Təsdiq edilən yeni qanun nəyə xidmət edəcək? - Nazirlik izah edir

Təsdiq edilən yeni qanun nəyə xidmət edəcək? - Nazirlik izah edirPrezident İlham Əliyevin təsdiq etdiyi "İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Qanun aktiv məşğulluq proqramlarının və işsizlikdən sığorta ödənişinin əhatə dairəsinin genişləndirilməsinə, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılmasına xidmət edir. Bu məqsədlə Fondun bu ilki büdcəsindən müvafiq istiqamətlər üzrə xərclərin artırılması nəzərdə tutulur.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Milli.Az-a verilən məlumata görə, işsiz şəxslərin sosial müdafiəsində mühüm dəstək kimi işsizlikdən sığorta ödənişlərinin əhatə dairəsinin genişləndirilməsi, işsizlikdən sığorta ödənişi alanların sayının cari il üçün artıq 20 minə çatdırılması nəzərdə tutulur.
"İşsizlikdən sığorta fondunun 2020-ci il büdcəsi haqqında" Qanunda dəyişiklik edilməsi barədə yeni Qanun bu məqsədlə Fonddan cari il üzrə ayrılması nəzərdə tutulan vəsaitin 5 mln. manat artırılaraq 10 mln. manata çatdırılmasını nəzərdə tutur.
İşsiz və işaxtaran vətəndaşların məşğulluq imkanlarının artırılması ilə bərabər, onların kiçik sahibkarlığa çıxışına şərait yaradılmasında özünüməşğulluq proqramı mühüm rol oynayır.
Proqram 2017-ci ilə nisbətən 2018-ci ildə 6,5 dəfə çox olmaqla 7267 nəfəri, 2019-cu ildə isə əvvəlki illə müqayisədə 42,45% çox olmaqla 10352 nəfəri əhatə edib. Proqrama cəlb olunanların hər biri mal və materiallar formasında aktivlərlə təmin edilməklə, öz kiçik ailə təsərrüfatlarını yaradıblar.
2020-ci ildə isə ötən ilə nisbətən daha çox - 12 min nəfərin proqrama cəlb olunaraq kiçik ailə müəssisələrinin yaradılması nəzərdə tutulub. Beləliklə, proqramın genişləndirilməsi üçün cari ildə Fonddan bu istiqamət üzrə ayrılacaq vəsait yeni Qanunla 15 mln. manat artırılaraq 78 mln. 735 min 400 manata çatdırılıb.
Məşğulluqda önəmli rola malik olan ödənişli ictimai işlər çərçivəsində sosial işçilərin sayının təqribən iki dəfə artırılması da planlaşdırılıb. Təsdiq edilən yeni Qanun bununla bağlı olaraq Fonddan ayırmaların 1 mln. manat artırılaraq 3 mln. manata çatdırılmasını nəzərdə tutur.
Fondun işsiz şəxslərin peşə hazırlığı üzrə cari il üçün xərclərinin 2 mln. manat artırılaraq 7 mln. manata çatdırılması da yeni Qanunda əksini tapır. Bu isə işsiz şəxslərin əmək bazarına çıxışına şərait yaradılması üçün əmək bazarında rəqabətə davamlı peşələrə yiyələnməsi imkanlarının artmasına yönəlib. Həmçinin işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması istiqamətində yeni addım kimi, beynəlxalq sertifikatlı (İSO) mütəxəssis hazırlığının təşkili işlərinə başlanması da planlaşdırılıb.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 13 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda gələn il bütün şəhər və rayonlar dövlət büdcəsindən vəsait almayacaq

Gələn il Azərbaycanda 67 şəhər və rayonun hamısı öz xərclərini ödəyə biləcək. "Report"a istinadən xəbər verir ki, bu, "2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsində öz əksini tapıb. Xatırlada

Süni intellekt sahibkara kredit təklif edir: Mikro bankçılığın gələcəyi necə dəyişir?

Kapital Bank-ın Mikro Biznes departamentinin direktoru Bəxtiyar Rəsulov müsahibə verib. həmin müsahibəni təqdim edir:. Mikro sahibkarlıq iqtisadiyyatın mühüm hərəkətverici qüvvələrindən biridir. Bu sahədə fəaliyyət göstərə

Nərimanovda mənzil almaq istəyənlər üçün yeni fürsət: təməldən satış başladı

Nərimanovda mənzil almaqistəyənlər üçün yeni fürsət: təməldən satış başladı!. City Garden Narimanovda təməldən mənzillər satışaçıxdı – 18 ayadək FAİZSİZ kredit!. Kristal-ın paytaxtın Nərimanov rayonunda inşa etdiyi CityGarde

Bütün sosial ödənişlər bu tarixdə yekunlaşdırılacaq

Dövlət Sosial Müdafiə Fondu tərəfindən bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımların oktyabrın 23-də ödənilməsi nəzərdə tutulub. Bu barədə -a DSMF-dən məlumat verilib. Bildirilib ki, bununla d

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Füzuli şəhərinə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb

Bu ilin yanvar-sentyabr aylarında Füzuli şəhəri üzrə əsas kapitala 124 milyon 607,9 min manat investisiya yatırılıb. Bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir. Bu ilin 9 ayında bu şəhər üzrə 132 milyo

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti – "AzerGold Uzbekistan" təsis edilib

"AzerGold" QSC-nin xarici ölkədə ilk törəmə şirkəti  "AzerGold Uzbekistan" Xarici İnvestisiyalı Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) Özbəkistan Respublikasında dövlət qeydiyyatına alınıb. İki ölkə arasınd


azerbaycan xeberleri son xeberler yeni xeberler xeberler bu qun son xeber 2026 krimnal bugun idman xeberleri