Təfəkkürümüzün güzgüsü Azərbaycan-dili qlobal tədbirləri müşayiət edir

Təfəkkürümüzün güzgüsü Azərbaycan-dili qlobal tədbirləri müşayiət edirMəzahir Əfəndiyev, 
Azərbaycan Respublikası Milli Məclisinin deputatı
Heç kəsə sirr deyil ki, bu gün müasir dünyada hər bir xalqın, hər bir millətin var olmasının başlıca amillərindən biri və ən vacibi özünəməxsus dilinin olmasıdır. 
Azərbaycan dilinin formalaşması və qorunub saxlanılması xalqımız üçün tarix boyu böyük əhəmiyyət kəsb edib. Azərbaycan dili müxtəlif dövrlərdə müxtəlif təsirlər altında qalaraq inkişaf etmiş, bu inkişaf prosesində bir sıra mərhələlərdən keçmişdir. 
Bu gün fəxrlə deyə bilərik ki, qəhrəman xalqımız zamanın ən çətin sınaqlarından çox böyük məharətlə keçərək dilimizi, milli kimliyimizi, mənəvi dəyərlərimizi qoruyub, bu günümüzə qədər gətirib çıxarmışdır. Dərin köklərə malik öz tariximiz, mədəniyyətimiz və dilimiz var. 
Bütün sahələrdə olduğu kimi, Ana dilimizin inkişafında, onun dövlət dili olaraq yüksək mərtəbəyə qaldırılmasında Ulu Öndər Heydər Əliyevin misilsiz xidmətləri olub. Məhz Ulu Öndərin qətiyyətli və prinsipial mövqeyi, ciddi səyləri nəticəsində keçmiş Azərbaycan SSRİ-nin 1978-ci ildə qəbul edilmiş yeni Konstitusiyasında Azərbaycan dili dövlət dili kimi təsbit olunmuşdur. O zamankı  reallıqla belə bir qərarın qəbulu xalqımız üçün kifayət qədər mühüm bir hadisə idi.
Lakin, hər hansı bir dilin güclü inkişafı və zənginləşməsində, xüsusilə də dövlət dili statusu qazanmasında onu təmsil edən xalqın, millətin müstəqil dövlətinin mövcudluğu həlledici rol oynayır. Bu baxımdan, qədirbilən Azərbaycan xalqının təkidli tələbi ilə ikinci dəfə hakimiyyətə qayıdan Heydər Əliyev dil sahəsində başladığı islahatları uğurla davam etdirərək, Ana dili ilə bağlı dövlət siyasətinin təməlini qoydu. Belə ki, Ümummilli Liderimizin əvəzsiz səyləri nəticəsində müstəqilliyini yenicə əldə etmiş, gənc Azərbaycan Respublikasının 1995-ci ildə qəbul olunmuş ilk milli Konstitusiyasına Azərbaycan dili dövlət dili kimi daxil edildi. 
Məhz Heydər Əliyevin "Mən hər bir dilə öz hörmət və ehtiramımı bildirirəm. Amma hesab edirəm ki, öz dilimizlə. Azərbaycan dili ilə hər birimiz fəxr edə bilərik. Çünki bu, zəngin dildir, artıq dünyada tanınmış dildir. Xalqımızın adı da tanınıb, respublikamızın adı da tanınıb, dilimizin adı da tanınıb" sözləri dövlət dil siyasətinin müəyyənləşməsi, formalaşması və möhkəmləndirilməsi istiqamətində mühüm yol xəritəsi oldu. Azərbaycan Prezidentinin 9 avqust 2001-ci il tarixli Fərmanına əsasən hər il avqustun 1-i ölkəmizdə Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilməyə başlandı.
Bu gün isə müasir Azərbaycan Respublikası demək olar ki, dünyanın ən mötəbər tədbirlərinə ev sahibliyi edərək, həmin qlobal tədbirlərin keçirilməsində Birləşmiş Millətlər Təşkilatının qəbul olunmuş beş əsas dilinin istifadəsi ilə yanaşı olaraq, Azərbaycan dilinin də zənginliyini ortaya qoyur, onun hər bir insan və hər bir kəs tərəfindən hörmətlə, sevə-sevə öyrənilməsinə şərait yaradır. 
Prezident İlham Əliyevin qeyd etdiyi kimi, Azərbaycan dili bu gün artıq dünyada 50 milyondan çox insan üçün ana dilidir. Bu proses günbəgün qloballaşır, davamlı olaraq inkişaf edir. Ölkə başçısının rəhbərliyi ilə Vətənimizdə həyata keçirilən böyük tədbirlər vasitəsilə bu günə qədər dünya xalqlarını təmsil edən milyonlarla insanın ana dilimiz haqqında təəssüratları formalaşmaqdadır.
Təsadüfi deyil ki, Azərbaycan dili istər qədimliyi, istərsə də zənginliyi, rəngarəngliyi və səlisliyi baxımından dünyanın seçkin dillərindən biri sayılır.
Bütün bunlara baxmayaraq, bizim bundan sonra qarşıda duran əsas məqsədimiz dilimizin bu günə qədər olduğu kimi qorunub saxlanılması, türk dilləri ailəsi ilə bağlılığını nəzərə alaraq daha da saflaşması, zənginləşdirilməsi, beləliklə də Türk Dövlətləri Təşkilatının işinə töhfə vermək, vəzifəmizi daha anlamlı həyata keçirməkdir. 
Qeyd edim ki, bu il ölkəmizin ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası – COP29 çərçivəsində on minlərlə eko fəal, COP siyasəti ilə məşğul olan mütəxəssislər Azərbaycana səfər edəcəklər. Bu isə, öz növbəsində, xalqımıza yenidən imkan yaradacaqdır ki, təfəkkürümüzün güzgüsü olan Azərbaycan dilinin zənginliyi, təmizliyi, müdrikliyi, müqəddəsliyi hər bir qonağa dərin ehtiram və qonaqpərvərliklə çatdırılsın. / azxeber.com

Siyasi       Tarix: 31 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Türkiyə generalları Naxçıvanın məşhur kəndinə niyə gedib? – Ankaradan əmr verilib, xüsusi rabitə qurulub – FOTO

Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) zabiti Kaşif Kozinoğlunun ölümü ilə bağlı istintaq davam edir. Onun Azərbaycanın mərhum prezidenti Əbülfəz Elçibəylə birgə fotosu sosial şəbəkələrin Azərbaycan və Türkiyə seqmentind

Ceyhun Bayramov Nyu Yorka getdi 

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının 81-ci sessiyasında iştirak etmək məqsədilə ABŞ-ın Nyu York şəhərinə işgüzar səfərə yola düşüb. xəbər verir ki, b

XİN Fransanın Azərbaycana səyahət xəbərdarlığını pislədi

Fransanın Avropa və Xarici İşlər Nazirliyinin mətbuat katibinin 17 sentyabr tarixli açıqlamasında Azərbaycana səyahət xəbərdarlığını "özbaşına saxlanılma və ədalətsiz məhkəmə araşdırması riski" iddiaları ilə əsaslandırmağ

Azərbaycan XİN Çilini təbrik etdi

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Çilini Müstəqillik Günü münasibətilə təbrik edib. KONKRET.azxəbər verir ki, bu barədə XİN-in X hesabında paylaşım edilib. "Çilini və xalqını Müstəqillik Günü münasibətilə səmim

Hakan Fidan: Azərbaycanla əməkdaşlığımızı daha da dərinləşdirəcəyik

Türkiyənin xarici işlər naziri Hakan Fidan Azərbaycana səfərinin yekunlarına dair paylaşım edib. Hakan Fidan qeyd edib ki, Türkiyə və Azərbaycan bölgədə sabitliyin təmin olunmasında mühüm rol oynayan iki ölkədir. "Qarda

Trampı qəzəbləndirən ADDIM: Kanada Aİ-yə qoşulur?

Kanadanın Baş naziri Mark Karni Avropa Parlamentində çıxışı zamanı bildirib ki, ölkəsi Avropa İttifaqının (Aİ) Kanadaya "assosiativ üzv" statusu verilməsi ilə bağlı ambisiyalarını "alqışlayır". KONKRET.azxəbə

Azərbaycanın Qafqaz və Türk dünyası siyasəti – "Bu, tarixi ənənənin davamıdır"

Azərbaycan həm Qafqazın, həm də Türk dünyasının ayrılmaz hissəsi kimi regional və beynəlxalq proseslərdə mühüm rol oynayır. Ölkənin yerləşdiyi strateji coğrafiya, tarixi-mədəni bağları və həyata keçirdiyi siyasət onu Qafqazl

Rusiya və Azərbaycan mühüm addıma hazırlaşır – Görüşün detalları açıqlandı

Rusiya və Azərbaycan arasında münasibətlərin gələcək istiqamətləri ilə bağlı Moskvada mühüm diplomatik təmas baş tutub. xəbər verir ki, tərəflər qarşıdakı təmasların qrafikini dəqiqləşdiriblər. Rusiya xarici işlər nazirini

Prezident: Regional təhlükəsizliklə bağlı məsələlər çox mühüm əhəmiyyət daşıyır

Ətrafımızda müharibələr gedir və bu müharibələrin nə sonu, nə də qurtaracağı görünür. Müharibələrin coğrafiyası genişlənir. Bu fikirləri Prezident İlham Əliyev TDT-yə üzv ölkələrin təhlükəsizlik üzrə rəhbər şəxslərini qəbu


yeni xeberler azerbaycan xeberleri son xeberler xəbərlər.com dunya xeberleri sou biznes bu gunun xeberleri haqqinda melumat