Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qurur

Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qururPrezident Donald Tramp eyforiyadan artıq ayılır, Ağ Ev sahibi Rusiya ilə danışıqlar masası arxasında anlaşmağın mümkün olmayacağını başa düşməyə başlayıb… Ağ Ev Kremli məcbur etmə əməliyyatına başlamaq qərarı verib, ABŞ-ın Rusiyaya qarşı mövcud sanksiyalarının müddəti uzadılır, daha ağır embarqoların tətbiqi də istisna deyil…
KONKRET.az musavat.com-a istinadən xəbər verir ki, Ukrayna savaşı ABŞ və Rusiya arasında əsl qarşıdurma poliqonuna çevrilməyə başlayıb. Belə ki, Ukrayna savaşını bir gün ərzində dayandıracağını vəd etmiş ABŞ prezidenti Donald Tramp öz sözünü tuta bilməyən siyasi lider durumuna düşüb. Böyük ehtimalla Ağ Ev sahibi belə cəlbedici vədlər verərkən, Rusiyanın çöküş mərhələsində olmasını nəzərə almışdı. Prezident Donald Tramp ümid edirdi ki, Rusiyanın gələcək taleyi böyük şübhə altında olduğu bir situasiyada Kreml ciddi müqavimət göstərməyə risk etməyəcək. Və nəticədə ABŞ öz planlarına uyğun şəkildə Ukrayna savaşını dayandıran tərəfə çevriləcək.
Əslində, ilk baxışdan Tramp adminstrasiyasının Ukrayna savaşı ətrafında yaranmış vəziyyətlə bağlı hesablamaları qətiyyən yanlış görünmürdü. Çünki Rusiya beynəlxalq izolyasiya vəziyyətində idi. Kreml qlobal baykot ilə üzbəüz qalmışdı. Beynəlxalq proseslərdə oyundan kənar vəziyyətə salınmışdı. Və Kreml hətta Rusiya sərhədləri daxilinə sıxışdırılaraq, beynəlxalq təcrid durumu ilə barışmağa da başlamışdı.
Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qururOnu da qeyd etmək lazımdır ki, Rusiyanın üzləşdiyi qlobal təcrid kampaniyası Kremldə ciddi ruh düşkünlüyünə də yol açmışdı. Kremlin beynəlxalq siyasi-diplomatik blokadadan çıxmaq cəhdləri isə ardıcıl uğursuzluqlarla nəticələnirdi. Üstəlik, Rusiya ciddi maliyyə-iqtisadi mühasirəyə də məhkum qalmışdı. Yəni, Kreml Rusiya lazım olan iqtisadi-ticari əməliyyatları reallaşdırmaq imkanından məhrum olunmuşdu. Və belə davam edəcəyi təqdirdə, Rusiyanın tezliklə ölkədaxili siyasi-iqtisadi xaosa məruz qalacağı qətiyyən şübhə doğurmurdu.
Digər tərəfdən, Rusiyaya qarşı beynəlxalq iqtisadi sanksiyalar da artıq öz real təsirlərini göstərməyə başlamışdı. Belə ki, ABŞ və Qərbin, xüsusilə də, Avropa Birliyinin bütün sahələr üzrə genişmiqyaslı sanksiyaları Rusiyanın "nəfəsliyini" böyük ölçüdə qapatmışdı. Hətta Kremlin ənənəvi beynəlxalq müttəfiqləri belə, Rusiyanı sanksiyalardan yayındırmağa cəsarət etmirdi. Nəticədə Rusiyanın maliyyə-iqtisadi sistemi böyük sürətlə dərin böhtana doğru yaxınlaşırdı. Və belə davam edəcəyi təqdirdə, Rusiyanın tezliklə Ukrayna savaşının dayandırılması üçün özü Qərbə minnətçi düşə biləcəyi də qətiyyən istisna olunmurdu.
Ancaq Rusiyanın tədricən "böyük fəlakət ssenarisi"nə yaxınlaşdığı bir mərhələdə məhz ABŞ-da yenicə hakimiyyətə gəlmiş Tramp adminstrasiyası Kremlin yardımına yetişdi. Ağ Ev Kremllə birbaşa danışıqlara başlamaqla, Rusiyanın müəyyən mənada, beynəlxalq izolyasiyadan çıxması üçün münbit şərait yaratmış oldu. Kreml başlanğıcda Ağ Evin bəzi şərtlərinə pozitiv reaksiya verməklə, Tramp adminstrasiyasını şirnikləndirməyi də bacardı. Və danışıqlar prosesinin intensivləşdiyi məqam da isə Kreml situasiyanı Rusiyanın xeyrinə çevirməyə qərar verdi.
Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qururNəticədə Kreml Ukrayna savaşında məğlub duruma düşməyə başlayan Rusiya üçün zaman qazanmağa nail oldu. Yalnız öz maraqlarına fokslaşmış ABŞ-ın kollektiv Qərb düşərgəsi ilə ziddiyyətlərinin dərinləşdiyi məqamda artıq Rusiya tədricən şərtləri diqtə etmək niyyətinə düşdü. Çünki Kremldə artıq mövcud situasiyanın Ağ Evi Rusiyaya güzəştə getmək məcburiyyətində buraxa biləcəyi qənaətinə gəlmişdilər. Və Kremlin irəli sürdüyü şərtlər Ağ Evin planlarına sarsıdıcı zərbə vəd etdiyindən danışıqlar prosesi dalana dirənməyə başladı.
Ona görə də, indi Ukrayna savaşının dayandırılmasına yönəlik danışıqlar prosesi məhz ABŞ-Rusiya qarşıdurmasına yol açmaqdadır. Üstəlik, Kreml Ağ Evə təzyiqləri artırmaq üçün savaş meydanında da gərginliyi yüksəltməyə can atır. Yəni, elə bir situasiya yaratmağa çalışır ki, Ukraynanın təbii sərvətlərinə nəzarəti ələ keçirməyə çalışan ABŞ-ın maliyyə-iqtisadi planları real risk altına düşsün. Və nəticədə Ağ Ev Kremlin yeni şərtlərini qəbul etmək məcburiyyətində qalsın.
Maraqlıdır ki, Kreml Ağ Evdən Ukraynaya hərbi müdaxilə üçün bəhanə etdiyi tələblərin icrasını istəyir. Belə ki, Kremlə görə sülh sazişi üçün Zelenski hakimiyyəti dəyişməlidir, işğal olunmuş ərazilər Rusiya sərhədləri içərisinə qatılmalıdır, Ukrayna NATO üzvlüyünü həmişəlik unutmalıdır, bu ölkədə hər hansı xarici hərbi kontingent heç vaxt yerləşdirilməməlidir. Üstəlik, Kreml sülh sazişinin imzalanmasına qədər Rusiyaya qarşı bütün sanksiyaların ləğvini də tələb edir. Və bütün bunlar olduqca ağır şərtlərdir, ABŞ-ın qısa müddətdə onları reallaşdırmağa nail olacağı qətiyyən inandırıcı görünmür.
Tramp Putinlə anlaşmadı, dərhal ilk sarsıdıcı zərbəni vurdu: İndi ABŞ Rusiyanı çökdürəcək yeni plan qururƏn əsası isə həmin şərtlərin böyük əksəriyyəti ABŞ-ın maraqları ilə kəskin ziddiyyətlər təşkil edir. Ona görə də, Ağ Ev Kremlin bu fürsətcil və maksimalist mövqeyindən ciddi şəkildə qəzəblidir. Əslində, Tramp adminstrasiyasının ən böyük səhvi də məhz Rusiyaya belə şərtlərin irəli sürülməsinə imkan yaratmasıdır. Əgər, Kremllə danışıqlarda hansısa nəticələr gözlənilirsə, bu, yalnız Rusiyanın ağır təzyiqlər altında olduğu şəraitdə mümkün ola bilər. Və Kreml azca boşluq taparsa, mütləq Rusiyanın maraqlarını reallaşdırmağa cəhd göstərər.
Ancaq Tramp adminstrasiyasın indiyə qədər bu önəmli məqamlara əhəmiyyət vermədiyindən, indi Kremllə danışıqlarda ciddi problemlər yaşayır. Bəzi məlumatlara görə, situasiyanı xilas etmək üçün Rusiyaya göndərilmiş ABŞ prezidenti Donald Trampın xüsusi nümayəndəsi Stiv Uitkof da Ağ Evə əliboş dönüb. Yəni, Ağ Ev sahibinin təmsilçisi prezident Vladimir Putin ilə anlaşmağa nail olmayıb. Və Rusiyanın Ukraynada yeni hərbi əməliyyatlara başlaması da bunu təsdiqləyir.
Maraqlıdır ki, prezident Donald Trampın da artıq eyforiyadan ayrılmağa başladığı bildirilir. Belə ki, Ağ Ev sahibinin Rusiya ilə danışıqlar masası arxasında real anlaşmanın mümkün olmayacağı qənaətinə yaxındır. Yəni, prezident Donald Tramp Rusiyanı yalnız məcbur etməyin mümkünlüyünü başa düşdüyü müşahidə olunur. Ağ Ev sahibi ABŞ-ın Rusiyaya qarşı mövcud sanksiyalarını daha bir il müddətinə uzadıb. Bu, Kremlə xəbərdarlıq mesajı xarakteri daşıyan bir addım sayılır. Və əgər, aprelin sonuna qədər Ukrayna savaşı ilə bağlı sülh sazişi mümkün olmazsa, ABŞ-ın Rusiyaya qarşı daha ağır yeni sanksiyalar tətbiq etmək niyyətində olması barədə də məlumatlar mövcuddur.

Siyasi       Tarix: 13 aprel 2025
f Paylaş

Oxşar xəbərlər

TikTok' montajından siyasi mesaj düzəldənlər: Türkiyə mediasına məsuliyyət çağırışı

Azərbaycan Prezidenti İlham Əliyevin görüntüləri üzərinə illər əvvəlki çıxışından səs yazısının əlavə edildiyi videonun Türkiyənin bəzi media resurslarında və sosial şəbəkə hesablarında təqdimat forması ciddi narazılıq doğurur

Elçin Əmirbəyov Vyetnam rəhbərliyi ilə görüşlər keçirib - FOTOLAR

Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi Elçin Əmirbəyovun Vyetnama işgüzar səfəri çərçivəsində ölkə Prezidenti və Kommunist Partiyasının Baş katibi To Lam, Prezident Administrasiyasının rəhbər

İran agentlərindən Londonda Azərbaycan səfirliyi qarşısında təxribat

Londonda Azərbaycan Respublikasının Böyük Britaniyadakı səfirliyi qarşısında təxribat xarakterli aksiya keçirilib. xəbər verir ki, bu barədə Azərbaycanın Londondakı səfirliyindən məlumat verilib. Aksiyada iştirak edən 10-1

Sadır Japarovdan Azərbaycana təşəkkür mesajı

Qırğızıstan Prezidenti Sadır Japarov Azərbaycanın Türk Dövlətləri Təşkilatındaki (TDT) sədirliyi dövrünü yüksək qiymətləndirib. KONKRET.azxəbər verir ki, Ankarada keçirilən TDT Dövlət Başçıları Şurasının 13-cü Zirvə Görüşünd

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub

Azərbaycanla Keniya arasında hüquqi əməkdaşlıq müzakirə olunub. Bu barədə -a Baş Prokurorluqdan məlumat verilib. Bildirilib ki, müzakirələr Baş prokuror Kamran Əliyevin keniyalı həmkarı Renson Mulele İnqonqanın rəhbərli

Prezident onları təltif etdi - Adlar

Azərbaycanda kənd təsərrüfatının inkişafında xidmətləri olan bir qrup şəxs təltif edilib. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb. Sərəncama əsasən, Azərbaycanda kənd təsərrüfatının inkişafınd

Prezident İlham Əliyevin rəsmi sosial şəbəkə hesabları: Oxucuların nəzərinə

Sosial şəbəkələrdə Azərbaycan Prezidenti İlham Əliyevin görüntülərindən istifadə edilən videolar paylaşılır. xəbər verir ki, bu materialları izləyərkən onların hansı hesabda yayımlandığına və ilkin mənbəyinə diqqət yetirmə

YAP Təftiş Komissiyasının sədri və sədr müavini seçildi

Bu gün Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının iclası keçirilib. İclasda YAP-ın Vll Qurultayında seçilmiş Təftiş Komissiyasının üzvləri Təftiş Komissiyasının sədri vəzifəsinə Sevinc Hüseynova, sədr müavin

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill


yeni xeberler azerbaycan xeberleri son xeberler cəbhədən şad xəbər idman xeberleri xeberler bu gun cəbhədən son dəqiqə