Tom Holland "Hörümçək adam" roluna qayıtması üçün şərtləri açıqlayıb
Tom Holland "Hörümçək adam" roluna qayıtması üçün şərtləri açıqlayıb
Aktyor Tom Holland "Marvel" komiks və kino aləmindən "Hörümçək adam" roluna qayıtması üçün şərtləri açıqlayıb.
Hollandın sözlərinə görə, o, dördüncü dəfə "Hörümçək adam" rolunu ancaq layiqli ssenari olduğu halda oynayacaq.
"Bircə onu deyə bilərəm ki, personajımın dördüncü dəfə ortaya çıxmasının potensial olaraq necə görünə biləcəyi ilə bağlı danışıqlarda fəal iştirak edirik. Personajı layiqincə canlandırmağın bir yolunu tapıb-tapmayacağımız isə bir başqa məsələdir", - deyə o bildirib.
Holland qəhrəmanına çox diqqətli yanaşdığını vurğulayıb.
"Mənim bəxtim gətirdi ki, biz hər bir filmlə daha yaxşı və daha uğurlu olan bir franşiza üzərində işləmişik, buna isə nadir hallarda rast gəlinir və mən bu mirası qorumaq istəyirəm. Odur ki, rolumu bir daha sadəcə bunu etmək naminə etməyəcəyəm. Hər şey personaja layiq olmalıdır", - deyə o, əlavə edib.
Mənbə: gazeta.ru / oxu.az

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR