Təxminən 400 yaşı olan eskizin sirri açıldı - FOTO

Təxminən 400 yaşı olan eskizin sirri açıldı - FOTOTəxminən 400 yaşı olan eskizin sirri açıldı - FOTO
Yüz ildən çox muzeydə saxlanılan və kobud imitasiya hesab edilən eskizin, doğrudan da, Rembrandta məxsus olduğu aydınlaşıb.
Söhbət 1921-ci ildən Haaqadakı Bredius Muzeyində olan "Xaçın ucaldılması" ("The Raising of the Cross") əsərindən gedir.
Eskiz 1640-cı illərə aiddir, uzun müddət onun müəllifinin holland rəssamın davamçılarından biri  olduğuna inanılırdı. Yalnız xüsusi tədqiqatın köməyi ilə eskizin həqiqi müəllifini müəyyən etmək mümkün olub. Muzeyin ilk kuratoru Abraham Bredius onun əsl Rembrandt əsəri olduğuna əmin idi, lakin o vaxtdan bəri ekspertlər əsəri imitasiya kimi qəbul ediblər. Belə kobud çəkilişin böyük Rembrandtın fırçasına aid ola bilməyəcəyinə inanılırdı.
Təxminən 400 yaşı olan eskizin sirri açıldı - FOTOTəxminən bir il əvvəl mütəxəssislər Rembrandt haqqında kitab hazırlayarkən eskizə diqqət ediblər. Onlar belə qənaətə gəliblər ki, yağlı boya ilə hazırlanmış eskiz çox dəqiq və aydın olmamalı idi, Rembrandt sadəcə ümumi kompozisiyanı göstərmək istəyirdi, ona görə də kobud ştrixlər edib.
İnfraqırmızı və rentgen tədqiqatları göstərib ki, rəssam tablonun kompozisiyasının planlarını bir neçə dəfə dəyişib və elementlərin düzülüşündə dəyişiklik edib. Mütəxəssislər əmin olduqlarını bildiriblər ki, müəllif heç kimin əsərini köçürməyib. Onların sözlərinə görə, eskiz Münhendə saxlanılan Rembrandtın "Xaçın ucaldılması" əsərinə ithafdır.
Təxminən 400 yaşı olan eskizin sirri açıldı - FOTOMənbə: The Guardian / oxu.az

Maraqlı       Tarix: 05 noyabr 2022
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


yeni xeberler azerbaycan xeberleri son xeberler sou biznes ən son xeberler azerbaycan son xeber bugun son xeber 2026