Tramp İsrail və "Hizbullah" arasında razılaşma əldə olunduğunu açıqladı
ABŞ prezidenti Donald Tramp İsrail və "Hizbullah" arasında gərginliyin azaldılması ilə bağlı razılaşma əldə olunduğunu bildirib.
KONRKET.az xəbər verir ki, Tramp bu barədə Truth Social hesabında yazıb.
O bildirib ki, İsrailin baş naziri Benyamin Netanyahu ilə "çox məhsuldar" telefon danışığı aparıb.
"Beyruta doğru hərəkət edən heç bir qoşun olmayacaq. Yola çıxmış hər hansı qüvvə varsa, geri qaytarılıb", — deyə ABŞ prezidenti Donald Tramp qeyd edib.
Tramp əlavə edib ki, yüksək səviyyəli nümayəndələr vasitəsilə "Hizbullah"la da "çox yaxşı" danışıq aparılıb.
Onun sözlərinə görə, tərəflər atəşin dayandırılması ilə razılaşıblar: İsrail "Hizbullah"a hücum etməyəcək, "Hizbullah" isə İsrailə hücum etməyəcək.
Natiq Səlim,
KONKRET.az

Paşinyan qərar verdi: Simonyan Moskvaya gedir
İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat
Tovuzda minik avtomobili su kanalına aşıb, xəsarət alanlar var
Bazarda qiymətlər əl yandırır: Meyvə-tərəvəz niyə bahalaşır?
"Əl-Nəsr"dən Ronaldonu istədilər
"Sabah" mövsümdə ilk dəfə uduzdu
Azərbaycanda bu cərimə 10 min manatdan 8 min manata endirilir
Bu şəxslərin gəlirlərindən 10 faiz vergi tutulacaq - Qanun
Maaşınızı istədiyiniz bankdan ala biləcəksiniz - TARİX
Yanacaqdoldurma məntəqələrində sürücülər necə aldadılır? – ŞOK İDDİA
Mərkəzi Banka yeni səlahiyyət verilir
İllərlə işləyənlərə daha çox PUL VERİLƏCƏK