"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO

"Titan" sərnişinlərinin son saatları: İçilməyən qəhvə, kantri musiqisi, isti corab və papaq... - FOTO
"The New York Times" qəzeti "Titan" sualtı aparatının "Titanik"in dağıntıları üzərinə enməsi üçün hazırlıqların necə aparıldığını və sərnişinlərinin həyatının son saatlarını təsvir edib. Nəşr enişi təşkil edən "OceanGate Expeditions"ın reklam materiallarını araşdırıb, həmçinin batiskaf faciəsi nəticəsində ərini və oğlunu itirmiş Kristin Davudla (bundan əvvəlki dalma zamanı dalğıc olub) danışıb.
"OceanGate" şirkəti isə "The New York Times"ın müsahibə tələblərini rədd edib.
Aparatın son enişi iyunun 18-də baş tutub. İştirakçılar əvvəlcədən gəldikləri "Polar Prince" gəmisində ekspedisiyaya hazırlaşıblar. Komanda gündə iki dəfə ümumi yığıncaq keçirib və orada digər məsələlərlə yanaşı, təhlükəsizlik və eniş üçün hazırlıqlar müzakirə edilib. Bəzən bu görüşlərdə "Titanik" filmi nümayiş etdirilib.
Nəşrin məlumatına görə, "OceanGate"in məqsədi dalma üçün pul ödəmiş sərnişinlərin missiyanın passiv iştirakçıları olmadıqlarına əmin olmaq olub: şirkət onlara "turist" və ya "müştəri" deyil, "missiya mütəxəssisləri" kimi müraciətdə israr edib.
"Titan" üçün bilet 250 000 dollar olub, amma razılaşma yolu ilə azaldıla biləcəyi də qeyd edilib.
Eniş günü, iyunun 18-də "Titan" sərnişinləri səhər saat beşdə göyərtədə toplaşıblar. Bu zaman "OceanGate" komandası batiskafın dalmadan əvvəlki son hazırlıqlarını tamamlayıb.
"Onların bütün hərəkətləri nizamlı görünürdü, aydın idi ki, onlar bunu dəfələrlə ediblər", - deyə Kristin Davud xatırlayır.
NYT-nin yazdığına görə, göyərtəyə toplaşanlar dalma planını bir daha müzakirə ediblər: bunun 12 saat çəkməli olduğu güman edilirdi, onun da dörd saatı "Titanik"in qalıqlarının araşdırılmasına ayrılmışdı.
"Titan" pilotu və "OceanGate" şirkətinin baş direktoru Stokton Raş suya dalmadan əvvəl "şlaksız" pəhrizə riayət etməyi və səhərlər qəhvə içməməyi (ayaqyolu məsələsində məhdud imkan səbəbindən) tövsiyə edib.
O, həmçinin, isti corab və papaq geyinməyi, ayaqları islatmamağı, suya dalma zamanı pəncərələrdən heç nəyə baxmamağı məsləhət görüb - onsuz da aparatın işıqlandırması "Titanik"in qalıqlarına baxış zamanı lazım olacaq enerjiyə qənaət üçün söndürülmüş olacaqdı.
Raş sərnişinlərə göyərtədə dinləmək üçün sevimli mahnılarını telefonlarına yükləməyi də təklif edib, amma kantri musiqi seçməkdən çəkinmələrini istəyib.
Dalma iştirakçılarına səhər saat 7:30-da sualtı qayığa minməyə hazır olmaları bildirilib. Sərnişinlər suyadavamlı şalvar və gödəkçələr, həmçinin polad burunlu çəkmələr, xilasedici jiletlər və dəbilqələr geyiniblər. Bundan sonra onların hər birinin çəkisi ölçülüb və "Titan"a minmələrinə yardım edilib.
Qəzetin məlumatına görə, aparat daxildən oturacaqları olmayan yolsuzluq avtomobilinə bənzəyib. Döşəmədə rezin döşək, tavanda tutmaq üçün iki tutacaq olub. Sonra lük aşağı salınıb, boltlar əlavə olaraq bərkidilib və aparat dalmağa başlayıb.
İyunun 18-də eniş başlayandan təxminən 1 saat 45 dəqiqə sonra "Titan" "Polar Prince"lə əlaqəni kəsib. Onun qalıqları dörd gün sonra, 1912-ci ildə batan "Titanik" gəmisindən 488 metr aralıda "Pelagic Research" şirkətinin robotlaşdırılmış dərin dəniz zondunun köməyi ilə aşkar edilib. "Titan"ın bütün sərnişinləri - pakistanlı iş adamı Şahzadə Davud və onun 19 yaşlı oğlu Süleyman, britaniyalı iş adamı Hemiş Hardinq, fransız okeanoloq Pol-Henri Narjole və Stokton Raş - həlak olublar.
İyunun 23-də ABŞ Sahil Mühafizəsi bildirib ki, tapılan dağıntılara əsasən, gəmidə imploziya - yəni içəriyə doğru partlayış baş verə bilərdi.
Xatırladaq ki, bundan əvvəl "OceanGate" şirkətinin sahibi Stokton Raş ilə "Titanik"də həlak olan iki sərnişin arasında qohumluq əlaqələri üzə çıxmışdı.
/ oxu.az

Turizm       Tarix: 07 iyul 2023
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO

AZAL Zəngilanda keçirilən əmək yarmarkasında iştirak edib - FOTO. "Azərbaycan Hava Yolları" QSC (AZAL) aprelin 5-də Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi tərəfində

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır

Rusiyanın daha bir şəhərindən Bakıya birbaşa uçuşların sayı artırılır . Rusiyanın "İrAero" aviaşirkəti Ufadan Bakıya birbaşa müntəzəm uçuşlar həyata keçirəcək. Bu barədə şirkətdən xəbər verilib. Bildirilib ki, Başqırdıstanı

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq

Rusiyada işləyən azərbaycanlıların nəzərinə: Rus dili imtahanında dəyişikliklər olacaq. Rusiya Təhsil və Elmə Nəzarət Federal Xidməti ("Rosobrnadzor") əmək miqrantları üçün rus dili imtahanını dəyişə bilər. Bildirili

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO

Ən gənc dağçımız: "Azərbaycanda 13 yaşında zirvə fəth etmiş ilk qızam" - MÜSAHİBƏ + FOTO. Fəridə Babayeva Azərbaycanın ən gənc xanım dağçısıdır. O, hələ 13 yaşı olanda Quba rayonunun Xınalıq kəndi yaxınlığında

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir

"Crocus"da terror aktından sonra Rusiyada miqrantlara nəzarət sərtləşdirilir. Moskva vilayətində "Crocus City Hall" konsert kompleksində baş vermiş terror aktından sonra Rusiya dövlət qurumları vasitəsil

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb

AZAL-ın yay uçuş cədvəlində dünyanın 50-dən çox şəhəri yer alıb. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 31-dən yay uçuş cədvəlinə keçid edir. Cədvəl oktyabrın 26-dək qüvvədə olacaq. Aviaşirkət yay qrafiki üzrə səyahə

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir

Səyahət planlaşdırmağın əsl vaxtıdır: AZAL Novruz tətili üçün 40-dan çox istiqamət üzrə uçuş təklif edir. Novruz bayramının gəlişi ilə Azərbaycanın milli aviadaşıyıcısı AZAL sərnişinlərinə onlarla marşrut üzrə uçuşlar təqdi


son xeberler yeni xeberler azerbaycan xeberleri axsam az xeberler son xeber cəbhədən son məlumatlar son.xabar