Tesla şirkətinin aksiyalarının qiyməti yüksəlir
Dekabrın 13-ü Tesla şirkətinin qiymətli kağızlarının dəyəri ilk dəfə 500 dollar həddini aşıb. NASDAQ mübadilə saytındakı xəbərdə, ABŞ-ın Şərq Sahili vaxtı ilə saat 13:00-a şirkətin səhminin dəyəri bir qiymətli kağız üçün 517,14 dollara, yəni 8.2 faiz yüksəldiyi bildirilib.
Milli.Az Trend-ə istinadən bildirir ki, "Market İnsider" - portalında bu yüksəliş dekabrın 13-ü "Oppenheimer" şirkətinin "Tesla"-nın səhmlərinin bir qiymətli kağız üçün 612 dollara çata biləcəyi analitik qiymətləndirilməsinin dərc edilməsi ilə əlaqədardır.
Qiymətləndirilmədə deyilir: "Şirkət əvvəllər çətinliklərlə üzləşsə də, hesab edirik ki, sabit maliyyə axınlarını təmin edə bilən vacib bir mərhələyə çatıb. Yenədə, hesab edirik ki, şirkətin qebul etdiyi risklərin qiymətləndirilməsi sistemi, keçmiş səhvləri qeydə aldığı və iddialı planları, yenilikləri daha sürətlə tətbiq etmək iqtidarında olmayan və ya istəməyən nəqliyyat şirkətləri üçün ciddi təhlükə yaratmağa başlayır".
"The Wall Street Journal" bu qiymətləndirməyə istinad edərək "Tesla"nın elektrik nəqliyyat vasitələrinin inkişafında və akkumulyator batareyaların yaradılmasında "mühüm üstünlüklərə" sahib olduğunu qeyd edir.
"Tesla", 2003-cü ildə sahibkar İlon Mask tərəfindən təsis edilmişdir. Baş ofisi Amerikanın Palo-Alto şəhərində (Kaliforniya) yerləşir. "Tesla" həmçinin elektrik qidalanma qurğularının, o cümlədən də "Daimler" və "Toyota" kimi avtomobil brendləri üçün litium-ion batareyası dəstələrinin satışını həyata keçirir. Şirkətin baş icraçı direktoru İlon Mask deyib ki, o sonda öz şirkətini adi istehlakçıya münasib qiymətdə elektrik maşınlarını təklif etmək məqsədini güdən müstəqil avtokonsern kimi görür.
Milli.Az /news.milli.az

Borca görə qətlə yetirilən Xəyalənin FOTOSU
Zelenskidən ŞOK "Yalta-2" XƏBƏRDARLIĞI: Tramp, Putin və Si Cinpinin gizli planından QORXUR
Heydər Əliyev Mərkəzində 'Muzeylər və irs yerləri mədəniyyətlərarası dialoq məkanları kimi' mövzusunda panel müzakirəsi keçirilib
Azərbaycan ilə FAO arasında əməkdaşlıq müzakirə olunub
İpoteka krediti qaydaları dəyişdi
Azərbaycanda bəzi kəndlərin adları dəyişdirilə bilər - Diqqətçəkən açıqlama
AFFA 10 komandaya texniki məğlubiyyət verdi
"Real" Mbappeyə görə Çin xalqından üzr istədi
Azərbaycanın beynəlxalq sanksiya siyahısı yenilənib
Böyük Britaniyadan tarixi DƏSTƏK: Ukraynaya 12 milyard avroluq rekord yardım paketi AYRILDI
Azərbaycan və Sudan arasında mədəniyyət sahəsində əməkdaşlıq müzakirə edilib
Prezident İlham Əliyev İspaniyanın Baş nazirinə başsağlığı verib
Niderland Ukraynaya 1.2 milyardlıq yardım ayırır
Məşhur aktyor 46 yaşında vəfat etdi