Tezliklə Qarabağın Azərbaycan turizmində xüsusi yeri olacaq
Tezliklə Qarabağın Azərbaycan turizmində xüsusi yeri olacaq
İşğaldan azad edilmiş ərazilərin təhlükəsizliyi təmin olunduqdan və əsas magistral yollar çəkildikdən sonra Qarabağa böyük yerli turist axınının olacağı gözlənilir. Hazırda Qarabağımızın potensial 10 milyon nəfər yerli turisti var.
Bunu Trend-ə turizm üzrə ekspert Fariz Hacıyev deyib.
Hər kəsin səbirsizliklə müqəddəs torpaqlarımızı görmək gününü gözlədiyini deyən F.Hacıyev hesab edir ki, ölkə sakinlərindən başqa xaricdə yaşayan həmvətənlərimiz də bu siyahıya əlavə edilərsə, yaxın illərdə Qarabağ regionu Azərbaycan turizmində öz hegemonluğu ilə seçiləcək.
Ekspertin fikrincə, Şuşa şəhəri Azərbaycan turizminin simvol şəhərlərindən biri olacaq:
"Əminəm ki, yaxın illərdə ölkəmizə səfər edən xarici turistlərin böyük bir qismi Qarabağ turuna qoşulmadan ölkəni tərk etməyəcək. Təkcə Şuşadakı Çətir şəlalələri hamını oraya getməyə sövq edəcək. Bizi eyni zamanda qış turizmi istiqamətində də yeni marşrut gözləyir. Kəlbəcər rayonu qış turizmi üçün ideal məkan olacaq".
Qarabağda turizmlə bağlı bir çox layihələrin icrasısını mümkün sayan F.Hacıyev bildirib ki, Qubadlıda Həkəri çayı boyunca bir sıra gözəl istirahət mərkəzləri tikilə bilər. Yaxın zamanlarda Kəlbəcərdə - İstisuda da beş ulduzlu hotellərin, sanatoriyaların tikilməsi mümkündür. İşğaldan azad olunmuş bütün şəhər və rayonlarda turizm infrastrukturu bir-birinə bağlı olaraq qurulacaq". /oxu.az

Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
Zelenski o hərəkətinə görə tənqid olundu
Tramp müharibənin bitmə zamanını açıqladı
Azərbaycanda ata oğlunun toyunda həbs olundu
Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR
Cekpotdan sonra nə etdilər? - Milyon qazananların ən maraqlı qərarları
Emil Binyətzadə cəzalandırıldı
Qara dənizdə yük gəmisi dron hücumuna məruz qalıb - iki Azərbaycan vətəndaşı ölüb
Prezident Qaradağda açılışda iştirak etdi - FOTOLAR
"Sabah" "Mançester Yunayted"ə qarşı - Canlı-Yenilənir
"Real Madrid" Arda Gülerlə bağlı qərarını verdi
Bank of Baku-dan SOCAR işçilərinə 80.000 AZN-dək kredit – özəl faizlərlə və komissiyasız
"Fənərbaxça"nın baş məşqçisi İsmail Kartal istefa verib
Bu ölkədə yeniyetmələrin intiharı rekord həddə çatdı
60 yaşlı kişini tok vurub öldürdü