Tovuz döyüşləri: dünya azərbaycanlılarının həmrəylik və birlik hərəkatı

Tovuz döyüşləri: dünya azərbaycanlılarının həmrəylik və birlik hərəkatıTovuz döyüşləri Azərbaycan xalqı üçün xalq-iqtidar-ordu birliyinin təzahürü, dünya azərbaycanlılarının milli birlik və həmrəylik hərəkatı ilə xatırlanır. 
Ermənistanın növbəti təxribatı nəticəsində ordumuzun yüksəkrütbəli hərbçi və əsgərlərinin şəhid olması dünyadakı soydaşlarımız arasında həmrəylik dalğası yaratdı, birliyimizi daha da möhkəmləndirdi. Hadisə baş verən gündən Azərbaycan xalqı və xaricdəki həmvətənlərimiz Ermənistanın işğalçılıq siyasətinə, Azərbaycanın Tovuz rayonu istiqamətində dövlət sərhəddində Ermənistan silahlı qüvvələrinin törətdiyi təxribatlara etiraz əlaməti olaraq mütəşəkkil şəkildə aksiyalara başladı. 
İndiyədək heç vaxt olmadığı qədər soydaşlarımız güclü birlik nümayiş etdirdi, siyasi düşüncəni, fərqli dünyagörüşünü kənara qoyaraq dünya dövlətlərindən və beynəlxalq təşkilatlardan işğala son qoyulmasını tələb etdi. Soydaşlarımız ilk dəfə milli birlik və həmrəylik nümayiş etdirərək Azərbaycan dövlətinin, ordusunun yanında olduğunu bəyan etdi, diaspor təşkilatları iyulun 12-dən 31-dək 30-dan çox ölkədə 70-dən artıq izdihamlı mitinqlərin təşkilinə nail oldu.
COVID-19 pandemiyası ilə əlaqədar bir çox ölkələrdə insanların bir yerə toplaşmasına məhdudiyyətlərin tətbiq edilməsinə baxmayaraq, bu aksiyalarda ümumilikdə 25 mindən çox soydaşımız, eləcə də dost xalqların - Türkiyə, İsrail, Pakistan, Ukrayna və digər xalqların nümayəndələri iştirak etdi.
Azərbaycan ordusunun Ermənistanın hərbi təxribatlarına layiqli cavab verməsinin ardından soydaşlarımızın beynəlxalq aləmdə kütləvi olaraq həmrəylik və birlik hərəkatına qoşulması, sivil, icazəli aksiyalara başlaması, cəbhədə olduğu kimi, dünyada da erməniləri ciddi təşvişi ilə qarşılandı. Ermənistanın uzun illərdir dünya dövlətlərini aldatması soydaşlarımızın birlik və həmrəylik hərəkatı sayəsində ifşaya məruz qaldı, həqiqətlər real faktlar əsasında dünyaya bəyan olundu.
Tovuz təxribatının ilk günündən dünya azərbaycanlıları ilə intensiv əlaqə yaradan Diasporla İş üzrə Dövlət Komitəsi bir tərəfdən onların aksiyalarını koordinasiya edir, digər tərəfdən də onları yaşadıqları ölkələrin qanunlarına hörmətlə yanaşmağa çağırır, bütün adddımları hüquq çərçivəsində atmağı tövsiyə edir, ermənilərin təxribatına uymamağa, onların törətdiyi vəhşiliklər haqqında müvavif olaraq ölkəmizin diplomatik nümayəndəliklərini, Azərbaycanlıların Koordinasiya Şuralarını və ya xaricdəki Azərbaycan Evlərini məlumatlandırmağı xahiş edirdi. 
Həmin günlərdə çıxışlarının birində Prezident İlham Əliyev də soydaşlarımızın fəallığını qeyd edərək bildirmişdi ki, "Artıq bu gün dünyada mövcud olan və fəallaşan Azərbaycan icmaları ölkəmizə də dəstəkdir. Biz də onları dəstəkləyirik. Dəfələrlə demişəm ki, bütün Azərbaycan vətəndaşları, xaricdə yaşayan azərbaycanlılar bilirlər ki, onların arxasında güclü Azərbaycan dövləti dayanır". 
Həmin vaxt aksiyalarla yanaşı diaspor təşkilatları, Azərbaycanlıların Koordinasiya Şuraları və fərdi şəxslər tərəfindən Tovuz təxribatı ilə əlaqədar yüzlərlə bəyanat yayıldı. Ermənis¬tanın işğalçılıq siyasətinin, təxribat hallarının dayandırılması ilə bağlı BMT, ATƏT və digər beynəlxalq təşkilatlara, eləcə də dünyanın aparıcı ölkələrinin qanunverici orqanlarına, rəsmi dairələrinə onlarla müra¬ciət ünvanlandı, ümumilikdə 36 ölkədə yaşayan azərbaycanlılar 128 bəyanatla çıxış etdi.
Yerli və xarici mətbuatda Ermənistanın təxribatı ilə bağlı informasiyalar yayıldı. Soydaşlarımızın fəallığı nəticəsində 40 ölkədə 20 dildə 180 məqalə və xəbər çap edildi, sosial şəbəkələrdə #KarabakhisAzerbaijan, #StopArmenianaggression, #StopArmenianoccupation həştəqləri ilə həqiqətləri özündə əks etdirən 10 minlərlə informasiya paylaşıldı. Diaspor Könüllülərinin və Azərbaycan Diaspor Gənclərinin fəallığı və təşəbbüsü ilə ölkəmizdə və xaricdə yaşayan gənclərin informasiya mübarizəsində göstərdikləri mütəşəkkillik sayəsində 14-15 iyul tarixlərində #KarabakhisAzerbaijan, #StopArmenianAggression həştəqləri dünya trendinə çıxdı.
Soydaşlarımızın dünyanın müxtəlif yerlərində təşkil etdiyi dinc aksiyalarla bağlı fikirlərini bölüşən Birinci vitse-prezident Mehriban xanım Əliyeva da öz çıxışlarında həmvətənlərimizə minnətdarlığını ifadə etmişdi: "Bu günlərdə bütün dünya şəhərlərində öz səsini ucaltmış və Azərbaycan bayrağını qaldırmış hər kəsə təşəkkür edirəm. Qoy, heç kim şübhə etməsin ki, heç bir provokasiya bizi haqq yolundan dönməyə məcbur edə bilməz. Biz milyonlarlayıq, bizim bir məqsədimiz var - Vətəni müdafiə etmək, onun ərazi bütövlüyünü və tarixi həqiqəti bərpa etmək. Ona görə ki, Qarabağ Azərbaycandır və nida işarəsi!" 
Bu gün Tovuz hadisələrindən 1 il ötür və bu günü dünya azərbaycanlıları, Diasporla iş üzrə Dövlət Komitəsi xüsusi olaraq yada salır. Ona görə ki, bu tarix sözün həqiqi mənasında dünya azərbaycanlılarının həmrəylik və birlik hərəkatının yarandığı şərəfli özünütəsdiq  günüdür. Bu hərəkatın dalğası böyüdü və onun önəmi 44 günlük Zəfər tariximizlə təsdiqləndi.         

Sosial       Tarix: 12 iyul 2021
f Paylaş

Oxşar xəbərlər

iPhone 18 Pro' modellərinin qiymətləri internetə sızdı: Neçəyə olacaq?

"Apple"ın "iPhone 18 Pro", "iPhone 18 Pro Max" və gözlənilən qatlanan "iPhone Ultra" modellərinin qiymətləri ilə bağlı yeni iddialar ortaya çıxıb. "iPhone Ultra"nın qiymət

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

1100-dən çox işçiyə atalıq məzuniyyəti verilib

Bu ilin əvvəlindən əmək qanunvericiliyinə edilmiş son dəyişikliklərdən biri də uşağının doğulması ilə əlaqədar kişilərə 14 təqvim günü ödənişli məzuniyyətin verilməsidir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (ƏƏSMN

Qonşu ölkədə dollar kəskin bahalaşdı

İranda qiymət artımı və valyuta bazarında gərginliyin davam etdiyi vaxtda ABŞ dollarının məzənnəsi misli görünməmiş həddə – 225 min tümənə çatıb. xəbər verir ki, bu barədə İran mediası məlumat yayıb. Digər əsas valyutalard

Bakıda plyonkalı maşını saxlayan polislər daha iki cinayəti aşkarladılar

Bakının Xətai rayonunda 44 yaşlı Mustafa Əfəndiyev saxlanılıb. Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin məlumatına istinadən xəbər verir ki, Xətai Rayon Polis İdarəsinin Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları profilakti

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Azərbaycanda PISA ilə bağlı mühüm yenilik – Region məktəbləri də tədqiqata cəlb edildi

Sentyabrın 4-də PISA beynəlxalq qiymətləndirmə tədqiqatı ilə bağlı məlumatlandırma görüşü keçirilib. xəbər verir ki, görüşdə təhsil ictimaiyyətinin və media nümayəndələrinin iştirakı ilə PISA proqramının məqsədləri, əsa

Qızıl almaq istəyənlərin nəzərinə

Sentyabrın 7-də Azərbaycanda qızılın qiyməti açıqlanıb. xəbər verir ki, 1 qram 99 əyarlı qızıl 244,52 manat, 750 əyarlı İtalyan qızılı 183,58 manat, 585 əyarlı Türk qızılı 143,19 manat, 582 əyarlı Rus qızılı isə 142,45 manatdır

Qonşu ölkədə benzinin qiyməti ikiqat artırıldı

İran hakimiyyəti subsidiyalara uyğun olmayan benzinin qiymətini ikiqat artırıb. xəbər verir ki, bu barədə İran Neft Nazirliyi məlumat yayıb. "8 sentyabrdan etibarən üçüncü tarif çərçivəsində benzinin hər litrinin qiymət


azerbaycan xeberleri son xeberler yeni xeberler ən son xəbərlər xabarlar sonxeber az krimnal bugun