Televiziyalar efirə çıxmaq üçün məndən pul istəyir' - 'Xalq ulduzu'nun qalibindən şok sözlər

Televiziyalar efirə çıxmaq üçün məndən pul istəyir' - 'Xalq ulduzu'nun qalibindən şok sözlər"Xalq ulduzu" müsabiqəsinin 6-cı mövsümünün qalibi, gənc ifaçı Mehman Elmanğlu efirlərə dəvət almamasından gileylənib.
O, azxeber.com-a açıqlamasında televiziya verilişlərinə qatılmaq üçün ondan pul tələb olunduğunu iddia edib:
"İndi sənətə dəyər verən yoxdur. Bizim televiziya verilişlərinə istedadlı müğənnilər lazım olmur. Bir çox hallarda da o verilişlərə qatılmaq üçün pul tələb edirlər. Bu mənim başıma dəfələrlə gəlib. Özüm zəng etmişəm, xahiş etmişəm ki, verilişə gəlim, məndən pul istəyiblər. Mən də deyilən məbləği vermədiyim üçün verilişə çıxa bilməmişəm".
Müğənni bildirib ki, özəl televiziyalardan yalnız "Xəzər TV" ona təmənnasız dəstək olur: 
"Yeganə özəl kanal "Xəzər TV"dir ki, çox sağ olsun, mənə hər zaman təmənnasız dəstək olur. Gənc müğənni olaraq hər zaman onların dəstəyini hiss etmişəm. Təəssüf ki, digərlərində qonaqlar sadəcə dörd-beş müğənnidən ibarətdir. Bunlar da hansı xanım müğənnilərdir özünüz bilirsiniz. Amma mən zəng edib deyəndə ki, yeni mahnım var, verilişə gəlim, deyirlər bu qədər ödəniş elə. Məbləğ də elə bir məbləğdir ki, onu rahat şəkildə düzəldib vermək olmur. Oxuya bilməyənlər çıxır özünü reklam edir, mənim səsim, sənətim varsa mən niyə pul verməliyəm? Bu günə qədər də heç bir kanala pul verib verilişinə çıxmamışam. Bu yaxınlarda məşhur bir verilişə çıxmaq istədim, dedilər ki, pulunu ödə, gəl oxu. Təbii ki, mən də getmədim. Beləliklə də insan ruhdan düşür.
Müğənni bildirib ki, Azərbaycan mədəniyyətini və musiqisini xaricdə də təbliğ edir: 
"Bu yaxınlarda mən Özbəkistanda səfərdə idim, orada dövlət televiziyasına dəvət aldım, mahnılarımızı ifa etdim. Amma bundan heç kimin xəbəri olmadı. Çünki bir çox televiziyaya şəxsən müraciət etsəm də, onlar bu haqda xəbər yayımlamadılar. Mən anlaya bilmirəm ki, məndə nə problem var? Ali savadlı, musiqi təhsili olan, bu gün gündəmdə olan bir çox müğənnidən də yaxşı oxuyan sənətçiyəm. Hansı özünə güvənən müğənni varsa gəlsin, onunla canlı oxumağa hazıram. Buyursunlar, gəlsinlər".
Xanəndə sosial şəbəkədə ulduz olan məşhurlara da münasibət bildirib:
"Sosial şəbəkədə tanınmaq şans məsələsidir. Mən də özümü bu barədə şanslı biri hesab eləmirəm. Bəzi məşhur müğənnilər var ki, onların necə məşhurlaşdığı ilə bağlı danışmaq istəmirəm, bu hər kəsə bəllidir".
Aysel Hacızadə

Şou Biznes       Tarix: 09 aprel 2025
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Bred Pittin yeni sevgilisi - Foto

Hollivud ulduzu Bred Pitt sevgilisi, zərgərlik dizayneri İnes de Ramonla birgə ictimaiyyət qarşısına çıxıb. Cütlük aktyorun yaxın dostu Corc Kluninin fondunun təşkilatçılığı ilə keçirilən "The Albies" mərasimind

Bu dəfə serial ulduzu olacaq

Dünyaca məşhur model və iş xanımı Kayli Cenner "Bachelorette Weekend" serialında baş rolu canlandıracaq. Model həmçinin layihənin icraçı prodüseri olacaq. Cenner bu ekran işi ilə aktyorluqda ilk böyük roluna imz

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Bu fotosu hamiləlik ehtimallarını gücləndirdi

Dünyaşöhrətli müğənni Teylor Sviftin son görüntüləri sosial şəbəkələrdə müzakirələrə səbəb olub. Müğənni həyat yoldaşı Travis Kelsi ilə oktyabrın 9-da Nyu-Yorkda şam yeməyindən sonra görüntülənib. Cütlüyün əl-ələ lentə alına

10 yaşlı oğluna 1,6 milyon dollarlıq Ferrari hədiyyə etdi

On yaşlı uşaqların əksəriyyəti ad günlərində Lego dəsti və ya oyun konsolu almağı xəyal edir. Hollandiyalı avtomobil həvəskarının oğlu Jan onuncu ad günündə daha bahalı bir şey - 1,6 milyon dollar dəyərində Ferrari 599 GT

Karyerasındakı prinsipləri açıqladı - "Açıq-saçıq geyinmirəm

Türkiyəli məşhur aktrisa Eda Ece evləndikdən və ana olduqdan sonra karyerasında daha seçici davrandığını açıqlayıb. Tanınmış jurnalist Fatih Altaylının verilişində qonaq olan aktrisa rol aldığı layihələrdə öpüşmə səhnələrind

Övladına xəsarət yetirən Deniz Akkayaya hökm oxundu

Türkiyəli keçmiş model Deniz Akkayanın öz övladına xəsarət yetirməsi ilə bağlı keçirilən məhkəmə prosesi yekunlaşıb. Bu barədə "Hürriyet" qəzeti məlumat yayıb. Keçirilən məhkəmə iclasının yekun qərarına əsasən

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri


son xeberler yeni xeberler azerbaycan xeberleri hava cəbhədən görüntüleri cəbhədən ən son xəbərlər beynelxalq bank mezenne