Təl-Əvivin yeni SİYASİ GEDİŞİ: İsrail bu yolla İranın əl-qolunu bağlayacaq - İLGİNC AÇIQLAMA
Son zamanlar dünyanın siyasi arenasında baş verən bəzi dəyişikliklər diqqətdən yayınmır. Bu baxımdan iki əbədi və əzəli düşmənin, İsrail və Fələstin hökumətlərinin danışıqlara başlaması xüsusilə maraq cəlb edir. Belə ki, Fələstin və İsrail nümayəndələri İordaniyanın Aqaba şəhərində görüşüblər və problemi dialoq yolu ilə həll etməyə tərəfdar olduqlarını dilə gətiriblər. Eləcə də tərəflər qarşılıqlı etimadın yaranmasının vacibliyini vurğulayıblar. Bəs görəsən iki əzəli düşmən ölkələri bir araya gətirən səbəblər hansılardır? Ümumiyyətlə İsrailin Fələstinlə dialoqa başlamaq istəyində İran faktoru rol oynayırmı?
Mövzunu KONKRET.az-a şərh edən konfliktoloq Elman Vəliyev bildirib ki, İsrail artıq yeni bir siyasi gedişata keçib: "İndiki gedişat konflikt yaşadığı dövlətlərlə, xüsusilə Ərəb ölkələri ilə münasibətləri nizamlamaqdan ibarətdir. Türkiyə, BƏƏ, Səudiyyə Ərəbistanı, Sudan və Misir kimi ölkələr bu sırada yer alıb. İsrailin hazırda ən aktiv mübarizə apardığı Fələstin müxtariyyətidir. Fələstinin silahlı dəstələrinə isə İran yardım edir. İsrail ilə Fələstin arasında əsasən ərazi və dini konflikt hökm sürür. İsraillilər onlara vəd edilmiş torpaqların (Kənan torpaqları) tək hakimi olmağa çalışırlar. Bu baxımdan İsrailin Fələstinlə əlaqələri nizamlamaq istəyi, onların "Böyük İsrail" planından vaz keçməsi anlamına gəlmir. Əksinə bu, yeni bir siyasi gedişatdır. Müharibə ilə deyil, diplomatik yolla Fələstini və digər Körfəz koalisiyasını özünə çəkmək daha uğurlu hesab olunur. Həm də İsrail bu yolla İranın əl-qolunu bağlamış olacaq".
Politoloqun sözlərinə görə, Tehranla yarana biləcək qarşıdurmada İranın İsraili vuran əli Hizbullah, Husilər və Fələstindəki bir neçə silahı təşkilatlardır: "İsrail üçün diplomatiya xüsusi önəm daşımır. Əsas məqsəd tək dünya dövlətini qura bilməkdir. Buna maneə yaradan ölkələrdən biri də İrandır. İsrail Qərb və Qazza zolağını ələ keçirmək istəyir. Çünki Qazza zolağı İsrailin Aralıq dənizinə çıxışını təmin edən vasitədir. Amma bu zolağı Misir və "İslami Cihad" qruplaşması müdafiə edir. İsrail Fələstindən sonra Suriya ilə də təmaslara başlayacaq. İranın blokadası Suriya, Şimali İraq və Azərbaycan vasitəsilə mümkündür. Bu, Təl-Əvivin böyük bir koridorudur. Azərbaycan tərəfinin Bərzani hökuməti ilə danışıqların başlanması və Ərbildə Konsulluq açılmasına dair fikirlərin mövcud olması buna dəlalət edir. Bir sözlə, İsrail ilə Fələstin arasındakı yeni mərhələ sabit və davamlı ola bilməz. Bu, o vaxtı mümkündür ki, ya müsəlmanlar tamamilə silahı yerə qoysunlar və cihad etməsinlər, ya da İsrail bütün vəd edilmiş torpaqları ələ keçirsin.
Müşviq Tofiqoğlu,
KONKRET.az
Turlar.az [newsid: 0-123300]

"Sabah" doğma meydanda xal itirdi
"Zəfər turu": "İmişli" "Sumqayıt"a, "Sabah" "Şamaxı"ya qarşı
40 yaşlı bank əməkdaşı futbolda ürəktutmadan öldü
Tramp Pekinin köməyi ilə iki müharibəni bitirməyə çalışır
"KamAz" dəmir maneələrə çırpıldı - Sürücü öldü
Benzin qiyməti kəskin ucuzlaşdı
Bank of Baku ekoloji təşəbbüsləri dəstəkləyir - ağacəkmə aksiyasında iştirak etdi
Boşananda kredit borcu kimə qalır? - ARAŞDIRMA
Ronaldu "Ən-Nəsr"lə bağlı qərarını verdi
Azərbaycan və Türkiyə prezidentlərinin görüşü Gürcüstan mediasının diqqət mərkəzindədir
TuranBank Zəfər Günü ərəfəsində təşkil edilən ağacəkmə aksiyasında iştirak etdi
Xırdalanda avtomobil piyadanı vuraraq öldürüb
Bank əməkdaşı futbol oynayarkən qəfil öldü
Milanda işləmək də yoxsulluqdan xilas etmir: Xeyriyyə yardımı alan hər üç nəfərdən biri iş sahibidir