Tibb tarixində bir ilk: İnsan süni ölüm halına salınıb
Tibb tarixində bir ilk: İnsan süni ölüm halına salınıb
Amerikalı həkimlər tibb tarixində ilk dəfə olaraq insanı anabioz halına sala biliblər.
"Life.ru"nun məlumatına görə, bu barədə "New Scientist" jurnalında məqalə dərc olunub.
Prosedur təqribən belə olur: Bədəndə natrium-xloridlə (məhlulun temperaturu praktiki olaraq sıfra bərabər olur) bütün qan dəyişdirilir, nəticədə orqanizmin temperaturu çox tez müddətdə +10 - 15 dərəcə selsiyə qədər soyudulur.
Beləliklə, insanın beyin fəaliyyəti demək olar ki, tamamilə dayanır. Bundan sonra pasient soyutma sistemindən ayrılır və lazımi prosedurlar üçün əməliyyat masasına gətirilir.
Anabioz halına salınan andan cərrahların bədəndəki qan itkisinin səbəblərini aradan qaldırmaq üçün 2 saatı olur. Əməliyyatdan sonra həkimlər bədənin normal temperaturunu və ürəyin işini bərpa edirlər.
Baltimorda Merilend Universitetinin Ali Tibb Məktəbinin professoru Semuel Tişermanın sözlərinə görə, o və həmkarları azı bir nəfəri anabioz halına sala biliblər.
Belə əməliyyat tibdə böyük irəliləyiş sayılır, çünki bundan əvvəl tibb işçiləri həyat üçün təhlükəli travma almış insanlara yardım etməyə sadəcə vaxt çadırmırdılar. /oxu.az

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb