Tərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEO

Tərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEOTərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEO
2017-ci ildə "MV Aman"ın heyətinə qatılan suriyalı Muhammed Ayşa Misirdə tərk edilmiş gəmidə tək başına keçirdiyi dörd ildən sonra evinə qayıdır.
Bu barədə "Haber Global" xəbər yayıb.
Bildirilir ki, o, Süveyş kanalının girişində "kabus gəmidə" tək yaşamaq məcburiyyətində qalıb. Səbəb isə məhkəmənin onu bu gəminin qəyyumu təyin etməsi olub.
Əvvəllər dreyf halında olan gəminin sonunda saya oturması isə gəncə az da olsa təsəlli olub. Belə ki, o, hər gün üzərək sahilə  yollanıb,  yemək alıb və telefonunu şarj edə bilib. Ancaq evinə qayıtmağa icazə verilməyib.
Yük gəmisi xilasetmə vasitələrinin və sertifikasiyanın vaxtının keçməsi ilə əlaqədar 2017-ci ildə Misir hökuməti tərəfindən saxlanılıb. Bununla bağlı məhkəmədə Məhəmməd gəminin qanuni qəyyumu təyin edilib. Lakin gəncin sözlərinə görə, fərmanı məzmunu anlamadığı halda onu imzalayıb, nəticədə isə illərlə girov həyatını yaşamağa məcbur olub.
Gəmi hərracda satılana, yaxud Məhəmmədi kimsə əvəz etməyənə kimi o, qaldığı yeri tərk edə bilməzdi. Buna görə, onun pasportu əlindən alınmışdı.
"Uzun dörd ildir ki, mən qapalı dəmir həbsxanada həbsdəyəm. Bəzən gəmiriciləri görürəm, milçək, ağcaqanad və həşəratlar çoxdur. Gecə isə bura məzarlığı xatırladır, heç nə görünmür və eşidilmir", - deyə dənizçi keçirdiyi hisslər barədə danışıb.
O, iki əvvəl anasının vəfat etdiyini deyib.
"Həmin vaxt intihar etməyi belə düşündüm. Bu lənətə gəlmiş gəmiyə görə anam bir də heç zaman məni görməyəcək. İstədiyim yeganə şey evimə qayıtmağımdır", - deyə dənizçi əlavə edib.
Muhəmməd sonunda çarəni video yazaraq dünyaya səslənməkdə görüb. Onun görüntüləri az müddətdə sosial mediada böyük müzakirələrə səbəb oldu.

Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (ITF) onun azadlığa çıxması üçün kampaniyaya başladı. Bu səylər öz nəticəsini verdi və Muhammed azadlığına qovuşdu.
Qahirə aeroportunda mindiyi təyyarədən ismarıc atan gənc özünü rahatlanmış və xoşbəxt hiss etdiyini bildirib.
"Özümü necəmi hiss edirəm? Sonunda həbsxanadan çıxmış kimiyəm. Axır ki, ailəmə qovuşuram, onları yenidən görəcəyəm", - deyə o, əlavə edib.
Qeyd edək ki, Muhammed baş köməkçi idi. O, işində yaxşı olduğunu və bir müddət sonra yenidən işinə qayıdaraq kapitan olmaq istədiyini vurğulayıb.
Tərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEOTərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEOTərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEOTərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEOTərk edilmiş gəmidə dörd il girov qaldı – FOTO/VİDEO

Maraqlı       Tarix: 24 aprel 2021
f Paylaş

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə səbəb olur. Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskini

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO

Britaniyada timsahı "döyən" qadın qəhrəmanlar siyahısına daxil edildi: Mükafat aldı - FOTO. Böyük Britaniyada timsaha zərbə vuran qadının adı Britaniyanın ilk mülki qəhrəmanlarının kral siyahısına daxil edilib


yeni xeberler son xeberler azerbaycan xeberleri azerbaycanda son xeberler valyuta mezenesi valyuta mezennesi xeberler