Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən danışdı - FOTO

Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən danışdı - FOTOO, müharibə başlamadan əvvəl 2019-cu ilin iyulun 29-da hərbi xidmətə yola düşür. Xidmətə başladıqdan 17 ay sonra Ermənistan Azərbaycana qarşı hərbi təxribat törədərək döyüş mövqelərimizi və yaşayış məntəqələrimizi atəşə tutur.
Ali Baş Komandanın əmri ilə sentyabrın 27-də Azərbaycan Ordusu bu qanlı cinayətə cavab olaraq, genişmiqyaslı əks-hücum əməliyyatına başlayır və 44 gün davam edən Vətən müharibəsi başlayır.
Azxeber.com xəbər verir ki, modern.az qalib ordunun qalib əsgəri, Vətən müharibəsinin unudulmaz ismi, "Topçu" ləqəbi ilə tanınan Vüsal Şahkərimovla həmsöhbət olub.
"İndi ötən ili düşünəndə, xatırlayanda həm kədər, həm də sevinc hissi keçirirəm. Yaxınlarımız, o cür igid oğullar qəhrəmancasına şəhid oldular. Qismət belə imiş... Torpaqlarımızı geri almağımız, qalib olmağımız, 30 illik həsrətə son qoyulması sevinci isə bir başqadır. Onu sözlə ifadə etmək çətindir. Bu sevincdə mənim də payımın olması, o döyüşlərdə Azərbaycan əsgəri kimi iştirak etməyimin qürurunu hələ də yaşayıram", - deyə V.Şahkərimov qeyd edib.
Vüsal döyüşlərə ilk olaraq Füzuli rayonundan başladıqlarını deyir:
"Daha sonra Cəbrayıl, Qubadlı uğrunda gedən döyüşlərdə iştirak etdim. Sonda hərbi hissəmizi Şuşaya köçürdülər. Döyüşlər bitəndən sonra 2021-ci ilin iyul ayının 1-də Şuşadan tərxis olundum. Altı ay artıq, toplamda 24 ay hərbi xidmət göstərdim. Bununla da ayrıca qürur duyuram".
Bir il bundan öncə hər kəsin fəxrlə paylaşdığı fotonu, yəqin ki, xatırlayırsınız. Bəli, "Topçu" ləqəbini ona qazandıran həmin fotonun çəkilmə anını xatırlayır, qəhrəmanımız:
"Döyüşlərdə topu baş tuşlayıcı kimi atırdım. Bu səhnə təsadüfi epizoddan yaranıb. Kadrlar Qubadlının Sarıyataq kəndində döyüş zamanı lentə alınıb. Həmin gün Müdafiə Nazirliyinin çəkiliş qrupu ərazidə həyata keçirilən döyüş taktikalarını çəkirdi.
Hər bir əsgər üzərinə düşən missiyanı yerinə yetirməyə çalışırdı. Mənim də fikrim topu sərrast işlətməyimin yanında idi. Belə vaxtlarda nə çəkiliş qrupunun, nə də əsgərlərin bir-birinə yaxınlaşmağa icazəsi vardı.
Elə bu anda belə bir maraqlı, təsadüfi epizod yarandı".
Bir müddət sonra həmin məşhur fotonu ondan icazəsiz spirtli içkilərin üzərinə vururlar. Bundan xəbəri olanda isə dərhal etiraz edir:
"Həmin vaxt mən Qubadlı rayonunda idim, döyüş bitmişdi. Zəng edib mənə deyəndə bildirdim ki, şəklimin spirtli içkilərdə olmasını istəmirəm. Etiraz edəndən sonra yığışdırdılar".
Qalibiyyətə qədər müharibə həm də təhlükə, ölüm, həyəcan hissi yaşadır... 
"Döyüşə səfərbərliklə gələnlərlə birgə başladıq. İlk başladığımız gün qorxu yox, az müddət həyəcan oldu. Sonra alışdıq. Füzuli rayonunda döyüşlərin birində unuda bilmədiyim bir hadisə yaşadım. Düşmən ordusu yerimizi tapmışdı. Dayanmadan mərmi yağdırırdılar. Qəlpə səfərbərliklə gələn əsgər yoldaşımın belinə dəydi. O an dostuma nəsə olar deyə çox qorxdum. Şükür Allaha, ciddi xəsarət almadı. Bizim diviziyada şəhid yox, yaralılar oldu. İndi hamımızın bir-birimizlə əlaqəmiz var. Yeri gələndə görüşürük də".
Topçu Vüsal qələbədə onun da payının olmasını necə bir hiss olduğunu sözlə ifadə etməkdə çətinlik çəkdiyini etiraf edir:
"Qısacası deyim ki, böyük qürur hissidir. Kimlərinsə yanında söhbət edəndə Azərbaycan oğlu, əsgər olaraq müharibədə iştirak etdiyim üçün fəxr edirəm".
Qəhrəmanımız Füzuli, Cəbrayıl və Qubadlının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə iştirak etdiyi üçün medallarla təltif olunub.
Hamımızın Topçu Vüsal kimi tanıdığı qəhrəmanımız hazırda Xaçmaz rayon Fövqəladə Hallar Nazirliyinin dəftərxanasında kargüzar kimi çalışır.
Topçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən danışdı - FOTOTopçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən danışdı - FOTOTopçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən danışdı - FOTOTopçu Vüsal müharibədə unuda bilmədiyi hadisədən danışdı - FOTO

Sosial       Tarix: 09 noyabr 2021
f Paylaş

Oxşar xəbərlər

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

Üç övladı olanların nəzərinə: 420 manat ala bilərsiniz

Üç və daha çox övladı olan ailələrin çoxuşaqlı ailə kimi tanınması nəzərdə tutulur. Bununla bağlı təklif irəli sürən Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, dəyişikli

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri haqqinda melumat maraqlı xəbərlər son xeber.az xəbərlər