Tezliklə bazarda münasib qiymətə insulin təklif edilə bilər

Tezliklə bazarda münasib qiymətə insulin təklif edilə bilərDiabetin müalicəsi çox baha başa gəlir, çünki insulin bazarına cəmi üç iri istehsalçı nəzarət edir. Bu bahalı preparat, xüsusən yoxsul ölkələrdə, diabet xəstələrinin çoxu üçün əlçatmazdır. Dünya Səhiyyə Təşkilatı (DST) insulin istehsalının şaxələndirilməsi üzrə pilot layihəsi elan edib.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Ümumdünya Diabetə qarşı Mübarizə Günü ərəfəsində DST tezliklə apteklərdə daha aşağı qiymətə çoxlu insulin təklif ediləcəyini bildirib.
Xatırladaq ki, Ümumdünya Diabetə qarşı Mübarizə Günü hər il noyabrın 14-də qeyd edilir. Bu tarixin seçilməsi onunla bağlıdır ki, 1922-ci ildə Çarlz Best ilə birlikdə insulinin kəşf edilməsində həlledici rol oynamış Frederik Bantinq həmin gündə anadan olub.
İnsulin diabet xəstəliyindən əziyyət çəkən insanların həyatını xilas edən əsas dərman preparatıdır. Bu gün dünya insulin bazarına nəzarət edən üç istehsalçı çoxları üçün əlçatmaz olan qiymətlər müəyyən edir. Məsələn, Qanadakı Akkra şəhərində bir diabet xəstəsi üçün aylıq insulin ehtiyatının dəyəri işçinin 5,5 günlük əməkhaqqına ekvivalentdir. Bu isə, onun aylıq gəlirinin 22 faizi deməkdir. Hətta varlı ölkələrdə də diabet xəstələri insulin qəbulunu məhdudlaşdırmağa məcburdurlar, hərçənd zəruri dozanın azaldılması ölümcül dərəcədə təhlükəli ola bilər.
DST nümayəndələri Cenevrədə keçirilən brifinqdə bildiriblər ki, bir neçə başqa əczaçılıq şirkəti insulin istehsalına başlamağa hazırdır. Bəzi şirkətlər ilkin təsnifat üçün nümunələri DST-yə təqdim ediblər.
DST-nin baş direktoru Tedros Hebreyesus deyib: "Bütün dünyada, xüsusən əhalinin gəlirləri aşağı səviyyədə olan ölkələrdə diabet xəstəliyinə tutulma halları artır. İnsulinə ehtiyacı olan adamlar çox vaxt maliyyə çətinlikləri üzündən onu ala bilmirlər və beləliklə, onların həyatı təhlükəyə məruz qalır. DST-nin insulin istehsalı barədə təşəbbüsü həyati əhəmiyyətli bu preparata ehtiyacı olan hər kəs üçün onun əlçatanlığını təmin etməyə yönəlmiş mühüm addımdır".
DST-də ümidvar olduqlarını bildiriblər ki, digər şirkətlərin məhsulunun təsdiq edilməsi "hamı üçün bərabər şərait yaratmağa və bütün ölkələrdə insulin satışını sabitləşdirməyə" imkan verəcək.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 16 noyabr 2019
f Paylaş

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Günəşdən qorunmağın yeni üsulu: Moruq tumu yağının möcüzəvi faydaları

Yay aylarının gəlməsi ilə günəşdən qorunma vasitələrinə maraq artıb. Bir çox insan yüksək qoruyucu faktorlu günəş kremlərinə üstünlük versə də, bəziləri daha təbii alternativlər axtarışındadır. Son dövrlər bu axtarışın ə

Yayılan virusla bağlı ÜST-dən açıqlama

"MV Hondius" kruiz laynerində hantavirusun yayılması ilə bağlı yaranan vəziyyət COVID-19 pandemiyasının başlanğıcı ilə bənzərlik təşkil etmir. xəbər verir ki, onun sözlərinə görə, hazırda infeksiyanın qlobal təhlük

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"


azerbaycan xeberleri son xeberler yeni xeberler cebheden xeber az xeber cəbhədən son məlumatlar iqtisadiyyat xeberleri bugun