Telefon itdikdə içindəki məlumatları qorumağın yolları - FOTO
Telefon itdikdə içindəki məlumatları qorumağın yolları - FOTO
"Smartfon itirilərsə, SIM kartdakı parolun köməyi ilə şəxsi məlumatları qorumaq mümkündür".
Bu barədə Rusiyada frod-insident hadisələrinin araşdırılması üzrə ekspert Boris Lopatin bildirib.
Onun sözlərinə görə, əgər SIM kart parolla qorunmursa, kənar şəxs telefon nömrəsiylə əlaqəli istənilən xidmətlərdən istifadə edə biləcək.
"Bunun qarşısını almaq üçün telefon parametrlərinə keçin və "SIM-PIN" seçin. SIM kartdakı parol ekran kilidi koduna uyğun gəlməməlidir", - deyə Lopatin izah edib.
Mütəxəssis qeyd edib ki, hətta SIM kartda parol təyin edilməzdən əvvəl telefon itibsə də bloklamaq mümkündür. Bunun üçün ən yaxın xidmətə pasportla getmək lazımdır.
Lopatin smartfon dəstəkləyəcəyi təqdirdə rəqəmsal SIM kartdan istifadə etməyi məsləhət görüb.
"Çünki onu başqa cihaza quraşdırmaq üçün xüsusi QR kodu tələb olunur ki, bu da qadcetdən şəxsi məlumatları oğurlamağı xeyli çətinləşdirir", - deyə mütəxəssis bildirib.

Mənbə: Gazeta.ru / oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR