Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı

Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdıMilli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələdiyi bildirilən tələbənin universitetdən xaric edilməsi qərarına münasibət bildirib.
azxeber.com xəbər verir ki, deputat bu barədə sosial şəbəkə hesabında paylaşım edib.
Ceyhun Məmmədov tələbələrin hədələnməsi ilə bağlı yayılan görüntülərin ciddi narahatlıq doğurduğunu qeyd edib. O, universitetlərdə tələbələrin təhlükəsizliyinin təmin edilməsinin və sağlam təhsil mühitinin qorunmasının vacibliyini vurğulayıb.
Deputatın sözlərinə görə, belə hallarda yalnız tələbənin universitetdən xaric edilməsi ilə kifayətlənmək doğru yanaşma olmaya bilər.
"Çünki bir universitetdə tətbiq olunan bu cür sərt qərar digər ali təhsil müəssisələri üçün də presedent yarada və gələcəkdə oxşar hallarda eyni üsula müraciət edilməsinə səbəb ola bilər.
Xarici ölkələrin bir sıra universitetlərinin intizam qaydalarında hədə-qorxu və fiziki təhlükə ilə bağlı davranışlar ciddi pozuntu hesab olunur. Bununla yanaşı, cəza tədbirləri adətən hadisənin xarakterindən və ağırlıq dərəcəsindən asılı olaraq mərhələli şəkildə müəyyən edilir. Xəbərdarlıq, intizam tədbiri, müəyyən müddətə təhsildən və ya kampusdan uzaqlaşdırma kimi tədbirlərdən sonra, daha ağır hallarda universitetdən xaricetmə tətbiq oluna bilər", – deputat bildirib.
C.Məmmədov hesab edir ki, intizam tədbiri görülərkən hadisənin bütün halları, şəxsin davranışının xarakteri, real təhlükənin olub-olmaması və digər mühüm məqamlar hərtərəfli araşdırılmalıdır.
O qeyd edib ki, məqsəd yalnız cəzalandırmaq deyil, həm də tələbənin səhvini anlamasına, davranışını düzəltməsinə və təhsilini davam etdirməsinə imkan verən mexanizmlərin nəzərə alınması olmalıdır.
Deputat universitetlərin tələbələrin təhlükəsizliyini qorumasının və hədə-qorxu, zorakı davranışlara qarşı prinsipial mövqe nümayiş etdirməsinin vacibliyini vurğulayıb.
"Eyni zamanda, intizam qərarları ədalətli, ölçülü və fərdi yanaşma əsasında qəbul edilməlidir. Universitetdən xaricetmə isə hər bir halda avtomatik tətbiq olunan deyil, ən ağır intizam tədbirlərindən biri kimi nəzərdən keçirilməlidir", – Ceyhun Məmmədov əlavə edib.

Sosial       Tarix: 17 sentyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Bakıda kirayə qalan ailələrə XƏBƏRDARLIQ

Bakıda kirayə mənzil tutmaq ailə büdcəsinin ən böyük xərclərindən birinə çevrilib. Xüsusilə 4 nəfərlik ailələr üçün kirayə haqqına ərzaq, kommunal ödənişlər, nəqliyyat və digər gündəlik xərclər də əlavə olunur. Bəs bir ailəni

17 sentyabr - Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür

Bu gün – 17 sentyabr Ümumdünya Pasiyent Təhlükəsizliyi Günüdür. xəbər verir ki, Azərbaycan Talassemiya Federasiyasının sədri, pasiyent hüquqlarının müdafiəçisi Nailə Quliyeva bu münasibətlə paylaşım edib. O bildirib ki, Ümumdüny

Xalq artisti Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət aldı: 'Necə oldu, özüm də bilmədim

Xalq artisti, tanınmış diktor Ofeliya Sənani bədbəxt hadisə nəticəsində xəsarət alıb.  xəbər verir ki, bu barədə diktor -a açıqlamasında bildirib. O qeyd edib ki, bir neçə gün əvvəl evinin balkonunda olarkən təzyiqi yüksəli

Azərbaycanda Bilik Günüdür

Bu gün Azərbaycanda Bilik Günü qeyd olunur. xəbər verir ki, sentyabrın 15-dən ölkənin bütün təhsil müəssisələrində tədris başlayır. Azərbaycanda yeni tədris ilində 2,2 milyon təhsilalan olacaq. 2026/2027-ci tədris ilind

Bu səlahiyyət Daxili İşlər Nazirliyinə həvalə olundu

Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin (SOMDA) əməkdaşlarının sağlamlığının mühafizəsi və tibbi təminatı Daxili İşlər Nazirliyinə (DİN) həvalə olunub. xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qəra

Azərbaycanın nefti 127 dollara yüksəldi

İtaliyanın Augusta limanında CIF bazisi üzrə Azərbaycanın "Azeri Light" markalı neftinin qiyməti əvvəlki göstərici ilə müqayisədə 7,27 ABŞ dolları və ya 6,06 faiz artaraq 127,29 dollar/barelə yüksəlib. KONKRET.azxəbə

Bakıda yeniyetmənin ölümündə 'Roblox' izi: Baş Prokurorluqdan açıqlama

Sentyabrın 13-də Bakı şəhərinin Xətai rayonunda yetkinlik yaşına çatmayan şəxsin ölməsi ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır. xəbər verir ki, bu barədə Baş Prokurorluğun mətbuat xidməti məlumat yayıb. Bildirili

Tələbəni xaric etmək doğru deyil' - Deputat ADMİU-dakı qalmaqaldan danışdı

Milli Məclisin deputatı Ceyhun Məmmədov Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) birinci kurs tələbələrini hədələdiyi bildirilən tələbənin universitetdən xaric edilməsi qərarına münasibət bildirib

Azərbaycanda bu məhsullar bahalaşdı

2026-cı ilin yanvar-avqust aylarında istehlak qiymətləri 2025-ci ilin yanvar-avqust aylarına nisbətən 5,7 faiz, o cümlədən qida məhsulları, alkoqollu içkilər və tütün məmulatları üzrə 6,9 faiz, qeyri-qida məhsulları üzr


son xeberler yeni xeberler azerbaycan xeberleri bugun xeberler son xeberler azerbaycan sou xeberler maliyye xeberler bugun