Tokayev ilk növbədə erməniləri çıxaracaq - Kuznetsov

Tokayev ilk növbədə erməniləri çıxaracaq - KuznetsovDünən Rusiya Prezidenti Vladimir Putin bildirib ki, KTMT sülhməramlıları ölkədə vəziyyət tam normallaşana qədər Qazaxıstanda qalacaqlar. Artıq bu gün Prezident Tokayev elan etdi ki, iki gün ərzində sülhməramlıların ölkədən çıxarılmasına başlanılacaq. Bu cür tələskənliyin səbəbləri nədir? Ümumiyyətlə, ilk təcrübə fonunda KTMT-nin Qazaxıstandakı missiyasını necə qiymətləndirmək olar?
KONKRET.az xəbər verir ki, rusiyalı tarixçi, hərbi ekspert Oleq Kuznetsov bu barədə sualları cavablandırıb.
"Hər şey Qazaxıstanda baş verən iğtişaşların əsl səbəbindən asılıdır. Bu haqda isə yalnız Qazaxıstanda dəqiq bilirlər. Mediada və sosial şəbəkələrdə bununla bağlı çoxlu versiyalar var. Onların əksəriyyəti qəsdən geosiyasi və ya makroiqtisadi məqsədlər üçün ortaya atılır, bütün bu fikir müxtəlifliyinin arxasında Qazaxıstandakı vəziyyətin real mənzərəsi görünmür. Amma bu ölkədən faktiki material yoxdur. Mən hətta dəqiq deyə bilmərəm ki, Prezident Tokayev həqiqətən ölkədəki vəziyyətə nəzarət edir, yoxsa bununla KTMT hərbçilərinə qədər başqa "paralel" qüvvələr məşğuldur. Əgər Prezident Tokayevin mövqeləri həqiqətən də özünün iddia etdiyi qədər güclüdürsə, – şəxsən buna şübhə edirəm – o zaman KTMT sülhməramlılarının Qazaxıstandan çıxarılması bir neçə gündən sonra başlaya bilər. Amma hamımız yaxşı başa düşürük ki, bu, mərhələlərlə həyata keçiriləcək və ilk addımlar formal xarakter daşıyacaq. Qazaxıstanın yerli əhalisi və xarici müttəfiqlərində xüsusilə güclü qıcıq yaradan amil sülhməramlı kontingentdə erməni hərbi qulluqçuların olmasıdır. Ermənilərin burada iştirakı özlüyündə sülhməramlı kontingentin ümumi tərkibində heç bir əhəmiyyət kəsb etmir və ola bilər ki, KTMT-nin bütün hərbçilərinin ölkədən çıxarılmasında ilk addım kimi erməni hərbçiləri evlərinə göndəriləcək. Amma real baxsaq, belə çıxır ki, Tokayev yalan danışmadı və sülhməramlılar Prezident Putinin dediyi kimi, ölkədə vəziyyətin yekun sabitləşməsinə qədər qaldılar", – ekspert vurğulayıb.
Onun sözlərinə görə, bir aydan sonra Tacikistan hərbçilərini Qazaxıstandan çıxarmaq mümkün olacaq, lakin birdən-birə yox, əvvəlcə bir bölük, bir neçə həftə və ya bir aydan sonra digərləri:
"Bütün bu müddət ərzində əsas Rusiya-Belarus kontingenti döyüş tapşırıqlarını yerinə yetirməyə davam edəcək. Bunlar KTMT qüvvələrinin ölkədən mərhələli şəkildə çıxarılması kimi şərh olunacaq.
Əgər Qazaxıstanda baş verən hadisənin səbəbləri və məzmunu ilə bağlı mənim versiyamı şəxsən eşitmək istəyirsinizsə, onda heç vaxt inanmayacağam ki, qiymət artımı mütəşəkkil etiraza səbəb ola bilər. Bu şəkildə təşkil olunan aksiya təhlükəsizlik orqanlarının, xüsusi xidmət orqanlarının və dövlətin birinci şəxsinin ətrafından kiminsə razılığı, himayəsi olmadan mümkünsüz olardı. Şərqi Avropa ölkələrində bütün siyasi rejimlərin devrilməsi, ərəb dünyasındakı bütün "rəngli inqilablar" zamanı da belə olub. Şəxsən mən Qazaxıstan hadisələrinə kənardan müdaxiləyə inanmıram, orada baş verənlərin hamısı daxili siyasi qarşıdurmaların və həddi aşmanın nəticəsidir. Ona görə də əminəm ki, KTMT qoşunları Qazaxıstandan çıxarılacaq, lakin bunun nə qədər tez baş verəcəyi birbaşa Prezident Tokayevin hakimiyyətinin sabitliyindən asılı olacaq", – rusiyalı ekspert qeyd edib. Axar.az

Siyasi       Tarix: 12 yanvar 2022
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan İlham Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Əroğan 27 Sentyabr – Anım Günü ilə əlaqədar Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb. Telefon danışığı zamanı Ərdoğa

Prezidentlə ailəsinin Formula 1-dən - Fotoları

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və ailə üzvləri Bakı şəhər halqasında Formula 1 Azərbaycan Qran-Prisinin əsas yarışını izləyiblər. Prezident və ailəsinin yarışdan fotolarını təqdi

Əsas maraq Bakı Şəhər Halqasının unikallığına görədir - FIA prezidenti

FIA prezidenti Məhəmməd bin Sulayem Bakı Şəhər Halqasının (BŞH) unikal atmosferindən və fərqli xüsusiyyətlərindən danışıb. Bakı Şəhər Halqasından bildirilib ki, o, Bakıya səfərindən çox məmnun olduğunu söyləyib. "Bak

İran nüvə silahına sahib ola bilməz

İran nüvə silahına sahib ola bilməz!. xəbər verir ki, bu barədə Donald Tramp "Truth Social" hesabında yazıb. Qeyd edək ki, bu açıqlamanın ABŞ və İran arasında nüvə proqramı ilə bağlı danışıqların davam etdiyi bi

Xankəndidə əsirləri zirzəmiyə saldıran Köçəryan - Özü "KQB podval"ının ən qaranlıq kamerasında – ŞOK DETALLAR

Ermənistanın sabiq prezidenti Robert Köçəryanın saxlanma şəraiti ilə bağlı yeni detallar açıqlanıb.  xəbər verir ki, Ermənistanın "Past" qəzeti Köçəryanın "KQB zirzəmisi" kimi tanınan "İrəvan-Kentron"

İlham Əliyev Beynəlxalq Xizək və Snoubord Federasiyasının prezidenti ilə görüşüb

Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 26-da Beynəlxalq Xizək və Snoubord Federasiyasının Prezidenti Aleksandr Oşpelt ilə görüşüb. xəbər verir ki, söhbət zamanı Azərbaycanın beynəlxalq əhəmiyyətli nüfuzlu idman tədbirlərinə

Siyasi şərhçi: "10 noyabr" Bəyanatının icrasında ciddi problemlər qalırdı

"İkinci Qarabağ müharibəsi nəticəsində  imzalanan 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Ermənistanın atdığı addımlar göstərirdi ki, razılaşmaların icrası ilə bağlı ciddi problemlər qalır. Bəyanatı

Ermənilər Kərkinin Azərbaycana qaytarılmasının əleyhinə çıxdı – 59 faiz "yox" deyir

Ermənistanda keçirilən sorğu zamanı respondentlərin əksəriyyəti Azərbaycanın Sədərək rayonunun 1990-cı ilin yanvarında işğal olunan Kərki (ermənilər "Tiqranashen" adlandırır-red.) kəndini "erməni yaşayış məntəqəsi"

Milli Məclisin komissiyası: Türkiyədən Azərbaycana qarşı informasiya kampaniyası aparılır

Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası son günlər qardaş Türkiyə Respublikasının ərazisindən sosial media platformaları vasitəsilə ölkəmiz əleyhinə aparılan informasiya kampaniyasın


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xəbərlər bugün en son xeberler son xəbərlər bugün 2026 cəbhədən son məlumatlar