"The Wall Street Journal" Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən yazdı
"The Wall Street Journal" Qarabağ müharibəsində Azərbaycanın qələbəsindən yazdı
ABŞ-ın nüfuzlu The Wall Street Journal dərgisi Qarabağ müharibəsində Azərbaycanın qələbəsi və bölgənin gələcəyi barədə məqalə hazırlayıb.
Məqalədə Dağlıq Qarabağın dağılmış iqtisadiyyatını canlandırmaq üçün görüləcək işlərdən bəhs olunub.
Sözügedən materialda Qafqaz Siyasi Analiz Mərkəzinin direktoru Əhməd Əlilinin fikirlərinə də yer verilib.
Politoloq qeyd edib ki, bir çox erməni Baş nazir Nikol Paşinyanı atəşkəsi qəbul etdiyinə görə istefa verməyə çağırıb və bunu bir təslim aktı olaraq dəyərləndirib:
"Atəşkəs imzalanandan bəri Azərbaycan xalqı qələbəni ruh yüksəkliyi ilə qeyd edir və bütün yerli Kütləvi İnformasiya Vasitələrində bundan fəxrlə bəhs olunur. Bakının beynəlxalq hava limanındakı giriş-çıxışlarda və baqaj salonlarında, divarlarda və pasport yoxlama kabinələrinin üstündə asılan lövhələr gələn sərnişinləri bu bəyanatla qarşılayır: "Qarabağ bizimdir! Qarabağ Azərbaycandır!"
"Son 30 ildə Azərbaycanın sosial - iqtisadi həyatı, xarici siyasəti, bir sözlə hər şey yalnız bir problemə - Dağlıq Qarabağa həsr edilmişdi", - deyə politoloq əlavə edib. /oxu.az

Prezident Canni İnfantinonu qəbul etdi
Azərbaycanda qədim yaşayış məskəni aşkarlandı - FOTO
Lənkəranda kişi atasını qaynar su ilə yandırdı
Leyla Əliyeva daha bir görüş keçirdi - FOTOLAR
Leyla Əliyeva rahibə Petrini ilə görüşdü - FOTOLAR
Azərbaycan-Slovakiya əlaqələri yüksək səviyyədə inkişaf edir - Sahibə Qafarova
Logistika və nəqliyyat Azərbaycanın iqtisadi inkişafında yeni imkanlar yaradır
Azərbaycan iqtisadiyyatına 10,8 milyard dollarlıq sərmayə: Ekspertlər nə deyir?
Gədəbəy Rayon İcra Hakimiyyətinin yeni başçısı kollektivə təqdim edilib
AZAL-dan Turizm İşçiləri Günü münasibətilə sərnişinlərə xüsusi TƏKLİF
Pərviz Heydərov vəfat etdi
Yevlaxda üçotaqlı ev yandı
Masallıda kişi evində ölü tapıldı
Beyləqanda elektrik yarımstansiyasında yanğın olub
Yetər susduq, susduqca üstümüzə gəlirlər – Yaqub Mahmudovdan Gürcüstan Patriarxlığına