 2026
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İran çox ağır zərbə alıb

İsrailin Baş naziri Benyamin Netanyahu İranın artıq əvvəlki gücündə olmadığını və ölkənin ağır zərbə aldığını bildirib. xəbər verir ki, Netanyahu bu barədə "CBS News"a müsahibəsində danışıb. "İran artıq əvvəlk

"Vardanyanın rəhbərlik etdiyi bankı "camaşırxana" adlandırıblar" - Deputat

Türk-amerikalı kimyaçı və polimerlər üzrə mütəxəssis Ergün Kırlıkovalı amerikalı risk tədqiqatçısı Nassim Nikolas Talebə açıq məktub ünvanlayaraq, onun Ruben Vardanyanı dəstəkləməsini və Vardanyan həbsdə olduğu müddətdə Bakıd

Paşinyan yenidən Ermənistanın Baş naziri təyin edildi - YENİLƏNDİ

Ermənistan Prezidenti Vaaqn Xaçaturyan Nikol Paşinyanın namizədliyini təsdiqləyərək onu yenidən baş nazir təyin edib. xəbər verir ki, bu barədə Ermənistan Prezidentinin rəsmi saytında dərc olunan fərmanda bildirilib. Sənədd

"Liderin ölümündən hücumdan bir saat sonra xəbər tutduq" - Qalibafdan ŞOK ETİRAF

İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf hərbi eskalasiyanın ilk gününün təfərrüatlarını bölüşüb. KONKRET.azxəbər verir ki, onun sözlərinə görə, İran rəhbərliyi liderinin həlak olduğunu hələ martın 9-da, ilk bombalamalarda

ABŞ və İran arasında kritik 48 saat

ABŞ və İran arasında avqustun 7-si, cümə gününə qədər razılaşmanın əldə olunma ehtimalı 50 faiz təşkil edir. xəbər verir ki, bu barədə "CNN" telekanalı məlumat yayıb. Mənbənin bildirdiyinə görə, ehtimal olunan müvəqqət

Prezidentin bu ilin 7 ay ərzində iştirak etdiyi açılış mərasimləri - SİYAHI

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev avqustun 3-də "AzərEnerji" ASC-nin 220/110/10 kV-luq "Yeni Səngəçal" yarımstansiyasının açılışında iştirak edib. Dövlət başçısı cari ilin ötə

"Qraparak": Paşinyan Papikyanı Alen Simonyanın taleyi ilə üz-üzə qoymaq istəyib

Ermənistanın müdafiə naziri Suren Papikyanın vəzifədən kənarlaşdırılması məsələsinin gündəmə gəldiyi iddia olunur. xəbər verir ki, "Qraparak" qəzeti hakimiyyət daxilindəki mənbələrə istinadən yazır ki, Baş nazi

Donald Trampdan ŞOK AÇIQLAMA: "İran rəhbərliyi inanılmaz dərəcədə..."

Amerika lideri Donald Tramp "Truth Social" səhifəsində İrandakı hakimiyyətin davranışlarını sərt şəkildə tənqid edib və Vaşinqtonun Tehranla bağlı sərt mövqeyini açıqlayıb. KONKRET.azxəbər verir ki, ABŞ Prezident

Putin-Əliyev görüşü... - "Baş tuta bilər"

"2024-cü ilin avqustunda Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana dövlət səfərindən sonra iki ölkə arasında münasibətlər strateji tərəfdaşlıq məcrasında inkişaf edirdi. Onun fikrincə, həmin dövrdə siyasi dialoq


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezenesi idman xeberleri xeberler bu qun en yeni xeberler