Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?

Tramp istəyir: Azərbaycan ordu göndərəcəkmi?Ağ Ev Azərbaycanın Qəzzada beynəlxalq qüvvələrin tərkibində təmsil olunmasını istəyir. Pentaqon həm İsrail, həm də Fələstinlə yaxşı münasibətlərə malik dünyəvi müsəlman ölkəsi olan Azərbaycanın Qəzzaya hərbçilərin göndərməsinin tərəfdarıdır. Donald Tramp administrasiyasının Azərbaycan Prezidenti İlham Əliyevi Misirdəki sammitə dəvət etməsi də buna dəlalət edir.
KONKRET.az xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.
"Azərbaycan hərbçilərinin beynəlxalq qüvvələrin tərkibində Kosova, İraq və Əfqanıstanda fəaliyyət təcrübəsi var. Ancaq Qəzzada vəziyyət daha mürəkkəbdir. Digər tərəfdən beynəlxalq qüvvələrin Qəzzadakı rolunun nədən ibarət olacağı hələ müəyyənləşməyib. HƏMAS tərk-silah olunmasa, bölgədə gərginlik yenə artacaq. Bunu ABŞ Prezidenti Donald Trampın və İsrailin Baş naziri Benyamin Netanyahunun son açıqlamaları da sübut edir. Tramp CNN kanalına müsahibəsində deyib ki, HƏMAS hərəkatı Amerika prezidentinin sülh planının şərtlərinə əməl etməsə, o, İsrail ordusunun Qəzza küçələrinə qayıtmasına icazə verəcək. Bu açıqlama İsrail rəsmilərinin HƏMAS-ın ünvanına daha sərt açqlamalarına yol açıb. İsrailin müdafiə naziri İsrail Katz bildirib ki, HƏMAS tərk-silah olunmaqdan imtina edərsə, İsrail Qəzza zolağında hərbi əməliyyatları bərpa edəcək. Netanyahu daha sərt bəyanat verərək bildirib ki, ölkəsi HƏMAS-a qarşı mübarizəni hələ başa çatdırmayıb və məqsəd terror təşkilatını tamamilə məhv etməkdir.
Yəni Qəzzada atəşkəsə riayət olunsa da, İsrail HƏMAS-ın varlığına seyrçi qalmayacaq.
HƏMAS isə tərk-silah olunmağa hazır deyil. Belə bir vəziyyətdə Qəzzadakı beynəlxalq qüvvələr atəşin mərkəzində qala bilərlər. Bu mənada beynəlxalq qüvvələrin Qəzzada fəaliyyətə başlaması HƏMAS qruplaşmasının tərk-silahından asılı olacaq", – o vurğulayıb.

Siyasi       Tarix: 16 oktyabr 2025
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Tramp Rusiyaya güzəşt edir, Konqres isə qarşı çıxır: Moskvanı nə gözləyir?

"Rusiya-Ukrayna müharibəsi fonunda ABŞ-ın Rusiyaya qarşı müəyyən sanksiyaları müvəqqəti olaraq aradan qaldırmasının Moskvanın mövqelərinin güclənməsinə gətirib çıxaracağını düşünmürəm. Bu addım daha çox Rusiyanın iqtisad

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

İsrail qüvvələri yüksək hazırlıq vəziyyətinə gətirildi – KİV

İsrailin müdafiə qüvvələri İranın qəfil hücum ehtimalı ilə bağlı yüksək hazırlıq vəziyyətinə gətirilib. xəbər verir ki, bu barədə İsrailin mediası məlumat yayıb. Bildirilib ki, ABŞ kəşfiyyatı İran İnqilab Keşikçiləri Korpusunu

Cümhuriyyət Günündə verilən mesaj: Abbasın Kipr səfəri hansı məna daşıyır?

Çox mənidar hadisədir:. İttihad və Tərəqqi rəhbərlərinin Osmanlı taxtını bölüşdükləri ərəfədə Qüdsün Böyük Müftisi Hüseyn Səlim əl-Hüseyni ağ bayraq altında ingilis hərbi qüvvələrinə müraciət edərək şəhərin açarını onlar

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb. icmalı təqdim edir:

Avropanın gələcəyi: 2050-ci ilə qədər nələr dəyişə bilər?

Almaniyalı professor Gunnar Haynzonun (Gunnar Heinsohn) demoqrafik proqnozları, miqrasiya dalğaları və Avropanın gələcəyi ilə bağlı mübahisəli nəzəriyyələri. Avropanın mövcud sivilizasiya modeli XXI əsrin ortalarına doğr

Ombudsman vəzifəsinə namizədlər müəyyənləşib

Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlər müəyyənləşib. xəbər verir ki, bu barədə Milli Məclisin İnsan hüquqları komitəsinin bugünkü iclasında müzakirə aparılıb. Qeyd edilib ki, Preziden

Hikmət Hacıyev 'AnewZ'un Qarabağ müharibəsi ilə bağlı hazırladığı filmi paylaşıb

Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "X" sosial şəbəkə hesabında "AnewZ"da yayımlanan və beynəlxalq fotojurnalis

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy


azerbaycan xeberleri yeni xeberler son xeberler idman xeberleri valyuta mezennesi 2026 en son xəbərlər bugün maraqlı xəbərlər