Tibb personalını koronavirusdan qorumaq üçün bunlar vacibdir

Tibb personalını koronavirusdan qorumaq üçün bunlar vacibdir"Son tədqiqatlarda COVİD-19 virusunun plastik və polad səthlərdə 72 saatadək qala biləcəyi göstərilir. Bu da müayinə vaxtı işlədilən bütün avadanlıqların diqqətli dezinfeksiyasını tələb edir".
Bunu Azərbaycan Tibb Universitetinin Şüa diaqnostikası kafedrasının müdiri, dosent Məlahət Sultanova  "COVİD-19: Radiologiya şöbəsində infeksiya təhlükəsizliyinə dair əsas tələblər" adlı məqaləsində bildirib.
Radiologiya şöbəsinin işci heyətinin COVİD-19 xəstələri ilə kontaktda olan ilk sırada tibb personalı olduğunu nəzərə alaraq, infeksiyalaşmadan ciddi qorunma tədbirlərinə əməl edilməsi vacibdir. Xəstəliyin törədicisi yüksək dərəcədə kontagiozdur və yoluxma respirator damcılar və infeksiya təhlükəsi daşıyan səthlərə toxunan zaman baş verir. Damçılar yüksək transmissiya riski daşıyıb təqribən 91.44 cm məsafədə yüksək yoluxma riski daşıyır və mənbədən 183 cm məsafə qədər uzaqlaşa bilirlər. Son tədqiqatlarda COVİD-19 virusunun plastik və polad səthlərdə 72 saatadək qala biləcəyi göstərilir ki, bu da müayinə vaxtı işlədilən bütün avadanlıqların diqqətli dezinfeksiyasını tələb edir. Bu baxımdan radiologiya şöbəsinin texnikləri həm potensial şüalanmaya, həm də infeksiya riskinə dair yenilənmiş fərdi qorunma tədbirlərina dair daim məlumatlandırılmalıdırlar.
COVİD-19 pandemiyasının menecmentində radioloji şöbələrin işinin düzgün qurulması cox vacibdir. Təbii ki, hazırda bu pandemiya ilə əlaqədar olaraq mövcud təhlükəsizlik tədbirləri və tövsiyələrin yenilənməsi xüsusən aktualdır. Bu məsuliyyəti bütün səhiyyə qurumları daşımalı, mövcud əsasnamələr beynəlxalq rəhbərliklərə uyğunlaşdırılmalıdır. Özlərini, kolleqalarını və xəstələri qorumaq baxımından radioloji şöbənin texnikləri fərdi qorunma tədbirlərinə düzgün əməl etməlidirlər. Bu aspektdə fərdi qoruyucu vasitələrə xüsusi tibbi maska, geyim (mantiya), əlcək və eynək aiddir.
Aşağıda qeyd olunan əsas məqamlar Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə razilaşdırılmış və Sinqapurda tibb mərkəzlərinin hesabatında təsdiq edilmişdir:
-COVİD-19 təsdiq olunan və ya şübhəli olan pasiyentlərin müayinə olunduğu bütün radioloji avadanlıqların (rentgen aparatları-mobil və ya stasionar, KT, MRT cihazları, ultrasəs probları) xəstə ilə təmasdan sonra dərhal dezinfeksiya edilməsi
-İmkan daxilində müayinələrin mobil-portativ rejimdə icra edilməsi. Qeyd etmək lazımdır ki, mobil-portativ müayinələr xüsüsən kritik vəziyyətdə olan xəstələrin menecmentində tətbiq edildiyindən yüksək infeksiya risk daşıyır;
-Yalnız mobil-portativ müayinələrin mümkün olmadığı hallarda pasientlərin şöbəyə transfer edilməsi- pasientin şöbədə olduğu müddətdə maskada olması mütləqdir.
Hazırda radiologiya şöbələrində COVİD-19 şübhəsi olan, yəni qızdirması və öskürəyi olan bütün xəstələrin müayinəsi aparılır. Aşağıda göstərilən məqamlar həm şüalanma, həm yoluxma riskini azaldır:
-Müayinələri növbəli olaraq bir birini əvəz edə biləcək komandaların aparması
-COVİD-19 təsdiq olunmuş və ya şübhəsi olan pasientlərin müayinəsində avadanlıqların qarşılıqlı dəstəyini təmin etmək
-Təcili olmayan-planlı müayinələrin təxirə salınması
-Referallara (göndərişərə) dair üzbəüz yox, telefonla informasiya verilməsi
-Personalın sağlamlığının təminatı üçün rezerv-növbə sistemlərinin qurulması
Xəstənin göndərişində COVİD-19 riski haqqında informasiyanın verilməsi ( şübhəli və ya təsdiq edilmiş) əvvəldən müvafiq tədbirlərin aparılması baxımından cox vacibdir. Xəstə ilə 1 metrdən az məsafə böyük risk daşıdığı üçün xəstə daim, hətta mümkün olduğu halda çəkiliş zamanı da maskada olmalıdır.
Qeyd etmək lazımdır ki, bu yenilənmələr dünyanın müxtəlif radiologiya təşkilatlarının diqqəti mərkəzindədir. Məsələn, Amerika Radiologiya Kolleci və Xəstəliklərin Nəzarəti və Profilaktikası Mərkəzi xüsusən kənardan gələn qeyri-təcili xəstələrin müayinəsinin təxirə salınmasını məsləhət görürlər. Britaniya Torakal Radiologiya Cəmiyyəti COVİD-19 təsdiq edilmiş və ya şübhəsi olan xəstələrin radioloji müayinələrini aparan şöbələrin işinə və bu xəstələrin döş qəfəsi rentgenoqrafiyası və KT müayinələrindəki səciyyəvi görüntülərinə dair rəhbərlik hazırlamışdır.
Diqqətdə saxlamaq lazımdır ki, bu pasientlərin müayinəsini aparan rentgen texniklərin düzgün iş rejimi, radioloji avadanlıqların və tətbiq edilən müayinələrin effektiv və yetərli istifadəsi gələcəkdə tələblərin qarşılanmasına imkan verəcəkdir.
Təbii ki, bu pasientlərlə işləyən hər bir tibb işçisi üzərinə düşən məsuliyyəti maksimum dərk etməklə, infeksiyalaşma riskinin azalmasına xidmət edəcəkdir.
Materialın hazırlanmasında https://radiopaedia.org/articles/covid-19-3?lang=us saytının materiallarından, file:///Covid-19 pandemic/ Summary of current and emerging issues for radiographers (müəlliflər: Drs Nick Woznitza, Samanjit S Hare, Arjun Nair, 2020) və https://www.sciencedirect.com/.../artic.../pii/S1546144020301502 - undfig1 Coronavirus (COVID-19) Outbreak: What the Department of Radiology Should Know (müəlliflər:Soheil Kooraki, Mellina Hosseiny, LeeMyers, Ali Gholamrezanezhad) mənbələrindən istifadə edilmişdir.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 29 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Saç qaynağının gizli təhlükəsi - Keçəlləşməyəsəbəb ola bilər

Süni saç qaynağından imtina etdikdən sonra əksər qadınlar daraqda çoxlu miqdarda tük görərək saçlarının əhəmiyyətli hissəsini itirdiklərini düşünürlər. Lakin bu hal həmişə keçəlləşməyə işarə etmir: saçların bir qismi təbi

Bakını bürüyən uçan qarışqalar xəstəlik yayır?

Paytaxt ərazisində son günlər qanadlı qarışqaların sayında nəzərəçarpacaq artım müşahidə edilir. milliaz-a istinadla xəbər verir ki, sosial şəbəkələrdə paylaşılan videolarda çoxlu sayda həşəratın xüsusilə işıq mənbələrini

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Günvurma zamanı uşağa ilkin yardım necə edilməlidir? – AÇIQLAMA

Yay mövsümündə uşaqlar arasında ən çox yayılan problemlərdən biri günvurmadır. Günvurma bədən hərarətinin təhlükəli dərəcədə yüksəlməsi nəticəsində yaranan təcili vəziyyətdir. Buna isə daha çox uşaqlar məruz qalırlar. KONKRET.azxəbə

Pəncərə və qapılara dəfnə yarpağı qoyun: Həşəratlara qarşı "qalxan"

Yay tətili üçün evdən uzun müddətə ayrılarkən hamımızın ağlımızda eyni qorxu olur: "Geri qayıdanda evimi hamamböceği və ya qarışqalar basıb?" Kimyəvi dərmanlardan istifadə etmədən, evinizi bu "qonaqlardan"

Dayanacaqlarda siqaret və enerji içkilərinin satışı: uşaqlar üçün təhlükə mənbəyi

İctimai nəqliyyat dayanacaqlarında siqaret, elektron siqaret və enerji içkilərinin satışının geniş yayılması azyaşlıların bu məhsullara daha asan çıxış əldə etməsi ilə bağlı narahatlıqları artırır. Xüsusilə məktəb yaşlı uşaqları

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Kəsim yerlərindən alınan ətdən qarayara xəstəliyi keçə bilərmi?

Samux rayonu üzrə qeydə alınan qarayara hadisəsi bu xəstəliyin kəsim yerlərindən alınan ətlərdən keçə biləcəyi və təhlükəsizlik məsələlərini gündəmə gətirib. KONKRET.azxəbər verir ki, mövzu ilə bağlı -a açıqlama verən qid


azerbaycan xeberleri son xeberler yeni xeberler sou xeberler son xeberler 2026 xabar az sonxəbərlər