"Texnofest-2022" ölkəmizə gələn turist sayına müsbət təsir edəcək - EKSPERT
Dünyanın tanınmış texnologiya festivalları sırasında yer alan "Texnofest-2022" festivalı bu il ilk dəfə Azərbaycanda keçirilir. Paytaxt Bakıda təşkil olunan festival çərçivəsində müxtəlif tədbirlər keçirilir. Azərbaycanda ilk dəfə təşkil olunan tədbirin ilk günündən "Texnofest-2022"-ə böyük maraq yaranıb.
Maraqlıdır, bu festivalın Azərbaycan üçün hansı əhəmiyyətləri var?
Mövzu ilə bağlı KONKRET.az-a danışan iqtisadçı ekspert Xalid Kərimli bildirib ki, beynəlxalq layihələrin ölkəmizdə təşkili Azərbaycanın iqtisadi gücündən xəbər verir:
"Müxtəlif beynəlxalq mədəniyyət, idman, texnologiya tədbirlərinin ölkəmizdə keçirilməsi Azərbaycanın beynəlxalq müsbət imicinin formalaşması mühüm rol oynayır. Belə tədbirlər həm də Azərbaycanın böyük tədbirlərə ev sahibliyi edəcək gücünün olmasından xəbər verir. Lakin bununla yanaşı beynəlxalq festivalların Azərbaycanda baş tutması iqtisadi cəhətdən də mühüm rol oynayır".
Ekspertin fikrincə, belə tədbirlər beynəlxalq təcrübənin öyrənilməsinə kömək edir:
"Bir-birinin ardınca keçirilən beynəlxalq tədbirlər ölkəmizin gücünü və qüdrətini göstərməklə yanaşı Azərbaycana gələn turist sayına da müsbət təsir. Həmçinin, bu festival hərbi və texnologiya sahəsində əməkdaşlıqların gücləndirilməsi baxımından da vacib rol oynayır. Belə layihələr beynəlxalq təcrübənin öyrənilməsinə kömək edir. Beynəlxalq sərgilərin, festivalların təşkili əlaqələrin qurulması, satışın həyata keçirilməsi və gələcək əməkdaşlıq baxımından bizim üçün böyük imkanlar yaradır".
Şəbnəm Mehdizadə,
KONKRET.az
Kurslar.az kurslar [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO
Nəvai Moskvada törətdiyi qəzaya görə təzminat ödədi
"Nikosayağı" buna görə qol transplantasiyası etdirməyib
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
XİN Şimali Koreyanı təbrik etdi – FOTO
Azərbaycanda maaş artdı