Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir

Toya 50 minə gedirəm, Alim Qasımovun çıxışı da buraya daxildir"Bu sənətə illərimi qoymuşam. Bu işin zəhmətini çəkmişəm. Ağlaya-ağlaya, əllərimi dağıda-dağıda, zülm çəkə-çəkə çalışmışam. Birinci sevgi olub. Sonra bu sevgidən məşhurluq yaranıb. Bu, məsuliyyətə səbəb olub. Bu da qazancımın yaranmasına gətirib çıxarıb".
AZXEBER. COMxəbər verir ki, bu sözləri Xalq artisti Natiq Şirinov "Həftənin qonaşı" verilişində deyib. O, hazırda komandası ilə birgə toy məclislərinə 50 min manat qarşılığında getdiyini açıqlayıb:
"Əvvəl demişəm ki, 5 nəfərlə imkan olsaydı, gedib çörək qazanardım. İlk dəfə toya gedəndə ev yiyəsi nağaralarımızı təpikləmişdi. Demişdi ki, "5 ədəd nağara nədir, bir dənə ola". Bəy də qayıtdı ki, "Ata, bu başqa şeydir". Çıxdım oradan, kövrəldim. Bəy dedi ki, "Sizi görmüşəm, xoşum gəlib, qayıdıb çalın". Biz başlayanda atası dedi ki, "Əgər burada mənə xoşagəlməyən nəsə olsa, bunları buradan başqa vəziyyətdə çıxaracağam". Biz çıxış edəndən sonra ev yiyəsi gəlib dedi ki, "İkinci dəfə də çalın". O, mənə çıxanda 50 manat yox, 50 dollar verdi. Bu gün həmin 50 dollar 50 min manat olub. Mən 100-200 minlik müqavilələrə qol çəkmişəm".
N.Şirinov bildirib ki, bu məbləğə məclisdə Xalq artisti Alim Qasımovun çıxışı da daxildir:
"Mən 50 minə toya gedirəm. Qiymət 10 minlə 50 min arasında dəyişir. Bunu rahat və açıq şəkildə deyirəm. Toya tək getmirəm. 50 minə bilirsiniz neçə nəfərlə gedirəm? Orada kimlər olur? Üstəlik, Alim Qasımov da o 50 minin içində iştirak edir.
Nağaranı böyük biznesə gətirdim. Bu gün bütün toyların açılışında, istər oxuyan olsun, istər nağara, zurna çalan ilk Natiqin qoyduğu ideyanın sayəsindədir. Təbii ki, hər kəsin öz zəhməti də var. Bunun dərininə getsək, mən Avropa və ya Amerikada yaşasaydım, hamı mənə patent verməli idi. Toyların açılışı, aş mərasimi, yallı, tortun gəlməsi, gəlinin götürülmə mərasimi. Əvvəllər bu qara zurna və kos olardı, ya da klarnet-nağara. Bu gün isə 10-15 nağara olur. Görün nə qədər insan çörək qazanır".

Şou Biznes       Tarix: 15 fevral 2026
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Məşhur aktyor vəfat etdi

ABŞ-da yüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində məşhur israilli aktyor və pilot Qay Kapulnik həlak olub. Qəza sentyabrın 24-də Kaliforniya ştatının Hesperia şəhərində yerləşən hava limanının yaxınlığında ba

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Ceki Çan və Devid Bekhem Çində bir arada

Əfsanəvi aktyor Ceki Çan və dünyaca məşhur keçmiş futbolçu Devid Bekhem Makaoda keçirilən NBA Çin Oyunları çərçivəsində bir araya gəliblər. Məşhurlar basketbol qarşılaşmasını birlikdə izləyiblər. Ceki Çan tədbirdə basketbo

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Tanınmış reperi həbsxanada döydülər

P.Diddy kimi tanınan amerikalı reper Şon Kombs ABŞ-dəki Fort Diks həbsxanasında yamaykalı narkobaron Kristofer Koukla davada başından xəsarət alıb. Münaqişə 9 oktyabrda baş verib. Hadisəyə həbsxana rəsmilərinin reperin dəbdəbəl

Azərbaycan məşhur yapon serialında - Foto

Yaponiyanın məşhur "Vivant" serialının ikinci mövsümündə Azərbaycanın təbiəti, mədəni irsi və müxtəlif regionları təqdim olunacaq. Serialın Azərbaycanda çəkilişləri başa çatıb. Azərbaycan Turizm Bürosu (ATB) "Toky

Anasının dəfninə getməyib "TikTok"da sərvət qazanmışdı - Səbəbini açıqladı

Türkiyəli məşhur şoumen Mehmet Ali Erbil aylar sonra anası Yurdagül Ekenin dəfn mərasimində iştirak etməməsinin səbəblərindən danışıb. O, uşaqlıq illərindən qalan incikliklərə toxunaraq anasını bağışladığını, lakin dəfn mərasimin


yeni xeberler son xeberler azerbaycan xeberleri son xeberler az metbuat dunya xeberleri axsam.az xeberler