Tehran danılmaz fakt qarşısında: İranın narkotrafikinin sübutları - VİDEO

Tehran danılmaz fakt qarşısında: İranın narkotrafikinin sübutları - VİDEOİran-Azərbaycan münasibətlərində son dövrdə baş verən hadisələr göstərdi ki, İranın onilliklər boyu bölgədə yürütdüyü ikibaşlı siyasətlə bağlı Azərbaycanın deməyə çox sözü var, sadəcə İranın haqqında çox danışıb əməldə riayət etmədiyi mehriban qonşuluq prinsipləri naminə indiyə qədər çox şeyin, necə deyərlər, üstünü vurmayıb.
Bu barədə "Azad İran"ın hazırladığı məqalədə deyilir.
Lakin səbrin də bir həddi var: oktyabrın 15-də Azərbaycan Prezidenti İlham Əliyev Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının iclasındakı çıxışında işğal dövründə İranın Ermənistanla birgə göstərdiyi bəzi fəaliyyətlərdən danışıb, o cümlədən, narkotik tranziti ilə bağlı məsələyə toxunaraq deyib:
"Azərbaycan İranla dövlət sərhədinin təqribən 30 il müddətində Ermənistanın nəzarəti altında olmuş 130 kilometrlik hissəsində nəzarəti ötən bir ildə bərpa edib və beləliklə, İrandan Azərbaycanın Cəbrayıl rayonundan keçməklə Ermənistana və daha sonra Avropaya narkotrafik marşrutunu bağlayıb. Azərbaycan-İran sərhədinin digər sahələrində bizim tutub saxladığımız heroinin həcmi əvvəlki illərin müvafiq dövrü ilə müqayisədə iki dəfə artıb. Bu, o deməkdir ki, təqribən 30 il müddətində Ermənistan İranla əlbir olaraq Azərbaycanın o vaxt işğal altındakı ərazilərindən Avropaya narkotrafik üçün istifadə edib".
Azərbaycan Prezidentinin bu açıqlaması İranda sözün həqiqi mənasında şok effekti yaradıb və əməlli-başlı çaşqınlıq doğurub. Bunu İran rəsmilərinin ötən günlərdə verdiyi cavablar və şərhlər aydın şəkildə göstərir. İran Xarici İşlər Nazirliyinin sözçüsü Səid Xətibzadə, Ali Milli Təhlükəsizlik Şurasının katibi Əli Şəmxani, daxili işlər naziri Əhməd Vəhidi, İranın Azərbaycandakı sabiq səfiri Möhsün Pakayin, Narkotiklərlə Mübarizə Qərargahının baş katibi İsgəndər Mömini, İran parlamentinin Milli Əmniyət və Xarici Siyasət Komitəsinin sözçüsü Mahmud Abbaszadə, Narkotiklərlə Mübarizə Polisinin rəisi Məcid Kərimi və başqaları bununla bağlı müxtəlif fikirlər irəli sürərək İranı, necə deyərlər, təmizə çıxartmağa çalışdılar.
İran rəsmiləri ilk növbədə bildiriblər ki, İran narkotik qaçaqmalçılığına qarşı ciddi-cəhdlə mübarizə aparır, bu yolda çoxlu itkilər verib, ölkənin bu sahədə fəaliyyəti beynəlxalq qurumlar, o cümlədən Birləşmiş Millətlər Təşkilatı tərəfindən təqdir olunub.
Lakin onlar nə üçünsə İranın dünyada narkotik qaçaqmalçılığı sahəsindəki "xidmətləri" barədə beynəlxalq aləmdə deyilənlərin üzərindən sükutla keçiblər. Halbuki hələ 2009-cu ildə BMT müfəttişlərinin məxfi hesabatlarında İran narkotik maddələrin Avropaya daşınmasında əsas rol oynayan bir ölkə kimi göstərilmişdi, bunun üçün Azərbaycan ərazisindən, yəni Ermənistan tərəfindən işğal edilmiş torpaqlardan istifadə olunduğu vurğulanmışdı. Sonradan həmin məxfi məlumatlar "Vikiliks" sənədlərində yer almış, eləcə də Almaniyanın nüfuzlu "Di Velt" qəzeti bu barədə məqalə dərc etmişdi. 2008-ci ilə aid bir sənəddə İrandan çıxan heroinin 95 %-nin Avropaya çatdığı bildirilirdi.
İranda narkotik qaçaqmalçılığının İslam İnqilabının Keşikçiləri Korpusunun, yəni SEPAH-ın nəzarətində olduğu, onun əsas gəlir mənbələrindən birini təşkil etdiyi də beynəlxalq sənədlərdə və mediada dəfələrlə qeyd olunub. Bu fikri təsdiq edən çoxsaylı sübutlar da aşkara çıxıb.
2012-ci ildə ABŞ-ın Maliyyə Nazirliyi narkotik qaçaqmalçılığındakı iştirakına görə SEPAH-ın "Qüds" qüvvələrinin Əfqanıstanla həmsərhəd olan Sistan və Bəlucistan əyalətindəki komandanı Qulamrza Bağbaniyə qarşı sanksiya tətbiq edib. General Bağbani SEPAH-ın "Taliban"a göndərdiyi silah-sursatın çatdırılması müqabilində narkotik qaçaqmalçılarının İran sərhədindən rahat keçmələrinə, o cümlədən tiryəki İran daxilində yaymalarına şərait yaradırdı.
2017-ci ildə İtaliya hökuməti Avropa Birliyinə narkotiklərin çatdırılmasını təmin edən 9 nəfərlik bir qrupu ifşa etmişdi. Həmin şəxslərin İraqda SEPAH-ın nəzarət etdiyi "Həşdi-Şabi" dəstələrinin üzvü olduğu və general Bağbani tərəfindən idarə olunduğu müəyyən edilmişdi. 2020-ci ildə Rumıniyada tutulan 1,3 ton narkotikin də SEPAH-ın vasitəsilə Suriyadan ölkəyə gəlib çıxdığı bəlli olmuşdu. Bir sözlə, hələ 2011-ci ildə İranın ozamankı prezidenti Mahmud Əhmədinejat bir çıxışında SEPAH təmsilçilərini nəzərdə tutaraq məşhur "bəradəran-e qaçaqçi-ye xodeman", yəni "öz qaçaqmalçı qardaşlarımız" sözünü əbəs yerə işlətməmişdi. 
İran rəsmilərinin İlham Əliyevin dedikləri ilə bağlı ikinci iddiası bundan ibarətdir ki, guya Azərbaycan Prezidentinə düzgün məlumat verilməyib. Halbuki İlham Əliyevin öz fikrini işğal dövründəki statistika ilə müqayisədə təqdim etməsi bu tezisin konkret təhlilə əsaslandığını göstərməkdədir. Maraqlıdır ki, sözügedən iclasda çıxış edən Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan prezidentinin sözlərini təkzib etməyə çalışsa da, dolayısı ilə onun dediklərini təsdiq edib. Paşinyan bildirib ki, Ermənistanda narkotiklərin aşkarlanması və müsadirəsi Azərbaycanda olduğundan da çox – 3-4 dəfə artıb. Bu isə o deməkdir ki, işğal edilmiş ərazilərdən keçən marşrut Azərbaycan tərəfindən bağlandıqdan sonra narkotik qaçaqmalçıları daşınmanı leqal sərhədlər üzərindən aparmağa məcbur qalıblar və buna görə daha çox "ilişiblər".
Bir faktı qeyd edək: təqribən bir ay öncə Biləsuvar postunda Azərbaycan gömrükçüləri "kimyəvi maddə və quruducu qatqı" adı altında İrandan Latviyaya aparılan 527 kiloqram, yəni yarım tondan çox maye heroin aşkar etmişdilər. Bu faktı mətbuata şərh edən Rusiya tarixçisi və siyasi təhlilçisi Oleq Kuznetsov söyləmişdi: "Bir şeyi dəqiq deyə bilərəm: bu qədər böyük bir heroin partiyası yerli hakimiyyət orqanlarının xəbəri və razılığı olmadan istehsal oluna bilməz".
İlham Əliyevin məntiqli çıxışı önündə aciz qalan İran rəsmilərinin irəli sürdüyü bir fikir də budur ki, niyə Azərbaycan bunu indi deməyə başlayıb. Yəni bu məsələni hansısa kənar təsirlə bağlamağa çalışırlar. Halbuki elə həmin çıxışında Azərbaycan Prezidenti deyib: "Mən işğal illərində dəfələrlə bəyan etmişdim ki, işğal olunmuş ərazilərdən narkotrafik məqsədilə və beynəlxalq terrorçuların hazırlanması üçün istifadə edilir. Bu gün bu, sübut edilmiş faktdır".
Görünür, o vaxtlar İran tərəfinin başı "işə" elə qarışıbmış ki, həmin bəyanatları eşitməyib və indi onları ilk dəfə eşidirmiş kimi qavrayır. Bununla bağlı hələ 2013-cü ildə mətbuatda getmiş bir rəsmi məlumatı da xatırlatmaq olar. Həmin məlumatda deyilirdi:
"Milli Təhlükəsizlik Nazirliyinin həyata keçirdiyi əməliyyat tədbirləri nəticəsində İrandan qaçaqmalçılıq yolu ilə qanunsuz olaraq narkotik vasitələrin daşınması ilə məşğul olan 12 nəfər ifşa edilib. Onlardan ümumilikdə 40 kiloqram 500 qrama yaxın narkotik vasitə aşkar edilərək götürülüb. Müəyyən edilib ki, qanunsuz dövriyyədən çıxarılmış həmin narkotik vasitələrin bir hissəsinin kultivasiyası, yəni əkilməsi, yetişdirilməsi və toplanılması Azərbaycanın işğal olunmuş ərazilərində təşkil edilib və sonradan həmin narkotik vasitələr İrana, oradan isə Azərbaycana gətirilib. Həbs edilənlərin ifadələrindən bəlli olub ki, onlar narkotik vasitələri işğal olunmuş Qarabağ ərazilərində yetişdiriblər". 
Buradan bir daha aydın olur ki, ötən illər ərzində İran və Ermənistan təkcə iqtisadi partnyor və siyasi müttəfiq deyil, həm də narkoticarət tərəfdaşları olmuşlar.
İran rəsmiləri Azərbaycanın əsaslı iddiası qarşısında elə çaşqın duruma düşüblər ki, bəzən absurd və cəfəng fikirlər səsləndirməkdən belə çəkinmirlər. Məsələn, iki gün əvvəl İran parlamentinin Milli Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü, siyasi elmlər doktoru Əli Əlizadə bədnam "Səhər" televiziyası ilə çıxışında Azərbaycanın vaxtilə Əfqanıstanda ISAF, yəni Beynəlxalq Təhlükəsizliyə Dəstək Qüvvələrində iştirakını narkotik qaçaqmalçılığında maraqlı olması kimi təqdim edərək, gülünc bir iddia səsləndirdi. 
Amma İran tərəfi, deyəsən, unudub ki, Azərbaycan Prezidenti MDB Dövlət Başçıları Şurasının iclasındakı çıxışında İranla bağlı başqa fikirlər də səsləndirib:
1) Evlər və ictimai binalar kərpic-kərpic, daş-daş sökülüb, Ermənistana və İrana satılıb;
2) Təbiətə çox böyük ziyan vurulub, 60 min hektara yaxın meşə qırılıb, doğranıb, Ermənistana və İrana satılıb;
3) Şuşa şəhərində işğala qədər mövcud olan 17 məsciddən 16-sı Ermənistan tərəfindən dağıdılıb, bir məscid "tolerantlıq" nümayiş etdirmək üçün saxlanılıb və İrandan olan qondarma mütəxəssislərin köməyi ilə onu fars məscidi kimi təqdim etməyə cəhd göstərilib.
Qoy İranın rəsmi və qeyri-rəsmi təmsilçiləri, ekspert və jurnalistləri bu sözlərə də cavab versinlər. Əlbəttə, əgər cavabları varsa...

Siyasi       Tarix: 21 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına

Azərbaycan xalqı həm öz qonşularına münasibətdə, həm də ölkə daxilindəki digər etnosların nümayəndələrinə, onların dini etidaqlarına münasibətdə dünyanın ən tolerant xalqlarından biridir. Bizim dövlətimiz də bütün qonşularl

Baş prokuror: "Azərbaycan beynəlxalq platformalarda fəal iştirak edir

"Azərbaycan həmişə beynəlxalq platformalarda fəal iştirak edir". xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev 1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü və Azərbayca

Türkiyə səfirliyi: Şəhidlərimizi minnətdarlıqla yad edirik

27 Sentyabr – Anım Günündə Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canlarından keçmiş şəhidlərimizi dərin ehtiram, rəhmət və minnətdarlıqla yad edirik. Bu barədə Türkiyənin Azərbaycandakı səfirliyinin paylaşımınd

Hikmət Hacıyev: Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq

Şəhidlərimizi dərin ehtiram və minnətdarlıqla anırıq. xəbər verir ki, bunu Prezidentin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabındak

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Prezident İlham Əliyev Məsud Pezeşkiana zəng etdi

Sentyabrın 29-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkiana zəng edib. xəbər verir ki, Dövlətimizin başçısı Prezident Məsud Pezeşkianı ad günü münasibətilə təbri

Kiyevdə həlak olan Abbasın nəşi Azərbaycana gətiriləcək

Xəbər verdiyimiz kimi, sentyabrın 27-də saat 22:00 radələrində Kiyev şəhərinə dron hücumu nəticəsində 1978-ci il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Abbas Abbasov həlak olub. Azərbaycan Xarici İşlər Nazirliyini

İran Qərblə razılaşacaq? – Politoloqdan AÇIQLAMA

İranın uranın zənginləşdirilməsini dayandırmağa razılaşdığına dair məlumatlar Tehranla Qərb arasında diplomatik təmasların yeni mərhələyə keçə biləcəyini göstərir. Bəs bu razılaşma ilin sonunadək İranla Qərb arasında dah

Vətən müharibəsindən suverenliyə: Qarabağda tarixi dönüşün əsas mərhələlər

"27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin hərbi təxribatlarından sonra başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın təxminən 30 il işğal altında qalmış ərazilərinin böyük hissəsinin aza


son xeberler yeni xeberler azerbaycan xeberleri futbol xeberleri cəbhədən son məlumat kriminal