Torpaq sürüşməsi Astarada sakinləri evsiz qoydu - VİDEO
Torpaq sürüşməsi Astarada sakinləri evsiz qoydu - VİDEO
Dəniz səviyyəsindən təxminən 650 metr yüksəklikdə yerləşən Şümrüd kəndində ötən il doqquz hektar sahədə torpaq sürüşməsi baş verib. İndi isə həmin ərazidə sürüşmələr hər gün artmaqdadır.
Baku TV xəbər verir ki, son aylar qeyri-sabit hava şəraiti nəticəsində kənd ərazisindəki sürüşmə daha da aktivləşib. Bir neçə ev qəzalı vəziyyətə düşüb, 150 metr dərinlikdə yarğanlar əmələ gəlib.
Təhlükəli vəziyyət kənd sakinlərini narahat edir. Sürüşmə böyük ərazini əhatə etdiyindən qarşısını almaq mümkünsüz görünür. Sakinlər kəndin digər ərazisində onlar üçün evlərin tikilməsini xahiş edirlər.
Məsələ ilə bağlı Astara Rayon İcra Hakimiyyətinin Memarlıq və tikinti şöbəsinin aparıcı məsləhətçisi Fəqan Əhmədov bildirdi ki, hələ sürüşmənin ilkin mərhələsində icra aparatı tərəfindən olunan müraciət əsasında Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri əraziyə baxış keçirib və burada yaşayan əhalinin təxliyə olunması məsləhət görülüb.
Qeyd edək ki, Astara Rayon İcra Hakimiyyəti tərəfindən müəyyən olunan ərazidə yaşayan vətəndaşlar üçün yüngül konstruksiyalı modul tipli fərdi yaşayış evlərinin tikintisi üçün təklif irəli sürülüb və nəticəsi barədə cavab gözlənilir.
Ətraflı süjeti təqdim edirik:
/oxu.az
f Paylaş
Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR