Tramp: "Mən diktator deyiləm, müharibələri dayandıran liderəm"
ABŞ prezidenti Donald Tramp çıxışında bildirib ki, özünü diktator hesab etmir: "Mənə çoxları deyir ki, bəlkə diktator yaxşıdır. Amma mən diktator deyiləm və bunu istəmirəm".
Tramp hakimiyyətdə olduğu dövrdə yeddi, əslində isə on müharibəni dayandırdığını vurğulayıb və Rusiya-Ukrayna müharibəsini "şəxslərarası münaqişə" adlandıraraq yaxın zamanda dayandıracağına söz verib.
KONKRET.az xəbər verir ki, o, İsrailin Qəzzada xəstəxanaya hücumu nəticəsində 20 nəfərin, o cümlədən 5 jurnalistin öldüyü barədə məlumat aldıqdan sonra narahatlığını ifadə edib: "Mən bunu istəmirəm. Bu dəhşəti bitirmək lazımdır".
Prezident əlavə edib ki, ABŞ artıq Ukraynaya pul xərcləmir və Kiyevin təhlükəsizliyinə dair konkret təminatlar müzakirə olunmayıb. Onun sözlərinə görə, Vladimir Putinin Alyaskaya səfəri Moskvanın münaqişəni həll etmək istəyini göstərir.
Tramp həmçinin Pentaqonun adının dəyişdirilməsini təklif edib: "Müdafiə Nazirliyi yox, Müharibə Nazirliyi daha güclü səslənir. Çünki biz təkcə müdafiə yox, hücum da istəyirik".
Putinlə danışıq mövzusuna toxunan Tramp qeyd edib ki, söhbətlər normal keçir, lakin sonra Ukraynada yeni bombardmanların baş verməsi onu qəzəbləndirir: "Putin Zelenski ilə görüşmür, çünki onu sevmir".
Natiq Səlim,
KONKRET.az

Qaxda 7 nəfər göbələkdən zəhərləndi - 5-i Bakıya göndərildi
Keçmiş məmur oğlu HƏBS EDİLDİ - ŞOK SƏBƏB
44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB
Prezident onları təltif etdi - Adlar
Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə
Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib
Bakıda restoranda 14 nəfərin qidadan zəhərləndiyi iddia olunur
Bakıda yaşlı qadını avtomobil vurdu
Noyabrda 11 gün iş olmayacaq
SON DƏQİQƏ: "Qarabağ"ın mübahisə edən iki legioneri barədə SƏRT QƏRAR
Onları qovmaq istəyən müdirlər cərimələnə bilər – 5000 AZN
Bəziləri az, bəziləri çox ödəyəcək – Bu şəxslər üçün YENİ QƏRAR
"Parker Russell Azerbaijan" "2026-cı ilin ən yaxşı konsaltinq şirkəti" mükafatına layiq görülüb - FOTO
Bir ekosistemi Qarabağ sakinləri üçün yeni məşğulluq layihəsinə start verib
"Marsol"un təşkilatçılığı ilə region sahibkarları ilə növbəti görüş keçirilib - FOTO